Məhkəmə qərarları › İş №3(011)-2816/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2816/2021

17.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2816/2021 17.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlu, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin etibarnamə üzrə nümayəndəsi X2 və Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş MN ******* nömrəli 07 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin etibarnamə üzrə nümayəndəsi X2 inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 inzibati xəta haqqında protokolun geri qaytarılmasına etiraz etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Məhkəmə proses iştirakçılarının izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Xətai Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasınm İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Xətai Rayon Polis İdarəsinə geri qaytarılsın. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar