Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2964/2022 17.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X3 iştirakı ilə, X3 Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, barəsində xx.xx.2022-ci il tarixdə Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi polis mayoru Azər Nəsirov MN ******* saylı inzibati xəta haqqında protokol tərtib elmişdir. X6 Məcəlləsinin 395-ci maddəsi üzrə tərtib edilmişdir. Daha sonra sahə rəisi barəsində İXM-nin 359-cu maddəsinə əsasən MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu 300 manat cərimə etmişdir. Aşağıda göstərilənlərə əsasən qərar əsassız olduğuna görə ləğv edilməlidir: sahə rəisi tərtib etdiyi protokolda inzibati xəta hadisəsi kimi İXM-nin 395-ci maddəsini göstərmiş, qərarda isə İXM-nin 359-cu maddəsini qeyd etmişdir. Göründüyü kimi hər iki sənəddə inzibati xəta hadisəsi kimi İXM-nin ayrı-ayrı maddələri göstərilmişdir. Belə ki, İXM-nin 359-cu maddəsində telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə qaydalarının pozulmasına dair inzibati xəta hadisəsi öz əksini tapmışdır, lakin həmin məcəllənin 395-ci maddəsində Müvafiq icra hakimiyyəti orqanının və ya müvajiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə dair inzibati xəta hadisəsi öz əksini tapmışdır. Hər 2 maddədə fərqli inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, 359-cu maddəyə əsasən fiziki şəxslər üçün 100 manatdan 150 manatadək cərimə, 395.1ci maddəyə əsasən isə fiziki şəxslər üçün 300 manatdan 500 manatadək cərimə müəyyən edilmişdir. Göründüyü kimi qanunda hər iki maddə üzrə inzibati cərimələrin miqdarı müxtəlif məbləğlərlə müəyyən edilmişdir. Bununla da, barəsində tətbiq edilən Protokol və Qərar arasında zidiyyət yaranmışdır və bu səbəbdən Qərar ləğv edilməlidir. Həmçinin Sahə rəisi yuxarıdakı maddələr üzrə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olmadığı halda işə baxaraq qərar qəbul etmişdir. Halbuki "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.35-ci bəndinə əsasən ''həmin Məcəllənin 359-367, 380, 459.3 və 459.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi baxır. Fərmanın 5.30-cıı bəndinə əsasən “həmin Məcəllənin
393. 393-1.5, 395.1 (həmin əməlin Azərbaycan Respublikasının Mənzil X4 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi halları istisna olmaqla), 395.2 (həmin əməlin Azarhaycan Respublikasının Mənzil X4 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamnda olduğu müddətdə törədilməsi halları istisna olmaqla), 396, 397, 400, 455.1 və 587-ci maddələrində nəzərdə tutulmuş inzibati xatalar haqqında işlərə Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları baxırlar” kimi qevd olunmuşdur. Göründüyü kimi sahə rəisi qanunvericiliklə onun səlahiyyətinə aid edilməmiş inzibati xəta haqqında işə baxmışdır və bu hal da Qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə iclasında X1 rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 icra sənədi olmadan özbaşına tikinti işləri aparması müəyyən edilmiş və İXM-nin 395-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İş materiallarında olan Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi polis mayoru Azər Nəsirov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 İXM-nin 359-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X7 barəsində Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda və protokolda inzibati xətanın mahiyyəti göstərilmiş, lakin İnzibati Xətalar Məcəlləsinin maddəsi düzgün göstərilməmişdir. Belə ki, inzibati xəta haqqında protokolda İnzibati Xətalar Məcəlləsinin maddəsi 395 kimi göstərilsə də, inzibati tənbeh vermə haqqında qərarda maddə 359 kimi göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 359-cu maddəsinin dispozisiyası isə telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə qaydalarının pozulması ilə bağlıdır. X2 inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin 359-cu maddəsi ilə təqsirli bilinib 300 manat cərimə edilmişdir. Halbuki həmin maddənin sanksiyasında fiziki şəxslər üçün yüz manatdan yüz əlli manatadək cərimə nəzərdə tutulmuşdur. Bundan başqa özbaşına tikinti işləri aparılması ilə bağlı inzibati xəta haqqında protokol və qərar Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə rəisi tərəfindən tərtib edilmişdir. Halbuki “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.30-cu bəndinə əsasən həmin Məcəllənin 395.1-ci (həmin əməlin Azərbaycan Respublikasının Mənzil X4 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi halları istisna olmaqla) maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları baxırlar. Göründüyü kimi protokol və qərar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilmişdir. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
X3 şikayəti təmin edilsin. Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Bəxtiyar Məmmədov