Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3018/2023 11.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə iştirakı ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə 02 avqust 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:00-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi 65B ünvanında tərəflərindən həyata keçirilmiş operativ vergi nəzarəti zamanı Şəxs MMC-nin “Xüsusi lisenziya” olmadan sürətli poçt xidmətinin həyata keçirilməsi ilə məşğul olduğu müəyyən edilmişdir. Həmçinin, belə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla 500 manat gəlir əldə etdiyi aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə barələrində tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşaraq bildirmişdir ki, direktoru olduğu Şəxs MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, M.Hadi 65B ünvanında yerləşən Şəxs sürətli poçt ofisində xüsusi lisenziya olmadan sürətli poçt xidmətinin yerinə yetirilməsi ilə 2023-cü ilin iyun ayından etibarən məşğul olunur. Həmin dövrdən etibarən belə fəaliyyətdən 500 manat gəlir əldə edilmişdir. Ən qısa vaxtda cəmiyyət tərəfindən sürətli poçt xidmətinin yerinə yetirilməsi fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi lisenziya əldə olunacaqdır. Sürətli poçt xidmətinin yerinə yetirilməsi üçün xüsusi lisenziya alınması ilə əlaqədar dövlət rüsumu ödənilmiş, ərizə ilə aidiyyatı üzrə müraciət edilmiş, aidiyyatı üzrə dövlət qurumlarının nümayəndələri ofisə gələrək baxış keçirmişlər və müsbət rəy vermişlər. Hal-hazırda xüsusi lisenziya olmadan həyata keçirilən sürətli poçt xidmətindən əldə etdikləri 500 manat gəlirinin əvəzi dövlət bücəsinə ödənilmişdir. Odur ki, o, göstərilənləri nəzərə alaraq barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin kiçik vergi xidməti müşaviri X2 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 02 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:00-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi 65B ünvanında tərəflərindən həyata keçirilmiş operativ vergi nəzarəti zamanı Şəxs MMC-nin “Xüsusi lisenziya” olmadan sürətli poçt xidmətinin həyata keçirilməsi ilə məşğul olması, həmçinin, belə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla 500 manat gəlir əldə edilməsi faktı aşkar edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin rəisi Araz Kərimov tərəfindən qəbul edilmiş operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli **********3786 saylı Qərardan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi 65B ünvanında yerləşən Şəxs MMC-də 2-ci dərəcəli müfəttiş X1 və X2 tərəfindən plandankənar operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır; sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 31 iyul 2023cü il tarixli KY231944318 seriyalı çıxarışdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi 65B ünvanında yerləşən Şəxs MMC-də xx.xx.2023-cü il tarixli **********3786 saylı Qərar əsasında plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir; lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında 02 avqust 2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi 65B ünvanında həyata keçirilmiş operativ vergi nəzarəti zamanı Şəxs MMC-nin “Xüsusi lisenziya” olmadan sürətli poçt xidmətinin həyata keçirilməsi ilə məşğul olması faktı aşkar edilmişdir; Şəxs MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, hüquqi şəxs tərəfindən sürətli poçt xidməti həyata keçirilmişdir; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs MMC tərəfindən xüsusi lisenziya olmadan məşğul olduqları sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdikləri 500 manat məbləğində gəlir dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 145.1.4-cü maddəsinə əsasən İXM-də şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda iş üzrə icraata xitam verilir; 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə - inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin maddənin qeyd hissəsində qeyd edilmişdir ki, bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi direktorunun etiraf edici izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən xüsusi lisenziyanın alınması məqsədilə müvafiq orqanlara müraciət edilsə də, xx.xx.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi 65B ünvanında tərəflərindən həyata keçirilmiş operativ vergi nəzarəti zamanı Şəxs MMC-nin “Xüsusi lisenziya” olmadan sürətli poçt xidmətinin həyata keçirilməsi ilə məşğul olması, həmçinin, belə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla 500 manat gəlir əldə edilməsi faktı aşkar edilmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta hadisəsi nəticəsində əldə edilmiş 500 (beş yüz) manat məbləğində gəlirin tam şəkildə dövlət büdcəsinə ödənilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə ödədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3018/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3018/2023
11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver