Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2914/2025 29.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Ağsu rayonu, Ərəbmehdibəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, "xxxx" ASC-də mühəndis vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X1 xx.xx.2025-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Saturun Astra” markalı, **-RZ-*** d.q.n-lı avtomobili idarə edən Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələbini pozması nəticəsində idarə etdiyi “Saturun Astra” markalı, **-RZ-*** d.q.n-lı avtomobilin ön sol hissəsi ilə piyada Zərərçəkmiş şəxs ayaq nahiyəsindən vurması nəticəsində piyada Zərərçəkmiş şəxs YÜNGÜL dərəcəli bədən xəsarəti almışdır. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən 12 mart 2025-ci il tarixində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, Şəxs barəsində toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surətinin Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, təxminən 9 ildir BC kateqoriyalı sürücülük vəsiqəsi ilə avtomobil idarə edir. xx.xx.2025-ci ildə tarixdə təxminən saat 22:15 radələrində özünə məxsus idarə etdiyi “Saturun Astra” markalı **-RZ-*** d.q.n-lı avtomobil ilə Ukrayna dairəsindən yaşadığı ünvana getmək məqsədilə Neapol küçəsində üzü Neapol dairəsi istiqamətinə əsas yolla sağdan 2-ci zolaqla təxminən 50 km/saat sürətlə hərəkət edən zaman anidən qadın piyada nizamlanmayan piyada keçidində yolu iti yerişlə sağdan sola doğru keçən zaman idarə etdiyi avtomobilin ön sol hissəsi ilə piyadanın sol ayağından vurması nəticəsində piyada avtomobilin ön alın şüşəsinə çırpılıb 3-5 metr avtomobilin hərəkət istiqamətində yerə yıxılmışdır. O, dərhal avtomobildən enib piyadaya yaxınlaşmış, daha sonra ətrafda olan digər şəxslərin köməkliyi ilə qadını avtomobilə əyləşdirmişdir. Hadisə zamanı idarə etdiyi avtomobildə tək olmuşdur. Daha sonra polis əməkdaşı yaxınlaşıb lazımi sənədləşməni aparmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı huşunu itirmiş və xx.xx.2025-ci il tarixdə oyanmışdır. Hadisədən sonra onu Sabunçu xəstəxanasından Neyrocərrahiyyə xəstəxanasına aparsalar da orada ətraflı yoxlama aparılmamışdır. Həmçinin, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 PHŞ-nin Xətai rayon şöbəsində keçirilmiş ekspertiza nəticəsində onda alın nahiyəsinin dərialtı hematoması, sıyrığı, sağ diz oynağı-baldır nahiyəsinin hematoması, hərəkət məhdudluğu və sol baldırın dərialtı hematoması kimi xəsarətlərin müəyyən edilməsi və ona yüngül dərəcələri bədən xəsarətinin yetirilməsi qeyd edilsə də, hadisə zamanı o, başından travma almış və bunun nəticəsində bir neçə gün huşsuz vəziyyətdə yatmışdır. Lakin təhqiqat orqanı tərəfindən bu hal araşdırılmamış və ekspertiza rəyində başında aşkar olunmuş xəsarətlər göstərilməmişdir. Belə ki o, özü MRT-yə düşmüş və başından zədə alması müəyyən edilmişdir. Həmin zədə ağır kimi qiymətləndirilməli olduğu halda, buna ümumiyyətlə əhəmiyyət verilməmiş, başındakı xəsarətin ekspertizası keçirilməmişdir. Beləliklə o, qeyd olunan hallara qiymət verilməsi və yenidən ekspertizanın keçirilməsi məqsədilə inzibati xəta haqqında materialın səlahiyyətli orqana geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən bu inzibati xəta haqqında protokol (prokurorun qərar) tərtib edildiyi vaxtdan 48 saat müddətində hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında protokolu, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, material geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 PHŞ-nin xx.xx.2025-ci il tarixli, 208 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs alın nahiyəsinin dərialtı hematoması, sıyrığı, sağ diz oynağı-baldır nahiyəsinin hematoması, hərəkət məhdudluğu və sol baldırın dərialtı hematoması müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Lakin, məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında qeyd olunan hallara qiymət verilməsi və yenidən ekspertizanın keçirilməsi məqsədilə inzibati xəta haqqında materialın təhqiqat orqanına geri qaytarılmasını xahiş etmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təhqiqat orqanı tərəfindən Zərərçəkmiş şəxs dəymiş xəsarətlərin dərəcələri müəyyən edilmədiyindən və zərərçəkmiş şəxsin izahatında göstərdiyi hallara ekspertiza rəyində qiymət verilmədiyindən işə mahiyyəti üzrə baxılması mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə toplanmış material natamam olduğundan və işə baxılıb tamamlamaq mümkün olmadığından həmin material Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə toplanmış material natamam olduğundan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qaytarılsın. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2914/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2914/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver