Məhkəmə qərarları › İş №3(011)-297/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-297/2021

28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-297/2021 28.01.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Şikayətçi Əhmədov Əlövsət Məhəmməd oğlunun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin etibarnamə üzrə nümayəndəsi X3 oğlunun iştirakı ilə, Əhmədov Əlövsət Məhəmməd oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Orxan Hüseynzadə tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Əhmədov Əlövsət Məhəmməd oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Orxan Hüseynzadə tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi Əhmədov Əlövsət Məhəmməd oğlu şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus olan, şəxsi mülkiyyəti olan avto-kran işlədir, özü sürücülük və krançılıq edərək VÖEN (№ **********) əsasında fiziki şəxs kimi fəaliyyət göstərir. Vaxtında vergi və digər ödənişləri həyata keçirir. Heç vaxt heç bir dövlət orqanı ilə hər hansı anlaşması olmamşdır. Gördüyü işləri rəsmi müqavilələr əsasında həyata keçirir, qanunvericiliyin tələblərinə əməl edir. xx xxxxxx 2020-ci ildə “xxxx” MTK ilə bağlanmış müqaviləyə uyğun olaraq “xxxx” MTK-nın inşa etdiyi, Gəncə prospekti 67 ünvanda yerləşən tikintidə işləyərkən avto-kranda yaranmış nasazlığın səbəbini müəyyən edə bilməmişdir. Bu işləri yaxşı bilən qohumu X4 nasazlığın səbəbini müəyyən etməkdə ona kömək etməsini xahiş etmişdir. 0, xx.xx.2020-ci il tarixdə saat 10-da maşının olduğu ünvana gəlmişdir. Yanacaq gətirmək üçün getdiyinə görə o ofis otağında oturub onu gözləmişdir. Bu zaman Dövlət Əmək Müfəttişliyinin əməkdaşları tikintiyə gəlib, heç bir araşdırma aparmadan guya onun X7 qanunsuz, müqaviləsiz əmək fəaliyyətinə cəlb etdiyi haqda xx.xx.2020- ci il tarixli ******* nömrəli protokol tərtib etmişlər. Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Orxan Hüseynzadənin imzaladığı xx.xx.2020-ci il tarixli **********4 nömrəli bildirişdə göstərilir ki, barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* nömrəli protokola əsasən inzibati xəta haqqında işə baxılması xx.xx.2020-ci il tarixdə saat 11:30-a təyin olunmuşdur. Bildirişin də, protokolun da xx.xx.2020-ci il tarixli olması bu işdə yol verilən saxtakarçılığın göstəricisidir. xx.xx.2020-ci ildə Dövlət Əmək Müfəttişliyi ******* MN nömrəli İnzibati tənbeh vermə haqqında qərar çıxarmışdır və onu cərimə etmişlər. Avto-kran şəxsi mülkiyyətində olsa da, sürücü və krançı kimi işləyən fəhlədir, fiziki şəxs kimi fəaliyyət göstərir. Başqa bir kimisə işlətməyi üçün onun maddi imkanı yoxdur. Sahil İmranov onun xahişi ilə məsləhət vermək üçün avto-kranın yanına gəlmiş, orada olmadığı üçün bu işlə də məşğul ola bilməmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Əhmədov Əlövsət Məhəmməd oğlu şikayət ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Orxan Hüseynzadə tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 izahatında göstərmişdir ki, “xxxx” MTK-nın sifarişçisi olduğu Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 67 ünvanında yerləşən tikinti obyektində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı yoxlama keçirilmişdir. xx.xx.2020-ci il tarixdə saat 10:41-də X5 əmək müqaviləsi və ya mülki hüquqi müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Faktla əlaqədar toplanmış sənədlər baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş, “xxxx” MTK ilə müqavilə əsasında fəaliyyət göstərən fiziki şəxs Əhmədov Əlövsət Məhəmməd oğlunun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola baxılması xx xxxxxx 2020-ci il tarixinə saat 11:30-a Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin inzibati binasına təyin edilmiş, işə baxılmasının müddəti və yeri haqqında Əhmədov Əlövsət Məhəmməd oğluna poçt vasitəsilə məlumat verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əhmədov Əlövsət Məhəmməd oğlu gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 4000 (dörd min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Tərtib edilmiş protokol əsasında qəbul edilmiş qərar əsaslıdır. Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarı qanunvericiliyin tələblərinə uyğun tərtib edilərək qəbul edildiyindən və bu zaman qanunvericiliyin tələblərinin pozulmasına yol verilmədiyindən Əhmədov Əlövsət Məhəmməd oğlunun şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, işdə iştirak edən şəxslərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında protokol və inzibati tənbehin tətbiq edilməsi haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yoxlama aktının və “xxxx” MTK tərəfindən inşa olunan tikinti obyektində həyata keçirilmiş monitorinqin nəticələrinə dair arayışın surətindən görünür ki, podratçı “xxxx” MTK–da qeyri-formal məşğulluq hallarının monitorinqi aparılmış və bu barədə xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Monitorinq zamanı “xxxx” MTK ilə müqavilə əsasında fəaliyyət göstərən fiziki şəxs Əhmədov Əlövsət Məhəmməd oğlu tərəfindən işə cəlb edilmiş 1 nəfərlə əmək və ya xidməti müqavilə bağlanılmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin baş əmək müfəttişi X6 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 67 ünvanında xx.xx.2020-ci il tarixdə saat 10:41-də X5 əmək müqaviləsi və ya mülki hüquqi müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. İş materiallarından görünür ki, fiziki şəxs Əhmədov Əlövsət Məhəmməd oğlunun barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola xx xxxxxx 2020-ci il tarixində saat 11:30-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin inzibati binasında baxılacağı barədə məlumatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbehin tətbiq edilməsi haqqında qərarının surətindən görünür ki, fiziki şəxs Əhmədov Əlövsət Məhəmməd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, sifarişçi “xxxx” MTK ilə podratçı “xxxx” MMC arasında xx.xx.2020-ci il tarixdə 0204/20 nömrəli xidmət müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, icarədar Əhmədov Əlövsət Məhəmməd oğlu ilə icarəçi “xxxx” MTK arasında xx.xx.2020-ci il tarixdə 01 nömrəli avtonəqliyyat vasitələrini icarəyə götürmə haqqında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 99.1-ci maddəsinin tələblərinə görə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biridir. Məhkəmə iclasında müəyyən olundu ki, “xxxx” MTK-nın sifarişçisi olduğu Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 67 ünvanında yerləşən tikinti obyektində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı yoxlama keçirilmişdir. xx.xx.2020-ci il tarixdə saat 10:41-də X5 əmək müqaviləsi və ya mülki hüquqi müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Faktla əlaqədar toplanmış sənədlər baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş, “xxxx” MTK ilə müqavilə əsasında fəaliyyət göstərən fiziki şəxs Əhmədov Əlövsət Məhəmməd oğlunun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola baxılması xx xxxxxx 2020-ci il tarixinə saat 11:30-a Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin inzibati binasına təyin edilmiş, işə baxılmasının müddəti və yeri haqqında Əhmədov Əlövsət Məhəmməd oğluna poçt vasitəsilə məlumat verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əhmədov Əlövsət Məhəmməd oğlu gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 4000 (dörd min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qəbul edilmiş qərarın surəti poçt vasitəsilə Əhmədov Əlövsət Məhəmməd oğluna göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Əhmədov Əlövsət Məhəmməd oğlunun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən və həmin protokol əsasında inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır, bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. X8 Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, birqayda olaraq, əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Əhmədov Əlövsət Məhəmməd oğlunun Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Əhmədov Əlövsət Məhəmməd oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Orxan Hüseynzadə tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar