Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2884/2021 12.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ort təhsilli, “Aras Suoermarket” mağazalar şəbəkəsində satıcı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi müayinədən boyun qaçırmışdır. Bu barədə Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X4 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 207-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 02 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, təxminən beş aydır ki, ara-sıra kakos adlanana narkotik vasitədən istifadə edir. Həmin narkotik vasitəni müxtəlif vaxtlarda, tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. 31.07.2021-ci il tarixdə A.Rəhimov küçəsində olan zaman polis əməkdaşlatrı ona yaxınlaşaraq özünü təqdim etməsini tələb etmiş, o, özünü itirdiyindən onu sorğu-sual etmiş, bu zaman o, həmin polis əməkdaşlarına səmimi olaraq narkotik vasitələrin istifadəçisi olduğunu bildirmişdir. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş, şöbədə olarkən Respublika Narkoloji Mərkəzinə müayinə edilməsi üçün aparılmış, orada olan zaman narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi müayinədən boyun qaçırmışdır. Əməlindən səmimi peşmandır və bir daha belə hallara yol verməyəcək. Odur ki, barəsində yüngül inzibati tənbeh növünün seçilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 02 avqust 2021-ci il tarixli, MN ******* nömrəli protokoldan aydın olur ki, Şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi müayinədən boyun qaçır üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 207-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; X1 Narkotik Vasitələrin və X2 Hallarının Müəyyən edilməsi Məqsədi ilə X3 haqqında 02 avqust 2021-ci il tarixli, 1/1431 saylı aktdan görünür ki, Şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi müayinədən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 207-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin istehlakı və ya daşınması hallarının, həmçinin belə istehlak nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi müayinədən boyun qaçırmağa görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin izahatını və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi müayinədən boyun qaçırmışdır. Bununla da, Zeynalov X5 Xətalar Məcəlləsinin 207-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Zeynalov X5 Xətalar Məcəlləsinin 207-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 207-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-2884/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2884/2021
12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver