Məhkəmə qərarları › İş №3(011)-301/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-301/2022

15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-301/2022 15.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs iştirakı ilə xx.xx.2001-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, 12.12.2021-ci ildə tarixdə saat təxminən 23:40 radələrində Şəxs idarə etdiyi “Toyota Prius” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində hərəkətdə olarkən işıqforun qırmızı işığında hərəkətini davam etdirmiş, R.Quliyev küçəsindən gələn Zərərçəkmiş şəxs1 “Hyundai İ30” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur, nəticədə Zərərçəkmiş şəxs1, sərnişinlər X1, Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər dəymişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin axtarış üzrə inspektoru Polad Xəlilov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 26 yanvar 2022-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, 12.12.2021-ci ildə tarixdə saat təxminən 23:40 radələrində 2 nəfər sərnişinlə idarə etdiyi “Toyota Prius” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində hərəkətdə olarkən işıqforun qırmızı işığında hərəkətini davam etdirmiş, R.Quliyev küçəsindən gələn “Hyundai İ30” markalı avtomaşınla toqquşmuşdur. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, zərərçəkmiş şəxslər məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişdirlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Orxan Məmmədov tərəfindən qəbul edilmiş 31.12.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 20 dekabr 2021-ci il tarixli 1247 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər –sol aşıq-baldır oynağının əzələ bağlarının gərilməsi və həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxumaların şişkinliyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarda göstərilmiş 13.12.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə ümumiyyətlə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. 124/2021 saylı ekspert rəyindən müəyyən edilmişdir ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər-qərarın təsviri hissəsində göstərilən 13.12.2021-ci il tarixdə və şəraitdə, yəni YNH nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. 1270 saylı ekspert rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən 13.12.2021-ci il tarixdə və şəraitdə, yəni YNH nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Təqdim olunmuş yol-nəqliyyat hadisəsinin sxemi, tərəflərin izahatı, ekspert rəyi və digər iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirici hal kimi əməlindən səmimi peşmançılığı, ağırlaşdırıcı hallar isə müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar