Məhkəmə qərarları › İş №3(011)-2850/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2850/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2850/2025 16.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi ilə, Bakı Şəhər BPİ-nin X7 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakarı ilə, X2 Bakı Şəhər BPİ-nin X7 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP7126065 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X2 Bakı Şəhər BPİ-nin X7 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP7126065 nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhər BPİ-nin X7 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP7126065 nömrəli qərarına əsasən xx.xx.2025-ci il tarixdə, saat 08:16 radələrində “Kia Optima” minik markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı maşını ilə Xətai ray., 8 noyabr prospekti ilə hərəkətdə olarkən avtobus zolağına yerdəyişmə etmiş və kameralar vasitəsilə 100 manat, 2 bal cərimə edilmişdir. Qeyd olunan inzibati xətanın törədilmə vaxtından müvafiq zaman keçsə də, elektron qərar real vaxt rejimində qəbul edilməmişdir. Xətanın törədilmə vaxtı xx.xx.2025-ci il, vətəndaşla əlaqə saxlanılan tarix xx.xx.2025-ci il, qərarın tərtib edilmə vaxtı xx.xx.2025-ci il, qərarın qüvvəyə minmə tarixi xx.xx.2025-ci il, lakin qərarda qeyd edilib ki bu xəta barədə qərar elə xətanın pozulduğu gün olan xx.xx.2025-ci il tarixində tərtib edildiyi üçün hesab edir ki, Bakı Şəhər BPİ-nin X7 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP7126065 nömrəli nömrəli qərar ləğv olunmalıdır. Məhkəmə iclasında Bakı Şəhər BPİ-nin X7 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 göstərmişdir ki, Bakı Şəhər BPİ-nin X7 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP7126065 nömrəli qərardan verilmiş şikayət əsassızdır. Qeyd edilənlərin nəzərə alınaraq Bakı Şəhər BPİ-nin X7 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP7126065 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətçi şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X4 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər BPİ-nin X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP7126065 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 08:16 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti ünvanında “Kia Optima” minik markalı, 77FF039 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 327.1-1, 5.9, 5.10.1,5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Görüntüdən görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 08:16 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti ünvanında “Kia Optima” minik markalı, 77FF039 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 327.1-1, 5.9, 5.10.1,5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 38.6-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir 327.1-1-ci maddəsinə əsasən Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Bakı Şəhər BPİ-nin X7 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP7126065 nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini barədə X2 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP7126065 nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə X2 şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar