Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-289/2024 20.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X4, Şikayət vermiş şəxs X3 iştirakları ilə, X1 Sumqayıt Şəhər Dövlət X10 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Sumqayıt Şəhər Dövlət X12 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 16 sentyabr 2023-cü il tarixdə Bakı-Quba yolunun H.Z.Tağıyev qəsəbəsi ərazisində sol zolaqdan hərəkət edirmiş. Dairəyə Yaxınlaşdıqda dönmə işıqlarını yandırıb geriyə dönən zaman dairənin tən ortasına çatmışdır. Bu zaman arxadan gələn “Kia Sorento” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə hərəkət edərək dairənin üzərindən keçərək ona məxsus “Mersedes Benz” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sol yan pamperin, qanad və təkərdən vurmuşdur. Sürəti çox olduğu üçün hadisə yerində dayana bilməyib 70-100 metr gedib aralıda dayanmışdır. Özü yaxınlaşıb görmüşdür ki, salamatlıqdır, heç bir xəsarət yoxdur. Etiraf etmişdir ki, telefona baxmış, sonradan qarşısındakı dairədə maşının geriyə döndüyünü görmüşdür. 102 xidmətinə zəng etmişlər, hadisə xidmətlərinə baxan Sumqayıt Yol Polisindən heç kim gəlməmişdir. Ərazidə xidmət aparan yol polisi gəlmişdir. Onlardan sənədləri almış, getmək istəyən zaman hadisə yeri ilə bağlı niyə heç bir çəkiliş aparmamaqlarını soruşmuş, polis əməkdaşları isə kamera görüntülərinə baxacaqlarını bildirmişdirlər. Bundan sonra “156 Evakuator Xidməti” ilə onun avtomobilini Xətai rayonu, Gənclər parkının yanında yerləşən maşın təmiri sexinə gətirmişlər, vurulmuş zərəri də həmin şəxs ödəmişdir. Xətai Rayon Məhkəməsinin 3(011)- 4822/2023 saylı, 06 dekabr 2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Şəhər Dövlət X11 göndərilmişdir. Lakin Sumqayıt Şəhər Dövlət X12 də heç bir araşdırma aparmadan qərarı qüvvədə saxlamışdır. Qeyd edilənlərin nəzərə alınaraq Sumqayıt Şəhər Dövlət X12 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 ərizənin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğunu bu səbəbdən də həmin qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X6 bildirmişdir ki, Hadisə baş vermiş ərazidə qoyulmuş 4.3 (Dairəvi hərəkət) yol nişanı onu bildirr ki, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olmuş sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Lakin bu hadisədə, hər iki nəqliyyat vasitəsi dairəyə daxil olan sayılır. Odur ki, hadisənin baş vermə səbəbi yol nişanının tələbinə deyil, Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanununun 42-ci maddəsinin tələbinə uyğundur. Yəni sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitəsinə yol verməlidir. Əlavə olaraq yerdəyişən sürücü yəni Mercedes Benz E270 CDİ markalı **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yerdəyişməni sağ zolağdan etdiyinə görə sol zolağda düzünə hərəkətdə olan Kia Sorento markalı **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Əlavə olaraq bildirmişdir ki, digər maşın öz zolağı ilə gəlir. Şikayət verən sağdan sola geniş götürüldüyünə görə digər avtomobil zərurətdən yerdəki dairənin üzərindən keçərək gəlib Mercedes Benz E270 CDİ markalı **-BA-*** dövlət qeydiyyat nömrəli avtomobilin arxa hissəsinə dəyir. Digər maşın yaranmış zərurətdən dairəni kəsir. Məhkəmə şikayət verən şəxsin və qərarından şikayət verilmiş şəxsin izahatlarını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt Şəhər Dövlət X10 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 16 sentyabr 2023-cü il tarixində 16:15 radələrində Bakı-Quba yolunun Sumqayıt ərazisindən keçən 41-ci km-də ünvanında “Mercedes Benz E270 CDİ” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X10 polis kapitanı X4 23 yanvar 2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərarından görünür ki, Baş vermiş yol-nəqliyyat hadisəsində "Mercedes Benz E270 CDİ" markalı **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanununun 42-ci maddəsinin tələbini pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasında 01 ədəd CD diskdə təqdim edilmiş görüntülərə baxış keçirilmiş və həmin görüntülərdə "Mercedes Benz E270 CDİ" markalı **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolun sağ tərəfi ilə hərəkət etməsini, Kia Sorento markalı **- LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin isə yolun sol tərəfi ilə hərəkət etməsi və avtomobillərin toqquşması müəyyən olunmuşdur.(Göstərilən xüsusat məhkəmə iclasında iştirak edən şəxslərin hər ikisinin izahatı və təsdiqi ilə müəyyən edilmişdir).Həmin görüntülərdə yerdə hər hansısa bir işarənin olub-olmaması tam olaraq təsdiq edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin V bəndinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə zamanı tərəflər Kia Sorento markalı **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dairəni kəsərək Mercedes Benz E270 CDİ" markalı **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmasını bildirmiş olsa da, təqdim edilmiş yol hərəkətinin sxemində qeyd edilən xüsusat öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Dövlət X10 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Dövlət X10 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-289/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-289/2024
20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver