Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2887/2023 29.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 01 iyun 2023-cü il tarixli 01400-04238/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən **********4344 saylı xx.xx.2022-ci il tarixli, **********6048 saylı xx.xx.2022-ci il tarixli, **********6050 saylı xx.xx.2022-ci il tarixli, **********7926 saylı xx.xx.2022-ci il tarixli, **********8024 saylı xx.xx.2022-ci il tarixli, **********9935 saylı xx.xx.2022-ci il tarixli, **********0895 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 130685,00 ABŞ dolları (222164,50 manat) məbləğində vəsaitdən həmin gömrük bəyannamələri əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 9453,60 ABŞ dolları (16071,12 manat) məbləğində vəsait onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Bununla da, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X2 təmsil etdiyi hüquqi şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, hüquqlarını təmsil etdiyi hüquqi şəxs Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış müqavilələrə əsasən protokolda qeyd olunan **********4344 saylı xx.xx.2022-ci il tarixli, **********6048 saylı xx.xx.2022-ci il tarixli, **********6050 saylı xx.xx.2022-ci il tarixli, **********7926 saylı xx.xx.2022-ci il tarixli, **********8024 saylı xx.xx.2022-ci il tarixli, **********9935 saylı xx.xx.2022-ci il tarixli, **********0895 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri əsasında tərəflərindən sonuncunun ünvanına 130685,00 ABŞ dolları məbləğində üzüm yükü göndərilmişdir. Lakin tərəflərindən təqdim edilən məhsulun keyfiyyəti razılaşdırılmış səviyyədə olmadığı üçün alıcı tərəfindən aralarında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq dəymiş ziyanın qarşılığında onlardan müvafiq məbləğlərdə kompensasiya tələb olunmuş və həmin məbləğ ümumilikdə 9453,60 ABŞ dolları təşkil etmişdir. Bu tələblərin qarşılığında həmin məbləğdə endirim edilmişdir. Qeyd olunan hal isə onların təqsirini istisna edir. Beləliklə o, göstərilənləri nəzərə alaraq hüquqi şəxs Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı X4 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 01 iyun 2023-cü il tarixli 01400-04238/23 nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən **********4344 saylı xx.xx.2022-ci il tarixli, **********6048 saylı xx.xx.2022-ci il tarixli, **********6050 saylı xx.xx.2022-ci il tarixli, **********7926 saylı xx.xx.2022-ci il tarixli, **********8024 saylı xx.xx.2022-ci il tarixli, **********9935 saylı xx.xx.2022-ci il tarixli, **********0895 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 130685,00 ABŞ dolları (222164,50 manat) məbləğində vəsaitdən həmin gömrük bəyannamələri əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 9453,60 ABŞ dolları (16071,12 manat) məbləğində vəsait onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin konsiqnasiya əməliyyatları üzrə hesabatından görünür ki, Şəxs tərəfindən AO “Arviay (X6 NTS)” şirkətinə **********4344 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə ixrac edilmiş mallara görə 423.25 ABŞ dolları məbləğində pul vəsaiti; **********9935 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə ixrac edilmiş mallara görə 1984.23 ABŞ dolları məbləğində pul vəsaiti; "xxxx" LLC şirkətinə **********7926 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə ixrac edilmiş mallara görə 1741.47 ABŞ dolları məbləğində pul vəsaiti; **********8024 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə ixrac edilmiş mallara görə 1710.94 ABŞ dolları məbləğində pul vəsaiti; **********0895 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə ixrac edilmiş mallara görə 1186.18 ABŞ dolları məbləğində pul vəsaiti; OOO “Roznica K-1” **********6048 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə ixrac edilmiş mallara görə 1119.15 ABŞ dolları məbləğində pul vəsaiti; **********6050 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə ixrac edilmiş mallara görə 1288.38 ABŞ dolları məbləğində pul vəsaiti xarici iqtisadi fəaliyyətin nəticəsi olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına qaytarılmamışdır. "xxxx" MMC tərəfindən hüquqi şəxs Şəxsnə ünvanlanmış xx.xx.2022-ci il tarixli Rİ4-22- 007604 nömrəli iddia üçün kredit notundan görünür ki, xx.xx.2022-ci il tarixli Rim/8614/22 nömrəli müqaviləyə əsasən dəymiş zərərin ümumi məbləği 1186.18 ABŞ Dolları müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən hüquqi şəxs Şəxsnə ünvanlanmış xx.xx.2022-ci il tarixli Rİ4-22- 007268 nömrəli iddia üçün kredit notundan görünür ki, xx.xx.2022-ci il tarixli Rim/8614/22 nömrəli müqaviləyə əsasən dəymiş zərərin ümumi məbləği 626.99 ABŞ Dolları müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən hüquqi şəxs Şəxsnə ünvanlanmış xx.xx.2022-ci il tarixli 150622- B1 nömrəli iddia üçün kredit notundan görünür ki, xx.xx.2022-ci il tarixli Rim/8614/22 nömrəli müqaviləyə əsasən dəymiş zərərin ümumi məbləği 520.00 ABŞ Dolları müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən hüquqi şəxs Şəxsnə ünvanlanmış xx.xx.2022-ci il tarixli Rİ4-22- 007475 nömrəli iddia üçün kredit notundan görünür ki, xx.xx.2022-ci il tarixli Rim/8614/22 nömrəli müqaviləyə əsasən dəymiş zərərin ümumi məbləği 629.40 ABŞ Dolları müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən hüquqi şəxs Şəxsnə ünvanlanmış xx.xx.2022-ci il tarixli Rİ4-22- 007482 nömrəli iddia üçün kredit notundan görünür ki, xx.xx.2022-ci il tarixli Rim/8614/22 nömrəli müqaviləyə əsasən dəymiş zərərin ümumi məbləği 418.31 ABŞ Dolları müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən hüquqi şəxs Şəxsnə ünvanlanmış xx.xx.2022-ci il tarixli Rİ4-22- 007529 nömrəli iddia üçün kredit notundan görünür ki, xx.xx.2022-ci il tarixli Rim/8614/22 nömrəli müqaviləyə əsasən dəymiş zərərin ümumi məbləği 663.23 ABŞ Dolları müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən hüquqi şəxs Şəxsnə ünvanlanmış xx.xx.2022-ci il tarixli Rİ4-22- 007270 nömrəli iddia üçün kredit notundan görünür ki, xx.xx.2022-ci il tarixli Rim/8614/22 nömrəli müqaviləyə əsasən dəymiş zərərin ümumi məbləği 594.48 ABŞ Dolları müəyyən edilmişdir. “RVİ (X3)” ASC tərəfindən hüquqi şəxs Şəxsnə ünvanlanmış AG-RVİ/10.22/İNV066 nömrəli iddia üçün kredit notundan görünür ki, xx.xx.2020-ci il tarixli RVİ-AQR-080920-N20 nömrəli müqavilənin şərtlərinin yerinə yetrilməməsi nəticəsində dəymiş zərərin ümumi məbləği 423.25 ABŞ Dolları təşkil etmişdir. “RVİ (X3)” ASC tərəfindən hüquqi şəxs Şəxsnə ünvanlanmış AG-RVİ/10.22/İNV071 nömrəli iddia üçün kredit notundan görünür ki, xx.xx.2020-ci il tarixli RVİ-AQR-080920-N20 nömrəli müqavilənin şərtlərinin yerinə yetrilməməsi nəticəsində dəymiş zərərin ümumi məbləği 1984.23 ABŞ Dolları təşkil etmişdir. "xxxx" MMC tərəfindən hüquqi şəxs Şəxsnə ünvanlanmış iddia üçün kredit notundan görünür ki, xx.xx.2022-ci il tarixli DAP/142 nömrəli müqaviləyə əsasən spesifikasiyanın tələblərinə cavab verməyən mallara görə dəymiş zərərin ümumi məbləği 989.75 ABŞ Dolları təşkil etmişdir. "xxxx" MMC tərəfindən hüquqi şəxs Şəxsnə ünvanlanmış iddia üçün kredit notundan görünür ki, xx.xx.2022-ci il tarixli DAP/142 nömrəli müqavilənin 1.1, 11.1, 9.1.4-cü bəndlərində nəzərdə tutulmuş hallara görə dəymiş zərərin ümumi məbləği 298.63 ABŞ Dolları təşkil etmişdir. "xxxx" MMC tərəfindən hüquqi şəxs Şəxsnə ünvanlanmış iddia üçün kredit notundan görünür ki, xx.xx.2022-ci il tarixli DAP/142 nömrəli müqavilənin 1.1, 11.1, 9.1.4-cü bəndlərində nəzərdə tutulmuş hallara görə dəymiş zərərin ümumi məbləği 129.40 ABŞ Dolları təşkil etmişdir. "xxxx" MMC tərəfindən hüquqi şəxs Şəxsnə ünvanlanmış iddia üçün kredit notundan görünür ki, xx.xx.2022-ci il tarixli DAP/142 nömrəli müqaviləyə əsasən spesifikasiyanın tələblərinə cavab verməyən mallara görə dəymiş zərərin ümumi məbləği 989.75 ABŞ Dolları təşkil etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat hüquqi şəxsin nümayəndəsinin çıxışını, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı X4 tərəfindən tərtib edilmiş 01 iyun 2023-cü il tarixli 01400-04238/23 nömrəli protokola əsasən Şəxs MMC tərəfindən **********4344 saylı xx.xx.2022-ci il tarixli, **********6048 saylı xx.xx.2022-ci il tarixli, **********6050 saylı xx.xx.2022-ci il tarixli, **********7926 saylı xx.xx.2022-ci il tarixli, **********8024 saylı xx.xx.2022-ci il tarixli, **********9935 saylı xx.xx.2022-ci il tarixli, **********0895 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 130685,00 ABŞ dolları (222164,50 manat) məbləğində vəsaitdən həmin gömrük bəyannamələri əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 9453,60 ABŞ dolları (16071,12 manat) məbləğində vəsait onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməməsi əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Lakin məhkəmə iclasında hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X2 izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi hüquqi şəxs Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış müqavilələrə əsasən protokolda qeyd olunan **********4344 saylı xx.xx.2022-ci il tarixli, **********6048 saylı xx.xx.2022-ci il tarixli, **********6050 saylı xx.xx.2022-ci il tarixli, **********7926 saylı xx.xx.2022-ci il tarixli, **********8024 saylı xx.xx.2022-ci il tarixli, **********9935 saylı xx.xx.2022-ci il tarixli, **********0895 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri əsasında tərəflərindən sonuncunun ünvanına 130685,00 ABŞ dolları məbləğində üzüm yükü göndərilmişdir. Lakin tərəflərindən təqdim edilən məhsulun keyfiyyəti razılaşdırılmış səviyyədə olmadığı üçün alıcı tərəfindən aralarında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq dəymiş ziyanın qarşılığında onlardan müvafiq məbləğlərdə kompensasiya ödəmələri tələb olunmuş və həmin məbləğ ümumilikdə 9453,60 ABŞ dolları təşkil etmişdir. Bu tələblərin qarşılığında həmin məbləğdə endirim edilmişdir. Qeyd olunan hal isə özlüyündə Şəxs təqsirini istisna edir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda hüquqi şəxs Şəxs tərəfindən xarici iqtisadi fəaliyyət nəticəsində əldə etdiyi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda, milli valyutaya nisbətdə 16071,12 manat təşkil edən 9453.60 ABŞ dolları xarici valyuta vəsaitinin xaricdən qaytarılmamasına istinad edilsə də, hüquqi şəxs tərəfindən ixrac olunmuş mallar keyfiyyət baxımından "xxxx" MMC, “RVİ (X3)” ASC və "xxxx" MMC ilə razılaşdırılmış şərtlərə uyğun gəlmədiklərindən həmin şirkətlər tərəfindən Şəxs MMC-dən ayrı-ayrılıqda 1186.18 ABŞ Dolları, 626.99 ABŞ Dolları, 520.00 ABŞ Dolları, 629.40 ABŞ Dolları, 418.31 ABŞ Dolları, 663.23 ABŞ Dolları, 594.48 ABŞ Dolları, 423.25 ABŞ Dolları, 1984.23 ABŞ Dolları, 989.75 ABŞ Dolları, 298.63 ABŞ Dolları, 129.40 ABŞ Dolları, 989.75 ABŞ Dolları məbləğində kompensasiya tələb edilmiş və bununlada hüquqi şəxs tərəfindən dəymiş ziyana görə ümumilikdə 9453.60 ABŞ dolları məbləğində endirim edilmişdir. Lakin səlahiyyətli orqan tərəfindən qeyd olunan xüsusatlar araşdırılmadan Xaçmaz Gömrük İdarəsində **********4344 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə ixrac edilmiş mallara görə 423.25 ABŞ dolları məbləğində pul vəsaitinin; **********9935 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə ixrac edilmiş mallara görə 1984.23 ABŞ dolları məbləğində pul vəsaitinin; **********7926 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə ixrac edilmiş mallara görə 1741.47 ABŞ dolları məbləğində pul vəsaitinin; **********8024 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə ixrac edilmiş mallara görə 1710.94 ABŞ dolları məbləğində pul vəsaitinin; **********0895 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə ixrac edilmiş mallara görə 1186.18 ABŞ dolları məbləğində pul vəsaitinin; **********6048 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə ixrac edilmiş mallara görə 1119.15 ABŞ dolları məbləğində pul vəsaitinin; **********6050 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə ixrac edilmiş mallara görə 1288.38 ABŞ dolları məbləğində pul vəsaitinin xarici iqtisadi fəaliyyət nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi qənaətinə gəlinərək barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunması əsassız olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə hüquqi şəxs Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2887/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2887/2023
29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver