Məhkəmə qərarları › İş №3(011)-2905/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2905/2022

15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2905/2022 15.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixdə təxminən saat 11:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi ilə sağa doğru Xocalı prospektinə dönərkən piyada zolağında hərəkətdə olan Zərərçəkmiş şəxs vurmuş, velosiped aşaraq qız yıxılmış və nəticədə Zərərçəkmiş şəxs maddi zərər və sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin axtarış üzrə inspektoru Polad Xəlilov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 28 iyun 2022-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, “Toyota Prius” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. xx.xx.2022-ci il tarixdə təxminən saat 11:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi ilə hərəkətdə olaraq sağa doğru Xocalı prospektinə dönərək piyada zolağında hərəkətini təxminən saatda 10-15 km sürətlə davam etdirmək istəyən zaman sağ tərəfindən sol tərəfə doğru velosipedçi qız çıxmış və o, velosipedə yüngül toxunmuş, velosiped aşaraq qız yıxılmış və yüngül xəsarət almışdır. Sonra hadisə yerinə təcili tibbi yardım gəlmiş, qızı xəstəxanaya aparmışlar, o isə hadisə yerində qaçmışdır. O, hadisə zamanı xəsarət almadığını, YNH zamanı idarə etdiyi Toyota Prius markalı avtomobildə özündən başqa heç kim olmadığını, hadisə baş verən anda hava şəraitinin aydın, təbii gün işığı olduğunu, yol örtüyünün asfalt, asfalt örtüyünün quru, idarə etdiyi Toyota Prius markalı avtomobilinin texniki cəhətdən saz olduğunu, hadisə baş verən zaman avtomobilinin yük yerində yük olmadığını, hadisə zamanı spirtli içki qəbul etmədiyini, psixotrop maddənin təsiri altında olmadığını, hadisə zamanı ayıq vəziyyətdə olduğunu bildirmişdir. Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində olan piyada zolağında idarə etdiyi “Focus” markalı velosiped ilə təxminən saatda 5 km sürətlə yolu qarşı tərəfə keçən zaman sol tərəfindən hərəkətdə olan “Toyota” markalı avtomobil onu vurmuş və o yıxılaraq xəsarət almışdır. Bundan sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş, onu xəstəxanaya aparmışlar, xəstəxanada müayinə olunduqdan sonra o, oradan çıxaraq polisə izahat yazmaq üçün getmişdir. Hadisə nəticəsində onun qol saatının və velosipedinin zədə aldığını, təxminən 600 manat maddi ziyan dəydiyini, xəsarət aldığını bildirmişdir. Buna görə də Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Vlazim Musayev tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və onun inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 18 may 2022-ci il tarixli 530 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - sol əlin 1-ci barmağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, qançırı, hərəkət məhdudluğu, dırnaq sədəfi altının qansızması müəyyən edilmiş, xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Təqdim olunmuş yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyi və digər iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirici hal kimi əməlindən səmimi peşmançılığı müəyyən edilmiş, ağırlaşdırıcı hallar isə müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar