Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2968/2022 24.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, X1 müdafiəçisi vəkil X3, Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndədi X5 iştirakları ilə, X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş AR İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən 5000 (beş min) manat məbləğində cərimə olunması barədə 20 iyun 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv olunmasına dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş AR İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən 5000 (beş min) manat məbləğində cərimə olunmasına dair 20 iyun 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 1998-ci il tarixdə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin Əczaçılıq ixtisası üzrə bitirməklə ali təhsillidir. 07 fevral 2022-ci il tarixdən 24 iyun 2022-ci tarixə qədər "Tibbi kosmetologiya" üzrə istisaslaşma kursunu keçməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən Şəhadətnamə almışdır. Həmin sənədləri lisenziya alınmasından ötrü təqdim etsə də, bu müxtəlif bəhanələrlə yubadılır. Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 29 ünvanında rəsmi sənədlərə əsasən Vəfa Kosmetoloji mərkəz açaraq orada fəaliyyət göstərməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə X8 işlədiyi kosmetoloji mərkəzə kosmetoloji işilə bağlı müraciət etmiş və ona xidmət göstərilmişdir. Xidmətdən iki gün sonra ona yalandan narazılığını bildirsə də, düzgün demədiyini ona izah etsə də razılaşmayıb rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərək onun işindən şikayət etmişdir. Həmin tarixdə də bu fəaliyyətini dayandırmışdır. Xətai rayon prokurorluğunda aparılmış araşdırma zamanı əməlində cinayət tərkibi olmadığına görə cinayət işi başlanmasının rədd olunması bildirilsə də, bu haqda heç bir qərar verilməmiş və materiallarla tanış olmağı bildirilməmişdir. O, hüquqşünas olmadığına görə bunun hüquqi əhəmiyyətini də başa düşməmişdir. 29 iyul 2022-ci il tarixdə yaşadığı ünvanda poçtdan məktub gəlməsini bildirdikləri üçün poçta gedib oraya bildirişə imza edərək məktubu aldıqda məlum olmuşdur ki, Xəta rayon prokurorluğunda aparılmış araşdırma zamanı barəsində cinayət işi başlanması rədd olunsa da, onun guya inzibati xəta törətməyilə bağlı inzibati icraat açılaraq baxılmasından ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir. Səhiyyə Nazirliyində tərtib olunmuş MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Səhiyyə Nazirinin müavini X4 tərtib etdiyi İnzibati tənbeh vermə haqqında MN ******* qərarının tarixi 20 iyun 2022-ci il tarixdə tərtib olunması göstərilsə də həmin qərardan göründüyü kimi Xətai rayon prokurorluğunda cinayət işi başlanmasının rədd olunmasına dair qərar 30 iyun 2022-ci il tarixdə qəbul olunmaqla inzibati qaydada tədbir görülməsindən ötrü Səhiyyə Nazirliyinə göndərildiyi halda barəsində həmin, yəni inzibatı tənbeh vermə haqqında MN ******* saylı qərar isə ondan on gün əvvəl, yəni 20 iyun 2022ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələblərinə görə isə inzibati xəta törədildikdən 3 ay müddətinə inzibati tənbeh verilməsi mümkündür. Məhz bu səbəbdən şəxs barəsində inzibati icraatın müddət pozuntusu ilə açılmasını gizlətmək məqsədilə həmin inzibati tənbeh vermə haqqında qərarın tarixi 10 gün arxa tarixə yazılmaqla 3 aylıq müddətin pozulmaması görkəmini yaratmışlar. Bu isə qaununa zidd və əsassızdır. Göstərilən səbəblərə görə də barəsində inzibati icraatın açılması barədə Xətai rayon prokurorluğunu müstəntiqinin qəbul etdiyi 30 iyun 2022-ci il tarixli qərarı və inzibati tənbehin verilməsi barədə Səhiyyə Nazirliyinin MN ******* saylı qərarı ləğv olunmalıdır. Göründüyü kimi barəsində tərtib olunmuş inzibati icratta başlanması və inzibati tənbeh vermə barədə qərar inzibati xətanın baş verməsindən 3 ay müddət keçdikdən sonra qəbul olunduğuna görə bu əssasızdır. Ona görə də həmin qərarlar ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən X1 vəkili X7 şikayətdə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndədi X9 izahat verərək bildirmişdir ki, X6 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş AR İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən 5000 (beş min) manat məbləğində cərimə olunması barədə 20 iyun 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarı qanunun tələblərinə uyğun tərtib edilmişdir. Ona görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Xətai Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarından görünür ki, X6 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən material üzrə cinayət işi başlanılması rədd edilmişdir; Xətai rayon prokurorunun 30 iyun 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, X10 barəsində İXM-nin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və qərar baxılması üçün Səhiyyə Nazirliyinə göndərilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20 iyun 2022-ci il tarixli MN ******* nömrəli qərarından görünür ki, Xətai Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərara və xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara əsasən X10 lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji) göstərməsi müəyyən edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan A 007146 nömrəli Azərbaycan Tibb Universitetinin diplomunun surətindən görünür ki, X10 əczaçılıq ixtisası üzrə təhsil almışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən verilmiş şəhadətnamədən görünür ki, X10 07 fevral 2022-ci il tarixdən 24 iyun 2022-ci tarixə qədər "Tibbi kosmetologiya" üzrə istisaslaşma kursunu keçmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin müdafiəçisinin, Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xətai rayon prokurorunun 30 iyun 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarına əsasən X10 barəsində İXM-nin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, lakin Səhiyyə Nazirliyi tərəfindən 20 iyun 2022-ci il tarixdə Xətai Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarına və xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarına əsasən X10 cərimə edilmişdir. Göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraat başlanılmasından əvvəlki tarixdə Səhiyyə Nazirliyi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bununla da qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən 5000 (beş min) manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 20 iyun 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİM: X1 şikayəti qismən təmin edilsin. X6 İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən 5000 (beş min) manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 20 iyun 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-2968/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2968/2022
24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver