Məhkəmə qərarları › İş №3(011)-2833/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2833/2024

19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2833/2024 19.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndələri X10 və X11, X1 iştirakları ilə, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin 08 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin 08 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə E-İcra sistemindən istifadəsində olan +994 ********* mobil nömrəsinə onun borclu tərəf olduğu icra sənədi üzrə Nəsimi rayon İcra Şöbəsində 182036/2024-5-15 saylı icra işi üzrə icraata başlamaq haqqında qərar qəbul olunması baradə SMS bildiriş daxil olmuşdur. Məsələnin nə olduğunu öyrənmək üçün 10 iyun 2024-cü il tarixində Nəsimi rayon İcra Şöbəsinə yaxınlaşmışdır. Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X2 hansı qərar əsasında cərimə edildiyini və həmin qərarın sürətinin ona təqdim edilməsini xahiş etmişdir. İcra məmuru tələbin könüllü icrası haqqında xx.xx.2024-ci il tarixli bildirişi və icraata başlamaq haqqında qərarı ona imza etdirərək təqdim etmişdir. İcraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X3 icraatına daxil olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin ******* nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixdə barasində icraata başlamaq haqqında qərar qəbul etmişdir. Həmin qərarda Əmək Məcəlləsində tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə X15 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən 28 mart 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında 08 aprel 2024-cu il tarixli, MN № ******* nömrəli ‘‘İnzibati Tənbeh vermə haqqında” qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 4.000 manat məbləğində cərimə edilmişdir. Məlumat üçün nəzərə çatdırmaq istəyir ki, onun bu qərardan xx.xx.2024-cü il tarixədək nə rəsmi, nədəki qeyri-rəsmi məlumatı olmuşdur. X15 Xidmətinin Bakı Şəhər İdarəsinin barəsində inzibati tənbeh vermə haqqında qərarından heç bir xəbəri olmamış, bu baradə yalnız icra məmurunun icraata başlamaq haqqında SMS-ni aldıqdan sonra xəbəri olmuşdur. İlk öncə onu qeyd etməlidir ki, qərarda adı qeyd edilən X12 adlı şəxsi tanımır, birgə işləməmişdir. 2022-ci ilin sonları, 2023-cü ilin əvvəlləri Aytac Muradova və bir neçə studiyasına yeni gələn ustalarla, onun təqidi ilə, onlara VÖEN açdıraraq icarə müqaviləsi əsasında işləməyə başlamışlar. Nəticədə ustalar fərdi bərbər fəaliyyəti göstərərək, obyektində vergi orqanı tərəfindən verilən obyekt kodu ilə dövlət büdcəsinə vergi və sosial fond ödənişləri etməyə başlamışlar. Təqribi 3 ay sonra ustalar qruplaşaraq ona qarşı çıxmışlar. Onlar ətraf salonlarda işləyən digər ustaların heç bir qeydiyyat etmədən, dövlət büdcəsinə ödənişlər etmədən işlədiklərini bəhanə edərək VÖEN-lərini və onunla olan icarə müqaviləsini dayandırmaq istədiklərini bildirmişlər. X24 o dövrdə universitet tələbəsi idi, natamam iş qrafiki ilə işləyirdi, ona heç sərf etmirdi vergi ödəmək. O, qarşı çıxanda ustalardan biri işdən çıxıb getmişdir. Komandasını itirəcəyini anlamışdır. O isə usta deyil və ustasız fəaliyyəti mümkün deyil. Məcbur üsyan edən ustalarla razılaşmış, onlar VÖEN-nin fəaliyyətini dondurmuşlar. Belə qanunsuz işləmək ürəyincə deyildi. Onlarla əmək müqaviləsi ilə də işləyə bilməzdim. Çünkü onlar maaşlı işçi kateqoriyasına daxil deyil. Elə aylar olur ki, heç minimum əmək haqqını belə qazanmırlar. Ümidini bağlamışdır Allaha, düşünmüşdür ki, televizorda eşitdiyi yaxın zamanda hökümətin planladığı dəyişikliklərin baş tutmasına qədər birtəhər işləyərlər. Kütləvi informasiya vasitələrində deyilirdi ki, islahatlar nəticəsində əmək qanunvericiliyinə böyük dəyişikliklər olacaq. İşçilər aylıq minimum əmək haqqı sistemindən, minimum saatbaşı əməkhaqqına keçəcək. Ümid etmişdir ki, bu dəyişiklikləri hökümət uğurla həyata keçirsə və kütləvi şəkildə işləyənlərin işi legallaşsa, qonşu salonlarda işləyən ustalar da fəaliyyətini qanuna salar, onların ustaları da ipə sapa yatar. Qanun dəyişənə qədər isə əgər yoxlama gələrsə əmin idi ki, ilk dəfə üçün cərimə deyil, yazılı xəbərdarlıq olar. O, xəbərdarlığı rəhbər tutaraq yenidən ustaların legal fəaliyyətini bərpa edə bilərdi. Yazılı xəbərdarlığa qarşı çıxmayacaqlarını düşünmüşdür. Belə anda yoxlama və xəbərdarlıq ona dəstək olardı komanda ilə baş etmək üçün. Başa düşür ki, hazırki vəziyyətdə cavabdeh odur, amma inanın salon biznesində sahibkar yeganə söz sahibi deyil. Çünki ustalar sahibkarın işçisi deyil, onun partnyorudur və ustalar sahibkara qarşı qruplaşdıqda o, çarəsiz qalır. Bundan əlavə, müfəttişlik tərəfindən obyektə yoxlama keçirilməmiş, onda izahat alınmamış, ona barəsində inzibati tənbeh vermə haqqında qərarın sürəti rəsmi qaydada təqdim edilməmiş, nə qeydiyyat ünvanına, nə də faktiki yaşadığı ünvana qərarın surəti göndərilməmişdir və nəticədə o, həmin qərardan şikayət vermə hüququnu itirmişdir. X14 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən işin halları tam araşdırılmadan və inzibati xətaya görə tənbeh vermə ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmadan ədalətli olmayan qanunsuz qərar qəbul edilmişdir. O, barəsdində yazılan protokol və həmin protokol əsasında qəbul edilən qərarı əldə etmək üçün X15 Xidmətinin Bakı Şəhər İdarəsinə yaxılaşaraq işin araşdırılmasını, qərarın ona niyə rəsmi qaydada təqdim edilməməsini soruşduqda, onlar ona ərizə yazdıraraq həmin qərarın ona rəsmi qaydada təqdim ediləcəyini bildirmişlər. Ona görə də, Əmək Müffətişliyinin qəbul etdiyi qərar qanunsuz hesab edilərək ləğv edilməlidir. Cavabdeh orqanın tərtib etdiyi protokolu, cərimə tətbiqinə dair sanksiya qərarı qanunsuz və əsassız hesab etməklə onun ləğv edilməsi üçün hazırki şikayət ərizəsi ilə müraciət edir. Məhkəmə iclasında X5 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin 08 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, X13 və X12 onlarla əmək müqaviləsi imzalanmadan işlərin yetirilməsinə cəlb edilmişlər. Lakin həmin şəxslər vergi ödəməkdən yayınmaq üçün onun salonunda əmək müqaviləsi olmadan işləməyə özləri razı olmuşlar. Buna baxmayaraq, səlahiyyətli orqan tərəfindən ona heç bir xəbərdarlıq edilmədən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və ona cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X16 08 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X5 tərəfindən X6 xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək, X7 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işlərin yerinə yetirilməsinə cəlb edilmələri faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 4000 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Göstərilənlərə əsasən o, X5 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X18 08 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək X10 izahatında göstərdiyi xüsusatları bir daha təsdiqləmiş və şikayətçi tərəfindən verilmiş şikayət ərizəsinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin və səlahiyyətli orqanın nümayəndələrinin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X19 tərəfindən tərtib olunmuş 08 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X5 tərəfindən X6 xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək, X7 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri faktı aşkar edildiyindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X6 xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək, X7 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işlərin yerinə yetirilməsinə cəlb edilmələri əsas gətirilərək onun Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız və ya qanunsuz olması, qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilməsi və həmin qərarın ləğv edilməsi üçün hər hansı bir əsasın olması sübuta yetirilməmişdir. Həmçinin, şikayətçi X5 məhkəmə iclasında verdiyi izahatında təqsirini etiraf edərək bildirmişdir ki, X13 və X12 onlarla əmək müqaviləsi imzalanmadan işlərin yetirilməsinə cəlb edilmişlər. Lakin həmin şəxslər vergi ödəməkdən yayınmaq üçün onun salonunda əmək müqaviləsi olmadan işləməyə özləri razı olmuşlar. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 08 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar