Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3004/2024 16.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 00100/01536 inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 00100/01536 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 08 iyun 2024-cü il tarixli, 00100/01536 saylı Qərarı ilə mən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə tərsirli bilinmişəm və barəmdə 8882.50 manatın 40 % həddində, yəni 3553 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Hesab edirəm ki, həmin qərar qanunsuz, ədalətsiz və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, mən kommersiya fəaliyyəti ilə əlaqədar Gürcüstan Respublikasında olan Zeynalova Azadə ilə aramızda olan razılaşmaya əsasən "Pilləkənlərə quraşdırmaq üçün taxta dirəklər’' yükünün dəyəri sonradan ödənilmək şərti ilə 5225 ABŞ dolları qiymətinə razılaşaraq 25 sentyabr 2023-cü il tarixdə gömrük bəyannaməsi ilə rəsmiləşdirməklə Azərbaycan Respublikasından Gürcüstan Respublikasına ixrac etmişəm. Zeynalova Azadə “Pilləkənlərə quraşdırmaq üçün taxta dirəklər” yükünün dəyəri olan 5225 ABŞ dolların 4325 ABŞ dollarını Gürcüstan Respublikasından "BANK OF' GEORGİYA” bankı vasitəsi ilə öz adından yox yaxmı Klalbıyev Amilin adından 15 noyabr 2023-cü il tarixdə mənə göndərmişdir. Qalan 900 ABŞ dollarını isə 2023-cü ilin noyabr ayının sonunda Gürcüstan Respublikasından gələn tanışım vasitəsi ilə göndəribdir. Mən Gürcüstan Respublikasında olan Zeynalova Azadə ilə aramızda olan razılaşmaya əsasən "Pilləkənlərə quraşdırmaq üçün taxta dirəklər” yükünün dəyəri olan 5225 ABŞ dollarını Zeynalova Azadə tam şəkildə mənə göndəribdir. Sözü gedən məbləğin Zeynalova Azadə öz adından mənim adıma qanunla nəzərdə tutulmuş qaydada bank vasitəsilə göndərilməsi barədə xəbərimiz olmayıb və biz bunu qəsdən biləbilə etməmişik. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəis müavini, gömrük xitməti polkovniki X2 işin hallarını tam və hərtərəfli araşdırmadan barəmdə əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, vermiş olduğu şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 00100/01536 inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X1 Respublikası İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinərək 8882.50 manatın 40% həddində, yəni 3553 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 11.3-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vəzifəli şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 00100/01536 inzibati tənbeh vermə haqqında qərarı ilə 8882.50 manatın 40% həddində, yəni 3553 manat məbləğində cərimə tədbiq edilmişdir. Məhkəmə hesab edir ki, X3 ailə vəziyyəti nəzərə alınmaqla barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar dəyişdirilməli və cərimə qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə, yəni 30 % həddində 2655,6 manat inzibati cərimə olunmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar çıxarılır; Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qsmən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 00100/01536 inzibati tənbeh vermə haqqında qərar dəyişdirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X5in şikayəti qismən təmin edilsin. X5in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilsin və o, 30 % həddində 2655,6 manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-3004/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3004/2024
16.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver