Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2960/2023 21.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Biləsuvar rayonu, Zəhmətabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Biləsuvar rayonu, Zəhmətabad Ə/D, Zəhmətabad kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirovun 10 iyul 2023-cü il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 16 iyun 2023-cü il tarixdə saat təxminən 13:45 radələrində Şəxs idarə etdiyi «Hyundai» markalı **-BF-*** dövlət qeydiyyat nömrəli avtomobillə İ.Zülfüqarov küçəsi ilə X.Məmmədov küçəsinin kəsişməsində X.Məmmədov küçəsi ilə hərəkətdə olan avtomobilləri gözləmədən köməkçi yoldan əsas yola çıxaraq saatda 5 km surətlə hərəkətinə davam edərkən X.Məmmədov küçəsi ilə M.Hadi küçəsi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi «Kia» markalı **-ED-*** dövlət qeydiyyat nömrəli avtomobilin arxa sol hissəsi ilə toqquşmuş və yolun sol hissəsində dayanmış Zərərçəkmiş şəxs2 idarə etdiyi İsuzu markalı **-JZ-*** dövlət qeydiyyat nömrəli yük avtomobilinin qabaq hissəsinə dəymişdir. Toqquşma zamanı «Kia» markalı **-ED-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü idarəetməni itirərək yolun sol hissəsində dayanmış Jalilov Magamedin idarə etdiyi “Mini Cooper” markalı **- HD-*** dövlət qeydiyyat nömrəli avtomobillə toqquşaraq, yolun sağ hissəsində dayanmış X2 məxsus «BMW» markalı **-TJ-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəyərək dayanmışdır. Nəticədə «Kia» markalı **-ED-*** dövlət qeydiyyat nömrəli avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs4 yüngül dərəcəli bədən xəsarətləri almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, 16 iyun 2023-cü il tarixdə saat təxminən 13:45 radələrində o, idarə etdiyi «Kia» markalı **-BF-*** dövlət qeydiyyat nömrəli avtomobillə İ.Zülfüqarov küçəsindən X.Məmmədov küçəsinə daxil olaraq avtomobilini saxlayıb X.Məmmədov küçəsi ilə hərəkətdə olan avtomobillərə yol vermişdir. Solunda saxlayan “İsuzu” markalı avtomobil ona yol vermiş və o, saatda 5 km surətlə hərəkətə başlayıb M.Hadi küçəsi istiqamətində dönmək istəyərkən X.Məmmədov küçəsi ilə M.Hadi küçəsi istiqamətində hərəkətdə olan “Kia” markalı avtomobil onun avtomobilinin sağ qabaq qanadından toqquşmuşdur. Zərbə nəticəsində onun avtomobili “İsuzu” markalı avtomobillə toqquşmuş, “Kia” markalı avtomobil isə “İsuzu” markalı avtomobilin arxasında dayanan “Mini Cooper” markalı avtomobilə dəyərək yolun sağ kənarında dayanmış “BMW” markalı avtomobilə dəyərək dayanmışdır. Beləliklə o, özünü təqsirli bilərək əməlindən peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəzanın tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana və zərərçəkmiş şəxsə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında zərərçəkmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi iştirak etməmişlər və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 04 iyul 2023-cü il tarixli 754 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs4 sağ saidin dərialtı hematoması, sol diz oynağı və sol baldırın dərialtı hematoması, sol diz oynağında hərəkət məhdudluğu, sağ baldırın sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərkküt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə YNH zamanı törənə bilərdi və ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Xətai rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirovun xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. Sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2023-cü il tarixli 2/19081 saylı tibbi müayinə haqqında aktın surətindən məlum olur ki, hadisə törədilən zaman Məhəmməd Cəlilovun sərxoş olmadığı müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2023-cü il tarixli 2/19000 saylı tibbi müayinə haqqında aktın surətindən məlum olur ki, hadisə törədilən zaman Zərərçəkmiş şəxs1 sərxoş olmadığı müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2023-cü il tarixli 2/19170 saylı tibbi müayinə haqqında aktın surətindən məlum olur ki, hadisə törədilən zaman Zərərçəkmiş şəxs2 sərxoş olmadığı müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2023-cü il tarixli 2/19097 saylı tibbi müayinə haqqında aktın surətindən məlum olur ki, hadisə törədilən zaman Şəxs sərxoş olmadığı müəyyən edilmişdir. Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddədə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs4 Xətai RPİ-nə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığında pozuntu olmamış və hər hansı xəsarət almamışdır. Eyni zamanda baş vermiş hadisə nəticəsində **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı “Hyundai Elantra” markalı avtomobilin sürücüsü Şəxs qarşı hər hansı şikayət və ya digər tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını (İXM 32.2), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2960/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2960/2023
21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver