Məhkəmə qərarları › İş №3(011)-2823/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2823/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2823/2023 08.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X1 iştirakları ilə, xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş 08 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində “VAZ-2107” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu, Ağ Şəhər qəsəbəsinin “Harmony” otelin yaxınlığında YPX əməkdaşları ona saxla əmri vermişlər, bundan sonra avtomobilində konstruktiv dəyişikliyin olduğunu bildirərək avtomobilini duracağa yerləşdirəcəklərini qeyd etmişlər. Lakin o, onların qanuni tələblərinə tabe olmayaraq onlarla mübahisə etmiş, avtomobili verməkdən imtina etmiş, səs küy salmış və nəticədə polis əməkdaşları tərəfindən 37-ci Polis Bölməsinin inzibati binasına gətirilmişdir. Həmçinin, protokolda onun tutulma vaxtı xx.xx.2023-cü il saat 00:10 kimi qeyd edilsə də, o, faktiki olaraq «07» avqust 2023-cü il tarixdə saat 23:45-də tutulmuşdur. Beləliklə o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X4 08 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, Şəxs 07 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər ərazisində polis əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin konstruksiyasında müəyyən dəyişikliklər etdiyindən saxlanılmış, bundan sonra ona avtomobilin duracağa yerləşdirilməsi barədə məlumat verildikdə o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq onlarla mübahisə etmiş, davadalaş salmış, polis əməkdaşları ilə əlbayaxa olmuş, onlardan birinin geyimini cırmışdır. Dəfələrlə onu sakitliyə çağırsalar da, o razılaşmamış və qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, barəsində inzibati iş üzrə icraat aparılan şəxsə münasibətdə müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Bakı şəhəri BPİ-nin X9 idarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti alayının Müşayiət-eskort bölüyü yol-patrul xidməti inspektoru, polis baş serjantı X5 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 23:10 radələrində Elvin Abbasov ilə xidmətdə olarkən “VAZ-2107” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün konstruksiya dəyişikliyi etdiyini aşkar etdiyindən tərəfindən sürücü saxlanılmış və o, ona yaxınlaşaraq özünü təqdim etdikdən sonra qayda pozuntusunu sonuncuya izah etmişdir. Lakin sürücü avtomobilin dayanacağa yerləşdirilməsindən imtina edərək onlara tabesizlik göstərmiş, ona nizam intizam qaydaları izah olunsa da o, öz hərəkətlərinə məhəl qoymamışdır. Bundan sonra o, efirə çıxaraq PPX-nin əməkdaşlarının yaxınlaşmasını istəmiş və PPX-nin əməkdaşları gəldikdən sonra da o sakitləşməmiş, polis əməkdaşlarının qanuni tələblərinə riayət etməmiş onlara müqavimət göstərmiş və bölməyə getməkdən imtina etmişdir. Həmçinin o onlara nalayiq sözlər demiş, vurmuş və digər vətəndaşlar və sürücülərin gözləri qarşısında onların xüsusi polis geyimlərini cırmışdır. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Bakı şəhəri BPİ-nin X9 idarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti alayının Müşayiət-eskort bölüyü yol-patrul xidməti inspektoru, polis baş serjantı X3 şahid qismində dindirilmiş X2 ifadəsi ilə oxşar məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X4 tərəfindən tərtib edilmiş 08 avqust 2023-cü il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 07 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati qaydada tutma haqqında 08 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 00:10-da tutulmuşdur (faktiki olaraq «07» avqust 2023-cü il tarixdə saat 23:45-də tutulmuşdur). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 07 avqust 2023-cü il tarixdə Polis əməkdaşlarının ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir və həbsetmənin əvvəli «07» avqust 2023-cü il tarixdən saat 23:45-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «07» avqust 2023-cü il tarixdən saat 23:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar