Məhkəmə qərarları › İş №3(011)-2925/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2925/2022

18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2925/2022 18.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Skaz Avtohouse» Məhdud Məsluliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X1 iştiraklarl ilə, hüquqi şəxs «Skaz Avtohouse» Məhdud Məsluliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X7i Şöbəsi «Skaz Avtohouse» Məhdud Məsluliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 26 iyun 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs «Skaz Avtohouse» Məhdud Məsluliyyətli Cəmiyyəti Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X7i Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan “Skoda Karoq» minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X7i Şöbəsinə verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X7i Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X7i Şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Skaz Avtohouse» Məhdud Məsluliyyətli Cəmiyyətinin nümayəndəsi X2 təmsil etdiyi hüquqi şəxsin inzibati xətanın törədilməsində təqsirli bilməyərək göstərdi ki, Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsinin X7 Şöbəsi tərəfindən 26 iyun 2022-ci il tarixdə Şəxs barəsində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 10:58-də Şəxs MMC-nin mülkiyyətində olan “Skoda Karoq» minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən fiziki şəxsin İXM-nin 346.1-ci maddəsi ilə inzibati xəta törətməsi ilə əlaqədar onun barəsində məlumat verilməsi barədə sorğu göndərilmiş, lakin həmin sorğu Şəxs MMC-nin işçisi tərəfindən qəbul edilməmiş, poçt xəbəmaməsindən də göründüyü kimi hüquqi şəxs Şəxs işçisi kimi naməlum şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə imza edilməklə qəbul edilmişdir; Görünüdüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi DYPŞ tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən inzibati xətalar qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla yanaşı, inzibati xəta haqqında icraat səthi aparılmaqla, kifayət qədər sübutlar əldə edilmədən, ehtimallara əsaslanaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, həmçinin tam, obyektiv və hərtərəfli araşdırma aparılmamışdır. Bu səbəbdən də inzibati xəta tərkibinin olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Skaz Avtohouse» Məhdud Məsluliyyətli Cəmiyyətinin nümayəndəsi X2 şikayətin hüquqi əsası kimi İXMnin 3, 8, 12, 53, 76, 84, 105.1-ci maddələrinə istinad etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X7i Şöbəsinin sorğu məktubunundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X7i Şöbəsi “Skoda Karoq» minik markalı, **-PJ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi hüquqi şəxs «Skaz Avtohouse» Məhdud Məsluliyyətli Cəmiyyətindən xahiş olunmuşdur; SS788300664AZ nömrəli xəbərnamədən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X7i Şöbəsinin sorğu məktubu xx.xx.2022-ci il tarixdə naməlum şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol X4 Təcrübə üzrə inspektoru, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 26 iyun 2022-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, hüquqi şəxs «Skaz Avtohouse» Məhdud Məsluliyyətli Cəmiyyəti Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X7i Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan “Skoda Karoq» minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X7i Şöbəsinə vermədiyindən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir; Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs «Skaz Avtohouse» Məhdud Məsluliyyətli Cəmiyyəti tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X7i Şöbəsinin sorğu məktubu kim tərəfindən qəbul edilməyi öz təsdiqini tapmır. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs «Skaz Avtohouse» Məhdud Məsluliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs «Skaz Avtohouse» Məhdud Məsluliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar