Məhkəmə qərarları › İş №3(011)-2827/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2827/2020

26.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2827/2020 26.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsi X1 iştiraklilə, hüquqi şəxs Şəxsbarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx xxxx 2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs Şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «Skoda Rapıd» minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsi X2 təmsil etdiyi hüquqi şəxsin inzibati xətanın törədilməsində təqsirli bilməyərək göstərdi ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə saat 13:06-da Şəxs MMC-nin mülkiyyətində olan “Skoda Rapid” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən fiziki şəxsin inzibati xəta törətməsi ilə əlaqədar onun haqqında məlumat verilməsi barədə sorğu göndərilmiş, lakin həmin sorğu Şəxs MMC-nin işçisi (səlahiyyətli şəxs) tərəfindən qəbul edilməmiş, poçt xəbərnaməsindən də göründüyü kimi, digər hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi X3 tərəfindən imza edilməklə qəbul edilmişdir. Həmin şəxsin X3 olması etiraza əlavə edilmiş onun şəxsiyyət vəsiqəsi ilə sübut olunur ki, poçt xəbərnaməsində və şəxsiyyət vəsiqəsində olan imzalar eynilik təşkil edir. Bunun səbəbi isə hər iki hüquqi şəxsin ofislərinin eyni ünvanda yerləşməsidir. Elektron çıxarışdan göründüyü kimi Şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu X7 prospekti 1131 məhəllə Babək Plaza A blok 3-cü mərtəbə 1 nömrəli sahə olmaqla ofisi həmin yerdə yerləşir. Digər elektron çıxarışa əsasən “xxxx” MMC-nin hüquqi ünvanı ünvan 2 olmasına baxmayaraq həmin hüquqi şəxsin faktiki ünvanı və ofisinin yerləşdiyi yer etiraza əlavə edilmiş icarə müqaviləsinə əsasən müəyyən edilir ki, Bakı şəhəri Xətai rayonu X7 prospekti 1131 məhəllə Babək Plaza A blok 3-cü mərtəbə 3 və 4 nömrəli sahələrdir. Hər iki hüquqi şəxsin eyni ünvan, eyni blok və eyni mərtəbədə yerləşməsi səbəbi ilə sorğu Şəxs MMC-nin işçisi (səlahiyyətli şəxs) tərəfindən qəbul edilməmiş və bu səbəbdən də sorğu vermiş dövlət orqanına müvafiq cavab verilə bilməmişdir. Bundan əlavə Şəxs MMC tərəfindən rəsmi qaydada təsdiq edilmiş bütün işçilərin siyahısından da göründüyü kimi sözügedən cəmiyyətində ümumiyyətlə “Kərimova” soyadlı işçisi mövcud deyildir. Görünüdüyü kimi, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi DYPŞ tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən inzibati xətalar qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla yanaşı inzibati xəta haqqında icraat səthi aparılmaqla, kifayət qədər sübutlar əldə edilmədən ehtimallara əsaslanaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, həmçinin tam, obyektiv və hərtərəfli araşdırma aparılmamışdır. Nümayəndə etirazının hüquqi əsası kimi İXM-nin 3, 8, 12.1, 53, 76, 84 və 105-ci maddələrinə istinad etmişdir. Qeyd olunanların nəzərə alınaraq hüquqi şəxs Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubunundan görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi«Skoda Rapıd» minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi hüquqi şəxs Şəxsndan xahiş olunmuşdur; SS650291599AZ nömrəli xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubu Şəxsndə xx.xx.2020-ci il tarixdəKərimova soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin İnzibati Təcrübə üzrə baş inspektoru, polis mayoru X4 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli, AP ******* saylı protokoldan görünür ki, hüquqi şəxs ŞəxsBakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «Skoda Rapıd» minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə vermədiyindən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin Şəxsnə ünvanladığı xx.xx.2020-ci il tarixli, 101-12109 saylı məktubundan və xx.xx.2020-ci il tarixli reyestrindən görünür ki, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, AP ******* saylı protokolŞəxs Bakı şəhəri Xətai rayonu Ə.Quliyev Babək prospekti 1131-ci məhəllə Babək Plaza A blok 3-cü mərtəbə 1 nömrəli sahə ünvanına göndərilmişdir; Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışından məlum olur ki, ŞəxsMəhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2019-cu il tarixində dövlət qeydiyyatına alınmışdır, VÖEN-i **********, hüquqi ünvanı AZ 1025 Bakı şəhəri Xətai rayonu Ə.Quliyev Babək prospekti 1131-ci məhəllə Babək Plaza A blok 3-cü mərtəbə 1 nömrəli sahədir; Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışından məlum olur ki, «xxxx»Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2001-ci il tarixində dövlət qeydiyyatına alınmışdır, VÖEN-i **********, hüquqi ünvanı AZ 1031 ünvan 6 MMC ilə «xxxx» MMC arasında bağlanmış 23 nömrəli ofis icarə müqaviləsinin surətindən görünür ki, hüquqi ünvanı ünvan 7 mənzil 30 olan «xxxxxxxx» MMC ünvan 8 plaza ünvanında yerləşən binanın Blok A 3-cü mərtəbəsində 3 və 4 nömrəli, 438,32 m2 sahədən ibarət olan ofisi «xxxx» MMC-nə icarəyə vermişdir; xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubunun xx.xx.2020-ci il tarixdəxəbərnaməyə imza edilməklə qəbul edilmiş Kərimova soyadlı şəxs (X3) «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətində ofis menenceri vəzifəsində çalışır; ŞəxsMəhdud Məsuliyyətli Cəmiyyətinin bütün işçilərinin xx.xx.2020-ci il tarixli siyahısından görünür ki, müəssisədə Kərimova soyadlı şəxs adında işçi mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsi X1 izahatını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə saat 13:06da Şəxs MMC-nin mülkiyyətində olan “Skoda Rapid” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən fiziki şəxs haqqında məlumat verilməsi barədə sorğu göndərilmiş, lakin həmin sorğu Şəxs MMC-nin işçisi (səlahiyyətli şəxs) tərəfindən qəbul edilməmişdir. İş materiallarına əlavə edilmiş ŞəxsMəhdud Məsuliyyətli Cəmiyyətinin bütün işçilərinin siyahısından görünür ki, müəssisədə Kərimova soyadlı şəxs adında işçi mövcud deyildir. Kərimova soyadlı şəxs Şəxs MMC-nin deyil, «xxxx» MMC-nin ofis menenceri vəzifəsində çalışan əməkdaşıdır. Həmçinin, materiallara əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışından və «xxxxxxxx» MMC ilə «xxxx» MMC arasında bağlanmış 23 nömrəli ofis icarə müqaviləsinin surətindən də göründüyü kimi, “xxxx” MMC-nin hüquqi ünvanı ünvan 2 olsa da, faktiki ünvanı Bakı şəhəri Xətai rayonu X7 prospekti 1131 məhəllə Babək Plaza A blok 3-cü mərtəbə 3 və 4 nömrəli sahələrdir. Beləliklə, məhkəmə hüquqi şəxs tərəfindən məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməsini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar