Məhkəmə qərarları › İş №3(011)-2941/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2941/2023

14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2941/2023 14.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən "xxxx" MMC-nin direktoru X3 vəkili Nümayəndə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 09 avqust 2023-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 09 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi və inzibai icraata xitam verilməsini xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə X10 özünü öldürməsi faktı ilə bağlı Lənkəran Rayon Prokurorluğunda yoxlama aparılmış və yoxlamanın nəticəsi üzrə böyük müstəntiq Kənan Cəfərli tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Yoxlama zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) (bundan sonra - "Şirkət") direktoru X8 (bundan sonra - "Şikayətçi") tərəfindən X4 əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə Şikayətçinin əməlində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - "İXM") 192.1-ci {Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi) maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri müəyyən edilməsi əsası ilə böyük müstəntiq tərəfindən vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroru Taryel Ələkbərova (bundan sonra - "Prokuror") müraciət edilmişdir. Prokuror tərəfindən xx.xx.2023-cü il tarixdə Şirkət barəsində İXM-in 192.1-ci maddəsi ilə 07İX-23 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar (bundan sonra - "İnzibati Qərar") qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir Bununla yanaşı, Prokuror tərəfindən Şirkətin direktoru olan vəzifəli şəxs - Şikayətçi barəsində də İXM-in 192.1-ci maddəsi ilə 08İX-23 nömrəli material üzrə İnzibati Qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi rəisi X12 (bundan sonra - "Vəzifəli Şəxs") göndərilmişdir. Vəzifəli şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə Şikayətçi barəsində 4000 manat cərimə növündə inzibati tənbeh tətbiq etmə barədə MN ******* nömrəli qərar (bundan sonra- "Tənbeh Qərarı") qəbul edilmişdir. Tənbeh qərarı onunla əsaslandırılmışdır ki, guya Şikayətçi - Qaraxan X1 əmək müqaviləsi olmadan xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə hər hansı işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Aşağıdakı səbəblərə görə hesab edirik ki, Tənbeh Qərarı qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında yeni qərar qəbul edilməlidir. X9 tərəfindən hansı islərin verinə yetirilməsi Vəzifəli Şəxs tərəfindən işə baxılarkən aydınlaşdırılmamışdır. İlk növbədə qeyd edilməlidir ki, Tənbeh Qərarı çıxarılarkən Vəzifəli Şəxs aydınlaşdırmamışdır ki, ümumiyyətlə X2 iş görmüşdür, yoxsa xidmət göstərmişdir və xidmət göstərmişdirsə, hansı xidmətləri göstərmişdir. Halbuki, İXMin 48-ci maddəsinə əsasən [...] inzibati xəta haqqında hər bir işin hallarını hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aiddir. Həmçinin, İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Qeyd edilənlərə baxmayaraq, vəzifəli şəxs mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq aşkar surətdə qanunsuz Tənbeh Qərarı qəbul etmişdir. Vəzifəli Şəxs tərəfindən işə baxılarkən Şikayətçinin iştirakı təmin edilməmişdir. Bununla yanaşı, İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Şikayətçiyə nə işə baxılmasının yeri və müddəti barədə bildiriş göndərilmiş, nə Şikayətçi işə baxılmasını təxirə salmaq haqqında vəsatət vermişdir. Bunlara baxmayaraq, Şikayətçinin iştirakı olmadan əsassız olaraq Tənbeh Qərarı qəbul edilmişdir. X4 Şirkətdəki uçot və təmsilçilik xidmətlərinə cəlb edilməsi qanuni əsasla, yəni mülki hüquqi müqavilə əsasında həyata keçirilmişdir. Bununla yanaşı, əslində X9 xidmət müqaviləsi əsasında Şirkətdə uçot və təmsilçilik xidmətlərinin yerinə yetirilməsinə cəlb edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli xidmət müqaviləsindən görünür ki, X9 ilə Şirkət arasında 1 il müddətinə (xx.xx.2024-cü il tarixədək) xidmət müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən X9 uçot və təmsilçilik xidmətlərini göstərməyi, bunun müqabilində Şirkət isə 700 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Qüvvədə olan qanunvericilikdə iş və xidmətlərin xidmət müqaviləsi əsasında (autsorsinq1) görülməsini qadağan edən müddəa mövcud deyildir və autsorsinq əmək bazarında geniş tətbiq edilən və sahibkarlıq fəaliyyətini tənzimetmə üsuludur. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü bəndində qeyd edilən hallardan heç biri də Şirkət tərəfindən X4 uçot və təmsilçilik xidmətlərinin görülməsinə cəlb edilməsi zamanı mövcud olmamışdır. Belə ki, (i) nə müqavilənin məzmunu Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsində müəyyən edilmiş əmək müqaviləsi məzmununa, nə forması Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olmuş, (ii) X9 tərəfindən nə əmək kitabçası və şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmiş, (iii) uçot və təmsilçilik xidməti Şirkətin əsas fəaliyyət sahəsinə aid olmamışdır, onun fəaliyyət sahəsi (46430) elektrik-məişət mallarının topdan satışı olmuşdur, (iv) Habelə, xidmətlər əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməmiş, (v) xidmət haqqı aylıq tarif (vəzifə) maaşı, əlavə və mükafat kimi hissələrsən ibarət olmamışdır, (vi) Müqavilədə məzuniyyət və intizam tənbehi kimi müddəalar mövcud deyildir. Bu isə ona işarə edir ki; Şirkət və X9 arasında yaranan münasibətlər əmək münasibətləri deyil, mülki hüquq münasibəti olmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(105)- 311/2018 nömrəli qərarı ilə formalaşmış məhkəmə təcrübəsinə əsasən xidmətlərin xidmət müqaviləsi deyil, əmək müqaviləsi bağlanması ilə bağlı qanunvericilikdə hansı konkret norma mövcud deyil və fəaliyyət sferasından asılı olaraq qeyd olunan vəzifələr tək əmək münasibətlərində deyil, digər mulki münasibətlərdə də mümkündür (Qərarın surəti əlavə edilir). Beləliklə, təsvir edilənlər ona işarə edir ki, Şikayətçinin əməlində İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi kimi inzibati xəta mövcud deyildir və o, fəaliyyətini hüquqauyğun şəkildə xidmət müqaviləsi əsasında təşkil etmişdir. Bu səbəbdən də Şikayətçinin əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə icraata xitam verilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X17 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN1291024 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 vəkili Nümayəndə göstərdi ki, şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X13 şikayəti əsassız hesab edərək bildirdi ki, vətəndaş X9 "xxxx" MMC-nin direktoru X8 tərəfindən əmək müqaviləsi bağlamadan xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı "xxxx" MMC-nin direktoru X8 barəsində MN ******* nömrəli, 09 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən "xxxx" MMC-nin direktoru X8 tərəfindən verilmiş şikayəti əsassız hesab edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 09 avqust 2023-cü il tarixli qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında xidmətlərin göstərilməsi barədə xx.xx.2023-cü il tarixli "xxxx" MMC ilə X9 arasında bağlanmış müqaviləyə görə sonuncu mühasib və təmsilçilik xidmətləri göstərməyi öhdəliyinə götürmüşdür. Lakin bu xidmətlərlə bağlı xərclərə dair sabit vergi ödənişi, ödənişlərin aparılması barədə bank sənədləri, sığorta və ya hər hansı digər sənədlərlə bu müqavilə üzrə işlərin görülməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru X3 barəsində tərtib edilmiş 09 avqust 2023-cü il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X9 "xxxx" MMC-nin direktoru X8 tərəfindən əmək müqaviləsi bağlamadan xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı "xxxx" MMC-nin direktoru X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 4000 (dörd min) manat məbləğində cərimə olunmuşdur. Belə ki, iş materiallarında olan 18 iyul 2023-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərardan görünür ki, hüquqi ünvanı ünvan 1 göstərdiyi ünvan isə Bakı şəhəri, Qaradağ rayonu, Sədərək bazarında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) barəsində Azərbatcab Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan xidmətlərin göstərilməsi barədə müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru X8 ilə X9 arasında 05 yanvar 2023-cü il tarixdə bağlanmışdır. İş materiallarında olan X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 19 oktyabr 2023cü il tarixdə saat 16:02-də tərtib olunmuş telefonoqramdan görünür ki, DƏMX BŞİ-nin 2 saylı ərazi üzrə əməyin sosial məsələləri üzrə nəzarət sektorunun məsləhətçi-əmək müfəttişi X14 ***-***-**-** nömrəli telefonla "xxxx" MMC-nin direktoru X3 ***-***-**-** nömrəli telefonuna Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Lənkəran rayon Prokurorluğu tərəfindən qəbul edilmiş 08ix-23 nömrəli 18 iyul 2023-cü il tarixli qərarı ilə əlaqədar DƏMX BŞİ-nə daxil olmuş məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq "xxxx" MMC-nin direktoru X3 xx.xx.2023-cü il tarixində saat 11:00-da DƏMX BŞİ-nə dəvət olunması barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən, Əmək müqaviləsi yazılı formada bağlanır. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, "xxxx" MMC-nin direktoru X8 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 09 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" MMC-nin direktoru X8 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdaərinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 09 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar