Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2829/2025 30.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X3 iştirakı ilə X4 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 29 yanvar 2025ci il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 29 yanvar 2025-ci il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X6 izahat verərək bildirdi ki, 29 yanvar 2025-ci il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan barəsində icraat aparılan X7 tərəfindən verilmiş şikayət qanunvericiliyin tələbləri baxımından əsassız olduğundan təmin edilməməli və həmin qərar qüvvədə saxlanmalıdır. Belə ki: X2 barəsində inzibati xəta haqqında parklanma müddətinin ölçülməsi ilə bağlı sübutun olmamasını qeyd etmişdir. X1 idarə etdiyi "XPEND G9 MİNİK" markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025- cü il tarixdə, saat 14:15-də Ag şəhər biznes 10851 nömrəli parklanma yerində saxlanması inzibati xəta hadisəsini fiksə edən fotoşəkillərdə də göründüyü kimi təsdiq olunur. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı haqqında 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanın 1.11ci bəndinə əsasən Mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların və Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin rəhbərləri, onların müavinləri (bu Siyahıda nəzərdə tutulan publik hüquqi şəxslər istisna olmaqla), həmin orqanların və Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin yerli bölmələrinin rəhbərləri, onların müavinləri baxmağa səlahiyyətli şəxslərdir. Bildirilir ki, X7 barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 29 yanvar 2025-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar X5 sədr müavini tərəfindən qəbul edilmişdir. Həmçinin bildirilir ki, qanunvericilikdə parklanmaya görə ödəniş üsulu yalnız parkomatlarla məhdudlaşdırılmır. Çünki "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 53-cü maddəsinin Xİ hissəsinə əsasən, parklanma yerləri ödənişli və ödənişsiz ola bilər. Parklanmaya görə ödəniş parkomat (nağd qaydada və ya plastik kartla), SMS, elektron ödəmə sistemləri və ya internet vasitəsilə həyata keçirilir. Bu zaman ödənişə dair məlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. Həmin maddənin XV hissəsinə əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən parklanma müddətindən asılı olaraq həmin maddə ilə müəyyən edilmiş üsullardan biri vasitəsilə ödəniş edir. Həmin maddənin XXİ hissəsinə əsasən sürücülər nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün həmin maddənin XVİ hissəsi nəzərə alınmaqla əlavə ödəniş etmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyırlar. Qeyd edilməlidir ki, həmin ərazidə parklanmanın ödəniş qaydası barədə məlumat lövhəsi var, orada ödəmənin üsulları aydın izah olunmuşdur. Eynı zamanda parklanma ödənişinin həyata keçirilməsi mobil tətbiqlə də həyata keçirilə bilər. X2 şikayətində Agentliyin səlahiyyətli qurum olmamasını qeyd etmişdir. Qeyd edirik ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 13 mart 2024-cü il 20 nömrəli Fərmanın 1.10-cu bəndinə əsasən sözügedən Fərmanın 2.31-1-ci (hər iki halda), 2.34-cü, 2.35-ci və 2.37-ci (hər iki halda) bəndlərdə "Bakı Nəqliyyat Agentliyi" sözləri "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilmişdir. Beləliklə, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 53-cü maddəsində nəzərdə tutulmuş digər tələblərlə bağlı Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346- 1.2-346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi halları ilə bağlı Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur. Eləcə də, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Analoji iş üzrə, İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə AYNA tərəfindən qəbul edilmiş qərar həm Səbail Rayon Məhkəməsinin 3(009)-305/2021 saylı 16 fevral 2024-cü il tarixli Qərarı ilə, həm də həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 3(103)-412/2024 saylı 01 mart 2024-cü il tarixli Qərarı ilə qüvvədə saxlanılmışlar və qeyd olunan qərarlarda İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin səlahiyyətləri mübahisə predmenti olmamışdır. Əlavə olaraq bildirilir ki, "Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 19 aprel 2023-cü il 2109 nömrəli Fərmanda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra - AYNA) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki "Bakı Nəqliyyat Agentliyi" (bundan sonra - BNA) publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilməsi qərara alınmışdır. Həmçinin, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki "Bakı Nəqliyyat Agentliyi" publik hüquqi şəxsin balansındakı əmlak Agentliyin balansına verilmişdir. Odur ki, sözügedən Fərmandan göründüyü kimi bu səlahiyyət Agentliyə ölkə başçısı tərəfindən verilmişdir. Həmçinin, qeyd edilməsi zəruridir ki, Agentlik tərəfindən şikayətdə qeyd olunan normativ hüquqi akta dəyişikliklərin edilməsi ilə bağlı müvafiq tədbirlər görülmüşdür. AYNA parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür. Ölkə Prezidentinin BNA-ya səlahiyyətlər verilməsinə dair əvvəlki Fərmandan sonra qəbul edilmiş "Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 19 aprel 2023-cü il 2109 nömrəli Fərmanı BNA-nın AYNA-ya qoşulması və BNA-nın bütün səlahiyyətlərinin AYNA ötürülməsini ehtiva edir. Odur ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 29 yanvar 2025-ci il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X7 tərəfindən verilmiş şikayət əsassız və qanunsuz olduğundan təmin edilməməsini və həmin inzibati tənbeh vermə haqqında elektron qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X7 30 aprel 2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə ərizə yerləşdirərək göstərmişdir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X2 şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 29 yanvar 2025-ci il tarixli AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-2829/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2829/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver