Məhkəmə qərarları › İş №3(011)-2948/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2948/2020

23.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2948/2020 23.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, X2 iştirakı ilə X2 barəsində Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən karantin qaydalarını pozduğu üçün cərimə olunmuşdur. Bununla razılaşmır, belə ki, o, yaşayış yerini sms icazəsi alaraq tərk etmişdir. Buna görə də Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsini müdafiə edərək Bakışəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı qərarı o, 2020-ci ilin sentyabr ayının əvvəlində əldə etmiş və qərardan narazı olduğundan Bakı şəhəri Xətai RPİ-nə şikayət etmiş, daha sonra polis idarəsindən cavab gəldikdən sonra o, məhkəməyə müraciət etmişdir. Onun həmin gün SMS icazəsi olmuşdur. O, şəhərə SMS icazə aldıqdan sonra çıxmışdır. Ona görədə Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ tərəfindən qəbul edilmiş xx.xx.2020ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayəti, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər” haqqında 124 nömrəli xx.xx.2020-ci il tarixli Qərarı ilə x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri tətbiq edilmişdir. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 163 nömrəli xx xxx 2020-ci il tarixli Qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti xx xxx 2020-ci il saat 00:00-dək uzadılmışdır. Müəyyən edilmişdir ki, xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddət ərzində öz qüvvəsini saxlayır. X1 şikayətində göstərdiyi xüsusat, yəni inzibati xətanın baş verdiyi zaman, xx.xx.2020-ci il tarixində evdən çıxarkən icazə mesajı yazmasını bildirməsi onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərinə riayət etməyərək karantin rejimini pozmuşdur və onun barəsində xx.xx.2020-ci il tarixli, ******* saylı protokol tərtib etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayəti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar