Məhkəmə qərarları › İş №3(011)-2890/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2890/2021

13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2890/2021 13.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, X1nun iştirakı ilə, X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 16.02.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 16.02.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X6 şikayətini müdafiə edərək göstərdi ki, hazırkı şikayətə əlavə edilən “İnnovasiyalar Mərkəzi”nin “Asan Ödəniş” sistemindən 14 iyul 2021-ci il tarixli, 1QKQME2O5N10B0 nömrəli çıxarışdan görünür ki, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 10.01.2021-ci il, 31.01.2021-ci il, 13.02.2021-ci il, 16.02.2021-ci il, 22.02.2021-ci il və 20.05.2021-ci il tarixlərində törədilmiş inzibati xətalar üzrə barəsində 16.02.2021-ci il tarixində EQ ******* saylı və digər elektron qərarlar qəbul edilmişdir. Sözügedən qərarla müvafiq olaraq inzibati cərimə olunmuşdur. Nəzərə çatdırmağı zəruri hesab edir ki, **-PR-*** dövlət qeydiyyat nişanlı, “Nissan X-Trail” markalı avtomobil "xxxx" MMC-nə məxsus olmuş, 2017-2018-ci illərdə müvafiq işçi qrupunun üzvü olduğundan həmin nəqliyyat vasitəsi 2017-2018-ci illərdə sözügedən cəmiyyət tərəfindən adına verilmiş etibarnamə ilə tərəfindən idarə olunmuşdur. Həmin nəqliyyat vasitəsi etibarnamə əsasında göstərilən müddətdə tərəfindən idarə edildiyi dövrdə bu barədə müvafiq məlumatlar Azərbaycan Respublikası BDYPİ-nin X4 daxil edilmişdir. 2018-ci ilin əvvəllərində işçi qrupunda işləri başa çatdığından qeyd olunan avtomobil tərəfindən geri qaytarılmışdır. Həmin müddətdən hazırkı vaxta kimi "xxxx" MMC-nə məxsus “Nissan X- Trell” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil digər şəxslər tərəfindən idarə edilmişdir. Lakin sözügedən cəmiyyət tərəfindən adına verilmiş etibarnamə, işçi qrupunda işi başa çatdıqdan sonra ləğv edilmiş, bu barədə müvafiq məlumat X4 daxil edilməsi üçün göndərilmədiyindən, digər şəxsin törətdiyi inzibati xətalar üzrə tərtib edilmiş elektron qərarlar avtomatik olaraq onun adına yönləndirilmişdir. Hazırkı şikayətə əlavə edilən “X2 Company” MMC tətərindən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X12, eləcə də surəti ona ünvanlanmış 11 iyun 2021-ci il tarixli, 45/21 saylı məktubdan görünür ki, sözügedən cəmiyyətə məxsus “Nissan X-Trell” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 06.01.2021-ci il tarixdən, yəni barəsində ilk 10.01.2021-ci il tarixli elektron qərar qəbul edilməmişdən dörd gün əvvəldən, yəni 06.01.2021-ci il tarixdən, 02/21 saylı etibarnamə əsasında X9 tərəfindən idarə edilməklə onun istifadəsindədir. İnzibati xəta hadisəsi foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydasını ehtiva edən İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinin tələbinə görə barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Sadalanan xüsusatlara və istinad edilən hüquq normasına istinadən hesab edir ki, hazırkı şikayətlə məhkəməyə müraciət etməkdə haqlıdır və bu haqlı şikayəti məhkəmə tərəfindən təmin edilməlidir. Yuxarıda göstərilnələrlə yanaşı onu da qeyd etməyi zəruri hesab edir ki, barəsində olan hazırkı elektron qərarın, eləcə də digər elektron qərarların ləğvinə dair müvafiq şikayətlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etsə də, həmin məhkəmənin 22.07.2021-ci il tarixli, 3 (011)-2765/2021 saylı qərardadı ilə bir neçə inzibati tənbeh vermə haqqında qərarın ləğvinə bir şikayətlə baxılmasının mümkün olmamasına istinad olunaraq verdiyi şikayət və şikayətə əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılmaqla ona qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. X1 şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası İXM-nin 3, 4, 5.1, 5.2, 6.1, 8, 11.1, 12.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “X2 Company” MMC-nin surəti Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nə və X5 göndəriməklə Azərbaycan respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə ünvanladığı 11.06.2021-ci il tarixli, 45/21 nömrəli məktubunda qeyd edilmişdir ki, “X2 Company” MMCnə məxsus “Nissan X-Trell” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 06 yanvar 2021-ci il tarixli, 02/21 saylı etibarnamə əsasında X8 (sürücülük vəsiqəsi : AC 634307, verilib 04.08.2017-ci il, DİN BDYPİQİS Gəncə Asan x.m) istifadəsinə verilmişdir; Azərbaycan respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 16.02.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, səlahiyətli orqanın vəzifəli şəxsi tərəfindən X3 İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) manat məbləğində cərimə edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar; 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - 10 (on) manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, **-PR-*** dövlət qeydiyyat nişanlı, “Nissan X-Trail” markalı avtomobil "xxxx" MMC-nə məxsus olmuş, X6 2017-2018ci illərdə müvafiq işçi qrupunun üzvü olduğundan nəqliyyat vasitəsi 2017-2018-ci illərdə sözügedən cəmiyyət tərəfindən adına verilmiş etibarnamə əsasında X6 tərəfindən idarə olunmuşdur. Pənah Abdullayevin 2018-ci ilin əvvəllərində işçi qrupunda işləri başa çatdığından qeyd olunan avtomobil tərəfindən geri qaytarılmış, həmin müddətdən hazırkı vaxta kimi "xxxx" MMC-nə məxsus “Nissan X-Trail” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil digər şəxslər tərəfindən idarə edilmiş və “X2 Company” MMC-nə məxsus “Nissan X-Trell” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 06 yanvar 2021-ci il tarixli, 02/21 saylı etibarnamə əsasında X8 istifadəsinə verilmişdir. Göründüyü kimi, 16.02.2021-ci il tarixdə Pənah Abdullayevin barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılarkın avtomobil, Pənah Abdullayevin deyil X8 istifadəsində olmuşdur. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, X3 təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, şikayət təmin edilməli, 16.02.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, X3 16.02.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla təqsirli bilindiyi inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 130, 133-135 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 16.02.2021-ci il tarixli, EQ ******* nömrəli elektron qərarı ləğv edilsin və iş üzrə icraata X3 qeyd edilən inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar