Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2912/2021 27.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X5 iştirakı ilə X5 Respublika Gigiyena və X4 hüquqi şəxsinin 11 iyun 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 4000 manat məbləğində cərimə təyin edilməsi barədə Respublika Gigiyena və X4 hüquqi şəxsinin 11 iyun 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X8 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 23 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sanitariya-epidemioloji xidmətin əməkdaşı tərəfindən sahibi olduğu ünvan 1 ünvanda yerləşən “Qokuş” restoranına baxış keçirilmişdir. Nəzarət tədbiri nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərinin pozulması faktının aşkar edildiyini iddia edərək, barəsində 23.05.2021-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati xətalar haqqında” protokol tərtib edilmişdir. Protokolda obyektində yerləşdirdirilən masalarda oturacaqlararası məsafənin 1 metrdən az olduğu iddia edilmişdir. Tərəflərindən karantin rejiminin tələblərinə tam ciddi şəkildə əməl olunaraq, istər müştərilərin, istər işçilərin səhhətinin qorunmasına yüksək həssaslıqla yanaşılmışdır. Obyektdə çalışan əməkdaşlardan birinin tibbi qoruyucu vasitəni (maska) düzgün istifadə etmədiyini iddia edərək (burunun altında saxlamaqla) cərimələmək istəyən məmurla məsələni aydınlaşdırmağa çalışarkən, aramızda yaranan anlaşılmazlıq nəticəsində məmur öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə deyil, həmin məcəllənin 211.1-ci maddəsi ilə protokol tərtib etmək qərarına gəldi. Tərtib olunan protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tərəfindən 11.06.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 4000 AZN (dörd min manat) həcmində cərimə təyin olunduğuna dair bildiriş ünvanına göndərilmişdir. 08.07.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə protokoldan şikayət məktubu ünvanlamışdır. 02.08.2021-ci il tarixdə məhkəmədən göndərilən cavab əsasında məhkəmə aidiyyəti qaydasının tərəfindən pozulduğunu və aidiyyəti rayon məhkəməsinə müraciət etməli olduğunu öyrənmişdir. İnzibati protokoldan şikayət etdiyi üçün İnzibati Məhkəməyə müraciət etməli olduğunu düşünmüşdür. Müddətin ötürülməsinin qeyd etdiyi səbəbdən baş verməsini nəzərə almağı xahiş etmişdir. Bildirmişdir ki, dövlət orqanlarının nümayəndələri monitorinq adi altında iki gündən bir obyektinə daxil olaraq, əsassız iradlar bildirməklə, inzibati cərimə tətbiq etmək üçün müxtəlif bəhanələr irəli sürürlər. Bir sahibkar olaraq, onda elə bir fikir formalaşır ki, dövləti təmsil edən bəzi məmurlar məqsədini aşaraq, nəzarət funksiyasını həyata keçirmək üçün deyil, məhz inzibati cərimə təyin etmək üçün obyektə üz tuturlar. Bu cür qərəzli yanaşma həm bir vətəndaş kimi, həm də sahibkar kimi onu məyus edir, rifaha, inkişafa olan ümidlərini zədələyir. İnzibati Xətalar Məcəlləsinə görə inzibati cərimə inzibati tənbeh növü təbiq edilməzdən əvvəl xəbərdarlıq inzibati tənbeh növü tətbiq edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir. Göründüyü kimi, Səhiyyə Nazirliyinin sanitariya-epidemioloji xidmətinin əməkdaşları yoxlama aparmazdan əvvəl heç bir metodik və ya tövsiyə xarakterli göstərişlər vermədən, İXM-nin 24-cü maddəsinə əsasən yazılı xəbərdarlıq etmədən birbaşa inzibati cərimə protokolu tərtib etmişlər. Məhkəmə iclasında X8 şikayət ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək xəbərdarlıq edilmədən cərimə yazılmasını qanunsuz hesab edərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Respublika Gigiyena və X4 hüquqi şəxsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, işə Respublika Gigiyena və X4 hüquqi şəxsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 23 may 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Xətai rayonu, M.Hadi küçəsi 136A, “Qokuş” restoranının qida qəbulu zalında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olması faktı aşkar edilmişdir. İş materiallarında olan Respublika Gigiyena və X4 hüquqi şəxsinin 11 iyun 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində cərimə təyin edilmişdir. Şikayəti, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyul 2020-ci il tarixli 237 nömrəli Qərarına əsasən ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə onların açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. X2 şikayətində göstərdiyi xüsusat, yəni protokolun İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 211.2-ci maddəsi ilə tərtib edilməli olduğu tələbi əsassızdır. Belə ki, ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalararası məsafələrin isə 2 metrdən az olması faktı İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkibini yaradır. Belə ki iş materiallarına əlavə edilmiş protokoldan məlum olur ki, ünvan 1 ünvanda yerləşən “Qokuş” restoranının zallarında oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalararası məsafələrin isə 2 metrdən az olması faktı aşkarlanmış və bu fakt 23 may 2021-ci il tarixdə fotoşəkil və aktla rəsmiləşdirilmişdir. Bundan başqa X1-epidemioloji xidmətinin əməkdaşlarının yoxlama aparmazdan əvvəl heç bir metodik və ya tövsiyə xarakterli göstərişlər verməməsi və inzibati cərimə tənbeh növü tətbiq edilməzdən əvvəl xəbərdarlıq inzibati tənbeh növünün tətbiq edilməsi ilə bağlı məhkəmə onu bildirir ki, Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı məsələlərin tənzimlənməsi qaydaları kütləvi informasiya vasitələrində geniş təbliğ edilmişdir. X7 Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında xəbərdarlıq tənbeh növü nəzərdə tutulmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərinə riayət etməyərək karantin rejimini pozmuşdur. Buna görə də Respublika Gigiyena və X4 hüquqi şəxsi bu faktı aşkar etdiyindən barəsində 23 may 2021-ci il tarixli MN ******* saylı protokol tərtib etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Respublika Gigiyena və X4 hüquqi şəxsi tərəfindən qəbul edilmiş 11 iyun 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X2 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X5 Respublika Gigiyena və X4 hüquqi şəxsi tərəfindən qəbul edilmiş 11 iyun 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayəti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-2912/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2912/2021
27.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver