Məhkəmə qərarları › İş №3(011)-285/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-285/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-285/2024 21.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə X1 və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X11 iştirakı ilə "xxxx" MMC-nin direktoru X6 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin 10 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3000 (üç min) manat məbləğində cərimə təyin edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsinin 10 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X12 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 10 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla göstərilmişdir ki, X14 xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin direktoru X12 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Nəticədə AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Aşağıda göstərilənlərə əsasən qərarı qanunsuz və əsassız hesab edir. Qərardan görünür ki, həmin şəxsin MMC-də nə vaxta qədər işləməsi göstərilməmişdir. X14 adlı şəxs MMC-də heç bir vaxt işləməmişdir. Həmin şəxs 2023-cü ilin avqust ayının ortalarında MMC-yə gələrək işlə təmin edilməsini xahiş etmiş və ona vakant iş yerinin olmadığına dair məlumat verilmişdir. Bundan sonra çətin durumda olduğunu və istənilən işlərin yerinə yetirəcəyini bildirərək maddi yardıma ehtiyacı olduğunu bildirmişdir. Onun maddi vəziyyətini nəzərə alaraq avqust ayının sonunda MMCyə gələrsə işlə təmin ediləcəyinə söz verilmişdir. Lakin sonradan MMC-nin fəaliyyəti dayandırılmış və bu barədə X9 məlumat verilsə də o, fəaliyyətinin dayandırılmasına inanmadığını bildirərək ona yanlış məlumat verildiyini əsas tutaraq şikayət edəcəyini bildirmişdir. Qeyd edilənlər şahidlərin iştirakı ilə baş vermişdir. İdarə isə həmin şikayəti araşdırarkən X7 MMC-də hansı müddətlərdə fəaliyyət göstərməsi aydınlaşdırılmadan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Digər tərəfdən qərarda X14 xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin direktoru X12 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi göstərilsə də, idarə tərəfindən qərar 4 (dörd) ay keçəndən sonra xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Məhkəmə iclasında X12 şikayəti müdafiə edərək "xxxx" MMC-nin vəzifəli şəxs qismində hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin MN ******* nömrəli 10 yanvar 2024-cü il tarixdə qəbul etdiyi qərarını ləğv edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 Esmira Asif qızının xadimə kimi cəmi bir gün işləməsini göstərmişdir. X12 04 dekabr 2023-cü il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini Sadiq Əliyevə cavablandırdığı məktubda 01 sentyabr 2023-cü il tarixdən X7 xadimə kimi çalışdığını qeyd etməsinin səbəbini açıqlaya bilməmişdir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin etibarnamə üzrə nümayəndəsi izahatında göstərmişdir ki, sözügedən qərarın qanuni və əsaslı olmasını nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan X16 Xidməti Bakı şəhər idarəsinin 10 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə təyin edilmişdir. İş materiallarında olan X16 Xidməti Bakı şəhər idarəsinin əmək müfəttişi Günay Babayeva tərəfindən tərtib edilmiş 27 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X14 xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin direktoru X12 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmiş, AR Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozulmuşdur. İş materiallarına əlavə edilmiş X7 X16 Xidmətinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" uşaq bağçasında xadiməçi kimi işləmiş, X12 onunla əmək müqaviləsi bağlamamışdır. İş materiallarına əlavə edilmiş X6 X16 Xidməti Bakı şəhər idarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X3 Esmira Asif qızının xx.xx.2023-cü ildən bağçada könüllü olaraq müvəqqəti müddətli xadimə vəzifəsində işlədiyini, saat hesabı gəldiyindən ödənişi gündəlik aldığı üçün onu qeydiyyata almadığını qeyd etmiş və öz imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq etmişdir. Məhkəmə, şikayət ərizəsini, tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X1 şikayətində göstərdiyi xüsusat, X7 işlərin görülməsinə cəlb edilməməsi onun özünü müdafiəsi və məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirilməlidir. Belə ki, X4 Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda X7 xx.xx.2023-cü ildən bağçada könüllü olaraq müvəqqəti müddətli xadimə vəzifəsində işlədiyini, saat hesabı gəldiyindən ödənişi gündəlik aldığı üçün onu qeydiyyata almadığını qeyd etmiş, X14 da X16 Xidmətinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində xadiməçi işlədiyini bildirmişdir. Bununla da, X7 "xxxx" MMC-nin direktoru X12 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi öz təsdiqini tapmışdır. Məhkəmə X6 şikayətində qeyd etdiyi inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi dəlili ilə bağlı qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat qanunla müəyyənləşdirilmiş müddətdə aparılmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta uzanan inzibati xətalara aiddir. Belə ki, həmin inzibati xəta bir müddət ərzində şəxsin üzərinə qoyulmuş öhdəliyin hərəkətsizlik formasında yerinə yetirilməməsində ifadə olunur. İş materiallarından məlum olur ki, X5 Əmək Müfəttişliyi Xidmətinə xx.xx.2023-cü il tarixdə ərizə ünvanlamış, X12 isə xx.xx.2023-cü il tarixdə cavab məktubu ünvanlamışdır. X16 Xidməti Bakı şəhər idarəsi tərəfindən inzibati xəta haqqında protokol 27 dekabr 2023-cü il tarixdə tərtib edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar isə 10 yanvar 2024-cü il tarixdə qəbul edilmişdir. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərar dörd ay keçmədən qəbul edilmişdir. X16 Xidməti Bakı şəhər idarəsi tərəfindən qanunamüvafiq qaydada araşdırma aparılmış və qanuni və əsaslı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X16 Xidməti Bakı şəhər idarəsinin 10 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X6 şikayəti təmin edilməsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsinin 10 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar