Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2815/2022 02.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, Zərər çəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis baş leytenantı X1 iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs 08 iyul 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 2 saylı peşə liseyinin yataqxanasının qarşısında X3 məxsus olan “Samsung A52” markalı mobil telefonu oğurlayaraq talamışdır. Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis baş leytenantı X6 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 02 avqust 2022-ci il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmərək ifadəsində qeyd etmişdir ki, X4 qiyabi olaraq tanıyır. Belə ki, onunla yaxın qonşuluqda yaşayır. 08 iyul 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 2 saylı peşə liseyinin yataqxanasının qarşısında X3 məxsus olan “Samsung A52” markalı mobil telefonu danışmaq üçün ondan almış, Anarın başının qarışıq olmasını görüb oradan uzaqlaşmışdır. Həmin telefonu Anara qaytarmayaraq, borcu olduğu Şahin adlı şəxsə vermişdir. Daha sonra 02 avqust 2022-ci il tarixdə polis əməkdaşları şikayət olunduğundan ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. Zərrə çəkmiş şəxsə dəymiş ziyanı ödəmədiyini, əməlindən peşmanlıq hissi keçirdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X7 bildirmişdir ki, 08 iyul 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 2 saylı peşə liseyinin yataqxanasının qarşısında qiyabi olaraq tanıdığı Elnur adlı şəxs ona məxsus olan “Samsung A52” markalı mobil telefonu danışşmaq adı ilə ondan almış, lakin geri qaytarmayaraq oradan uzaqlaşmışdır. Həmin telefonun qiyməti hazırda 260 manatdır. Ona dəymiş ziyan ödənilməmiş, Şəxs ilə barışmamışdır. Məhkəmə iclasında səlahiyyətli orqan Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis baş leytenantı X6 protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 02 avqust 2022-ci il tarixli protokol tərtib olunduğunu bildirmiş, qeyd edilənlərə əsasən, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş 02 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 iyul 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 2 saylı peşə liseyinin yataqxanasının qarşısında X3 məxsus olan “Samsung A52” markalı mobil telefonu oğurlayaraq ona 260 manat məbləğində ziyan vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-cı maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Əskərov X5 Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 02 avqustl 2022-ci il tarixdə saat 16:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-2815/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2815/2022
02.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver