Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2808/2020 28.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, X1 ilə, Hüquqi şəxs «xxxxxxxxxxxxx» MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-493 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xxxxxxxxxxxxx MMC-dən xaricdən emal edilərək qaytarılan mallara görə gömrük ödənişləri üzrə 59183.19 manat borc tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunmuş icra sənədləri üzrə borclu borcunu ödəmək vəzifəsi olduğu halda bu günədək heç bir ödəniş etməmiş , götürdüyü öhdəliyin icrasından yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, ona müəyyən hərəkətləri etməli olduğunu məcbur edən icra sənədini verilmiş müddət ərzində icra etməmiş və icrasından yayınmışdır. Bu səbəbdən də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hüquqi şəxs «xxxxxxxxxxxxx» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materialını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən tərtib olunmuş xx xxxxxxx 2020-ci il tarixdə ******* saylı inzibati xəta haqqında protokol qanunun tələblərinə riayət edilmədən məhkəməyə verilmişdir. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 493 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsində qeyd olunan cavabdeh “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi və faktiki ünvanı üzrə Xətai Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxx 2019-cu il tarixli aktına və Abşeron Rayon İcra və Probasiya Şöbəsinə xx xxx 2019-cu il tarixli məktubuna əsasən müvafiq icra hərəkətləri aparılmış, lakin cvabdehin fəaliyyət göstərməsi barədə məlumat əldə edilməmişdir. Bundan başqa, iş materiallarına əlavə olunan elektron icra sistemindən edilmiş müvafiq çıxarışa əsasən cavabdeh Şəxs MMC-nin fəaliyyətinin müvəqqəti dayandırıldığı göstərilmişdir. Göründüyü kimi cavabdehin inzibati xəta tərkibli hərəkətə yol verb-verməməsini müəyyən etmək üçün natamamlıq mövcuddur. Eyni zamanda, hüquqi şəxs Şəxs MMC-nin hüquqi ünvanının harada olub olmaması iş materialları ilə müəyyən edilməmişdir. Hüquqi şəxs Şəxs MMC hüquqi ünvanı barədə kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışı iş materiallarına əlavə edilməmişdir. Bununlada hüquqi şəxs Şəxs MMC-nin törətdiyi inzibati xətanın məhkəmə aidiyyat müəyyən etmək mümkün olmamışdır. Belə ki, hüquqi şəxs «xxxxxxxxxxxxx» MMC-nin barəsində inzibati protokol tərtib edilərkən, hüquqi şəxs məlumat vermədən, onların nümayəndəsinin iştirakı olmadan, onların nümayəndəsinin izahatı alınmadan tərtib edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən çatışmazlıq aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, hüquqi şəxs «xxxxxxxxxxxxx» MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs «xxxxxxxxxxxxx» MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(011)-2808/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2808/2020
28.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver