Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2867/2023 17.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzli Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs X5, səlahiyyətli orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X3, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Şəxs MMC-nin barəsində tərtib edilmiş 21 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında “Pakdad” restoranlarında menyu düzgün tərtib olunmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 445.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi Nümayəndə izahatında hüquqlarını təmsil etdiyi hüquqi şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək inzibati xətaların 20 mart 2023-cü il və 10 aprel 2023-cü il tarixlərdə törədildiyini və bununla da inzibati tənbeh tətbiq etmə müddətinin keçdiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs X10 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 20.03 2023-cü il və 10 aprel 2023-cü il tarixlərdə Park Bulvar və 28 Mall ticarət obyektlərində yerləşən “Pakdad” restoranlarında menyu düzgün tərtib olunmamış və qiymətlər arasında fərq olmuş, bununla bağlı vətəndaşlardan müxtəlif şikayətlər daxil olmuş və hüquqi şəxsdən restoranda istehlakçılara təqdim olunan menyunun 1 (bir) nüsxəsinin, iaşə məhsullarının qiymətini özündə əks etdirən monitorun fotoşəklinin və vətəndaş B.Musayevə təqdim olunan hesabın surətinin təqdim olunması, həmçinin vətəndaşların müraciətlərində göstərdikləri məsələlər barədə məlumat verilməsi xahiş olunmuşdur. Lakin hüquqi şəxs yalnız N.İbrahimlinin şikayəti ilə əlaqədar cavab olaraq 500 ml içkinin anbarda olmaması səbəbindən 300 ml içki təklif olunduğu və vətəndaşın menyunu almaqdan imtina etdiyini bildirmiş, içkinin həcminin azalmasının menyunun qiymətinə təsiri barədə heç bir məlumat qeyd etməmiş, vətəndaşın müraciətində qaldırılan məsələlərə tam açıqlama verilməmiş və tələb olunan sənədlər Dövlət Xidmətinə təqdim olunmamışdır. Odur ki, göstərilənlərə əsasən o, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 445.1-ci maddəsinə əsasən müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X4 inzibati xəta haqqında protokolu tərtib edən Babək Məmmədlinin izahatında göstərdiyi xüsusatları təsdiqləyərək onunla eyni məzmunlu izahat vermiş və hüquqi şəxsin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, o, öz yoldaşları ilə 20 mart 2023-cü il tarixində "Park Bulvar" ticarət mərkəzində yerləşən "PAKDAD" restoranına yemək üçün yaxışlaşmışlar. İlk öncə restoranın üzərindəki menyulara baxarkən bir menyu onlara daha münasib və uyğun gəlmişdir. Həmin menyunu istədikdə isə menyuda 500 ml yazılmasına baxmayaraq 300 ml içki veriləcəyi deyilmişdir. Etiraz etdikdə isə kinayəli formada "oradakı dönər də bütöv verilir, amma menyuda bölünmüş şəkli verilib" deyə lağa qoyulmuşdur. Əsəbi halda olsa da, yoldaşlarına ayıb olmasın deyə yenə də məcbur olub menyunu sifariş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsləhətçisi X10 tərəfindən tərtib edilmiş 21 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə “Pakdad” restoranlarında menyu düzgün tərtib olunmamışdır. Bununla da hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 445.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X11 elektron poçt vasitəsilə səlahiyyətli orqana ünvanladığı məktubunda qeyd etmişdir ki, o, öz yoldaşları ilə 20 mart 2023-cü il tarixində "Park Bulvar" ticarət mərkəzində yerləşən "PAKDAD" restoranına yemək üçün yaxışlaşmışlar. İlk öncə restoranın üzərindəki menyulara baxarkən bir menyu onlara daha münasib və uyğun gəlmişdir. Həmin menyunu istədikdə isə menyuda 500 ml yazılmasına baxmayaraq 300 ml içki veriləcəyi deyilmişdir. Etiraz etdikdə isə kinayəli formada "oradakı dönər də bütöv verilir, amma menyuda bölünmüş şəkli verilib" deyə lağa qoyulmuşdur. Əsəbi halda olsa da, yoldaşlarına ayıb olmasın deyə yenə də məcbur olub menyunu sifariş vermişdir. Amma 6 dəfə gedib xəbərdarlıq etməklərinə baxmayaraq onların sifarişi ortalıqda yox idi. İlk qeyri-mədəni davranışdan sonra belə etdikləri üçün pullarını geri istəyib gedəcəklərini demişlər. Ancaq çalışanlar saylarının az olduğunu və onları anlamaqlarını istəmişlər. Halbuki orada nəinki onlara, hətta 50 nəfərə eyni zamanda xidmət edə biləcək personal olmuşdur. Ancaq onlar etiraz edib pullarını uzun müddət tələb edəndən sonra pullarını ala bilmişlər. Problem hər müəssisədə ola bilər, ancaq bunun heyfini müştəriyə qışqıraraq çıxmaq heç bir etikaya sığmır. Ümid edir ki, müraciət əsasında onlarla bağlı tədbir görülər. Və menyuda başqa şey göstərib insanları aldatmağa son verərlər. Vətəndaş X1 orqana ünvanladığı məktubunda qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixində “28 Mall”-da fəaliyyət göstərən “Pakdad” restoranına getmişdir. Monitorda bir qiymət göstərildiyi halda, kassada ondan artıq məbləğ alınmış, etiraz etdikdə monitordakı qiymətlərin köhnə qiymət olduğu cavabı verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Pakdad” restoranlarının rəhbərliyinə ünvanlanmış 06 aprel 2023-cü il tarixli məktubdan görünür ki, X11 Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 42, “Park Bulvar” Ticarət Mərkəzində yerləşən “PAKDAD” restoranında olarkən vitrində yerləşdirilmiş menyuda yeməklə birlikdə 500 ml içki təqdim ediləcəyi göstərilsə də, ona 300 ml içki təqdim edildiyini, etiraz etdikdə restoran personalının onunla kobud rəftar etdiyini, uzun müddət gözlədikdən sonra gec hazır olması səbəbi ilə sifarişin ləğv edilməsini tələb etdiyini və ödədiyi məbləğin geri qaytarıldığını bildirərək, müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Qeyd olunanlarla əlaqədar, qaldırılan məsələyə zərurət yarandığı təqdirdə vətəndaşın iştirakı ilə baxaraq qanunamüvafiq tədbirlərin görülməsi və nəticəsi barədə məlumatın, eyni zamanda müştərilərə təqdim olunan menyunun (və ya vitrində qeyd olunan menyunun fotoşəklinin) surətinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9cu maddəsinə uyğun olaraq 5 gündən gec olmayaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Pakdad” restoranlarının rəhbərliyinə ünvanlanmış 11 aprel 2023-cü il tarixli məktubdan görünür ki, vətəndaş Bəxtiyar Musayev “28 Mall” Ticarət Mərkəzində fəaliyyət göstərən “Pakdad” restoranında iaşə məhsullarının qiymətini özündə əks etdirən monitorda göstərilən qiymətlərlə kassanın fiskal yaddaşındakı qiymətlər fərqli olduğundan ondan artıq məbləğin alındığını, bununla bağlı etiraz etdikdə isə monitordakı qiymətlərin köhnə olduğu barədə məlumat verildiyini bildirərək, müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Qeyd olunanlarla əlaqədar müraciətdə göstərilən məsələnin araşdırılaraq görülmüş qanunamüvafiq tədbirlərin nəticəsi barədə məlumatın, restoranda istehlakçılara təqdim olunan menyunun 1 (bir) nüsxəsinin, iaşə məhsullarının qiymətini özündə əks etdirən monitorun fotoşəklinin və vətəndaş B.Musayevə təqdim olunan hesabın surətinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə əsasən 5 gündən gec olmayaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin tələblərinin pozulması barədə 14 iyun 2023-cü il tarixli məktubdan görünür ki, hüquqi şəxsə xx.xx.2023-cü il tarixdə saat 12:00-13:00-dək protokolun tərtibində səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış 23 iyun 2023-cü il tarixli məktubdan görünür ki, hüquqi şəxsi ünvanına barələrində Azərbaycan Respublikası İXM-nin 445.1-ci maddəsi ilə tərtib olunmuş 21 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surəti göndərilmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin və şahidin çıxışlarını, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə Şəxsnə məxsus “Pakdad” restoranlarında menyu düzgün tərtib olunmamış və qiymət intizamı pozulmuşdur. Belə ki, vətəndaş X6 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış müraciət məktubundan açıq aşkar göründüyü kimi o, xx.xx.2023-cü il tarixdə Park Bulvarda yerləşən “Pakdad” restoranında menyuda 500 ml yazılmasına baxmayaraq 300 ml içki veriləcəyini qeyd etmiş və onun şikayəti xx.xx.2023-cü il tarixdə səlahiyyətli orqanın icraatına daxil olmuşdur. Bundan başqa, X2 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış müraciət məktubundan açıq aşkar göründüyü kimi o, xx.xx.2023-cü il tarixində “28 Mall”-da fəaliyyət göstərən “Pakdad” restoranına getdiyini, monitorda bir qiymət göstərildiyi halda, kassada ondan artıq məbləğ alındığını, etiraz etdikdə monitordakı qiymətlərin köhnə qiymət olduğu cavabının verildiyini qeyd etmiş və onun şikayəti həmin tarixdə səlahiyyətli orqanın icraatına daxil olmuşdur. Bununlada, Şəxs barəsində ticarət qaydaları əleyhinə olan Azərbaycan Respublikası İXM-nin 445.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 21 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər; 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 445.1-ci maddəsinə əsasən qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə, Şəxs MMC-yə məxsus “Pakdad” restoranında menyunun düzgün tərtib edilməməsi halının Nuran İbrahimli tərəfindən 20 mart 2023-cü il tarixdə aşkar edildiyini və onun bu barədə şikayətinin səlahiyyətli orqanın icraatına 03 aprel 2023-cü il tarixdə daxil olduğunu, həmçinin Şəxs MMC-yə məxsus “Pakdad” restoranında qiymət tənziminin pozulması halının Bəxtiyar Musayev tərəfindən 10 aprel 2023-cü il tarixdə aşkar edildiyini və onun bu barədə şikayətinin elə həmin tarixdə səlahiyyətli orqanın icraatına daxil olduğunu, ayrı-ayrılıqda hər iki hadisənin baş verdiyi tarixdən inzibati məsuliyyətə cəlb etmə üçün nəzərdə tutulmuş 04 ay müddətin keçdiyini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Shazeli Group” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2867/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2867/2023
17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver