Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-300/2022 15.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan müəyyən olur ki, Şəxs 06 dekabr 2021-ci il tarixdə saat 21:00 radələrində “Toyota Prius” markalı **-NY-*** dövlət nömrə nişanlı avtomobillə Xətai rayonu, “Ağ şəhər”, 1-ci Yaşıl Ada küçəsi ilə hərəkətdə olarkən 1-ci Fəvvarələr küçəsinin kəsişməsində solunda hərəkət edən nəqliyyat vasitələrini gözləmədən əsas yola çıxaraq Zərərçəkmiş şəxs2 idarə etdiyi “Hyundai Elantra” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “Toyota Prius” markalı avtomildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər dəymişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin axtarış üzrə inspektoru polis kapitanı Polad Xəlilov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 25 yanvar 2022-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, 06 dekabr 2021-ci il tarixdə saat 21:00 radələrində “Toyota Prius” markalı **-NY-*** dövlət nömrə nişanlı avtomobillə Xətai rayonu, “Ağ şəhər”, 1-ci Yaşıl Ada küçəsi ilə hərəkətdə olarkən 1-ci Fəvvarələr küçəsinin kəsişməsində solunda hərəkət edən nəqliyyat vasitələrini gözləmədən əsas yola çıxaraq Zərərçəkmiş şəxs2 idarə etdiyi “Hyundai Elantra” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, zərərçəkmiş şəxslər məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişdirlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Teymur Ağamirov tərəfindən qəbul edilmiş 06 yanvar 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində inzibati qaydada tədbir görülməsi üçün materialın Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Təcrübi və Tədris Birliyinin 1231 saylı 17.12.2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol bazunun, sağ baldırın və sağ diz oynağının yumşaq toxumasının hematoması, qarının sol aşağı bayır səthinin və sağ bud-çanaq oynağı nahiyəsinin qançırları bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş 06.12.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomaşınla digər avtomaşının toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Təcrübi və Tədris Birliyinin 1219 saylı 23.12.2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – hərəkət məhdudluğu və ağrı simptomu ilə qeyd olunan sol aşıq – baldır oynağı nahiyəsində hematoma və hemartrozu bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş 06.12.2021-ci il tarixdə sürücü qismində idarə etdiyi avtomaşınla digər avtomaşının toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Təqdim olunmuş yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyi və digər iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirici hal kimi əməlindən səmimi peşmançılığı müəyyən edilmiş və ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tədbiq edilməsini məqsədəmüvafıq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-300/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-300/2022
15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver