Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-302/2022 14.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X4, Şəxs MMCnin etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin eksperti X2 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 302-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 26 noyabr 2021-ci il tarixli, 00100-2418/21 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs "xxxx" MMC 11 noyabr 2021-ci il tarixdə, saat 10:29-da Bakı Baş Gömrük İdarəsində Çin Xalq Respublikasında fəaliyyət göstərən “Triangle TYRE CO., LTD” şirkəti tərəfindən 46B46110/46B46210 nömrə nişanlı avtomobilin üzərində olan LSLU ******* nömrəli konteynerdə idxal edilmiş mallar **********5011 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan etdiyi zaman 238 ədəd yük nəqliyyat vasitələri üçün yeni rezindən pnevmatik şinlər yükünün XİF MN uyğun kodunu 4011 20 900 0 alt yarımmövqevində sinifləşdirməli olduğu halda, 401180 0000 yarımmövqeyində sinifləşdirərək ödənilməli olan 14013,37 manat idxal rüsumundan və 2522,40 manat əlavə dəyər vergisindən ibarət olmaqla cəmi 16535,77 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 26 noyabr 2021-ci il tarixli 00100-2418/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2022-cu il tarixli, 3(011)-302/2022 saylı qərarı ilə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə başlamış inzibati haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş orqan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi apellyasiya qaydasında şikayət verərək, qərarın ləğv edilməsini və "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət Gömrük Komitəsinin Baş İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş və Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə başlamış inzibati haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2022-cu il tarixli, 3(011)-302/2022 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirmişdir ki, Şəxs MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq müxtəlif təyinatlı məhsulları xarici ölkələrdən idxal edir. Belə ki, Çin Xalq Respublikasından 46B46110/46B46210 nömrəli avtomaşınla daxil olmuş Mac markalı avtomaşınlar üçün 238 ədəd rezindən pnevmatik şinlər yükü Bakı Baş Gömrük İdarəsində xx.xx.2021-ci il tarixdə gömrük bəyannaməsi ilə bəyan edilmiş, bəyannamə verilən zaman idxal edilən yükün kodu sənədlərdə olduğu kimi ********** göstərilmişdir. Gömrük orqanı malların XİF MN üzrə kodlarının müəyyən edilməsi üçün X6 İdarəsinə müraciət etmiş və aparılan ekspertizanın nəticəsi olaraq malların **********0 kod altında sinifləşdirilməli olduğu müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, ********** kodu dağ-mədən sənayesində istifadə üçün nəzərdə tutulan şinlər gömrük ödənişlərindən azad olsa da, ekspertizanın gəldiyi qənaətə əsasən **********0 kodu nəqliyyat vasitələrinin şinlərinin təyinatı olmaqla, malın dəyərinin 15% gömrük rüsumu ödənilməsini özündə ehtiva etmişdir. Həmin məbləğin ödənilməsinə baxmayaraq, barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin dispozisiyasına görə gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda inzibati xəta hesab edilir. İşin faktiki hallarından göründüyü kimi, gömrük orqanına təqdim etdiyi ********** kodu məhz malın alış sənədlərində qeyd edilmiş, həmçinin bu hal gömrük ərazisində baş verdiyindən MMC-nin gömrük ödənişlərindən yayınmaq kimi bir məqsədi olmamışdır. Habelə qeyd etmək lazımdır ki, kodların tətbiqi xüsusi bilik tələb etdiyindən bu halı nə şirkət, nə də gömrük əməkdaşı müəyyən edə bilməmiş, yalnız ekspertizanın keçirilməsindən sonra gömrük orqanında belə bir qənaət formalaşmışdır. Həmçinin, tərəflərindən kodların tətbiqi zamanı baş verən yanlışlıqla bağlı əmələ gəlmiş vəsait gömrük orqanına ödənilmiş və ondan sonar gömrükdən mallar çıxarılmışdır. Şəxs MMC barəsində Baş Dövlət Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin 00100-2418/21 nömrəli, 26 noyabr 2021-ci il tarixli protokolu üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X4 bildirmişdi ki, Çin Xalq Respublikasından “Buta Supply" MMC-nin ünvanına 31B93110/31B93210 nömrəli avtomaşınla daxil olmuş yüklər **********8081 sorğu nömrəli 02 may 2020-ci il tarixli gömrük bəyannaməsi ilə 2021-ci ilin noyabr ayının 11-də saat 10:26-da gömrük orqanına bəyan edilmiş malların XİF MN uyğun kodunu düzgün bəyan etməməklə, cəmi 17646.68 manat gömrük ödənişlərindən yayınmış, Şəxs MMC tərəfindən ümumilikdə 17646.68 AZN əlavə gömrük ödənişlərinin ödənildiyindən və belə bir əməli ilk dəfə törətdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən xitam edilmişdir. Belə ki, adı qeyd olunan MMC AR İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanı cari ildə təkrar olaraq törətdiyi müəyyən edilir. Eyni zamanda X3 İdarəsinin rəyinə əsasən **********8A nömrəli xx.xx.2021-ci il tarixli invoys sənədi əsasında idxal edilən malların Şəxs MMC tərəfindən **********05011 sorğu nömrəli gömrük bəyannaməsində bəyan edilən XİF MN uyğun kodunu 4011 20 900 0 alt yarımmövqeyində sinifləşdirməli olduğu halda, 401180 0000 yarımmövqeyində sinifləşdirərək ödənilməli olan: 14013,37 manat idxal rüsumundan və 2522,40 manat əlavə dəyər vergisindən ibarət olmaqla cemi 16535,77 manat məbləğində əlavə gömrük ödənişlərinə cəlb edilməli olduğu müəyyən edilmişdir. Bu səbəbdəndə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 26 noyabr 2021-ci il tarixli 00100-2418/21 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən "xxxx" MMC barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin eksperti X5 bildirmişdir ki, ÇİN XR-dan, ünvan 1 ünvanında qeydiyyatda olan ’’Buta Supply" MMCnin ünvana 46B46110/46B46210 nömrəli avtomaşınla, **********8A saylı xx.xx.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklərə **********0258 sorğu nömrəli 18.1 1.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannamədə bəyan edilmiş mailara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə ********** kodu altında 0% gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X3 İdarəsinə müraciət olunmuşdur. Ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən müəyyəyn ki, Şəxs MMC-nin ünvanına **********8A nömrəli xx.xx.2021-ci il tarixli invoys üzrə idxal olunmuş yüklər “Triangle-315/80R22” nişanlı yük indeksi 154 olan yük nəqliyyat vasitələri üçün yeni rezindən pnevmatik şinlər XİF MN-ə görə 4011 20 900 0 alt yarımmövqeyində sinifləşdirilir. Ekspertizanın aparılmasında əsasən foto şəkillərə baxış və internet vasitəsi ilə aparılmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan Gömrük Prosedurları və Ödənişləri şöbəsindən daxil olmuş raportuna əsasən ÇİN XR-dan Bakı şəhəri, ünvan 2 ünvana 46B46110/46B46210 nömrəli avtomaşınla, **********8A saylı xx.xx.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklərə **********0258 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannamədə bəyan edilmiş mailara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə ********** kodu altında 0% gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X3 İdarəsinə müraciət olunmuş, həmin idarədən 2200-015/0xx-xx/006214 saylı xx.xx.2021-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən, **********8A saylı xx.xx.2021-ci il tarixli invoys üzrə ”Trıangle-315/80R22 nişanlı yük indeksi 154 olan yük nəqliyyat vasitələri üçün yeni rezindən pnevmatık şinlər” ********** 15%, idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. **********0258 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsində yüklərin, **********8A saylı xx.xx.2021-ci il tarixli invoys üzrə mallar Triangle-315/80R22 nişanlı yük indeksi 154 olan yük nəqliyyat vasitələri üçün yeni rezindən pnevmatik şinlər" ********** 15%, idxal gömrük rüsumuna cəlb edilməli olduğu təqdirdə Şəxs MMC tərəfindən əiavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 14013.37 AZN, əlavə dəyər vergisi üzrə 2522.40 AZN təşkil edir. İş materiallarından görünür ki, yükün XİF MN üzrə təsnifat kodunun müəyyən edilməsi üçün Dövlət Gömrük Komitəsinin eksperti X5 tərəfindən ilkin və kompelk ekspertizası keçirilmiş və ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən müəyyəyn ki, Şəxs MMC-nin ünvanına **********8A nömrəli xx.xx.2021-ci il tarixli invoys üzrə idxal olunmuş yüklər “Triangle-315/80R22” nişanlı yük indeksi 154 olan yük nəqliyyat vasitələri üçün yeni rezindən pnevmatik şinlər XİF MN-ə görə 4011 20 900 0 alt yarımmövqeyində sinifləşdirilir. İş materiallarında olan gömrük bəyannaməsindən görünür ki, Çin Xalq Respublikasından daxil olmuş Mac markalı avtomaşınlar üçün 238 ədəd rezindən pnevmatik şinlər yükünün kodu ********** göstərilmişdir. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, Şəxs MMC tərəfindən **********0258 nömrəli gömrük bəyannaməsi üzrə 410 manat, 10.80 manat, 14013.37 manat, 60 manat, 5.40 manat, 30 manat ödənilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X7 izahatında göstərmişdir ki: "xxxx" MMC-də 2019-cu ildən işlədiyini, MMC-nin əsas fəaliyyəti tikinti müqavilə əsasında müxtəlif malların təchizatından idxalından ibarət olduğunu, Çin Xalq Respublikasından 46B46110/46B46210 nömrəli avtomaşınla daxil olmuş 238 ədəd Mac markalı avtomaşınlar üçün rezindən pnevmatik şinlər yükü Bakı Baş Gömrük İdarəsində **********0258 sorğu nömrəli 18.11 2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edildiyini, gömrük orqanı malların XİF MN üzrə kodunun müəyyən edilməsi üçün X6 İdarəsinə müraciət olunduğunu, idxal etdiyi yükün kodunu 401180 0000 kimi sənədlərə uyğun bəyan edildiyini, lakin ekspertiza zamanı malların kodu 4011 20 9000 0 kod altında sinifləşdirilməli olduğu müəyyən edildiyini, belə ki mallar digər kod altında sinifləşdirildiyindən əlavə gömrük ödənişləri yarandığını, mal-müşayiət sənədlərində malların kodu olduğu kimi heç bir dəyişiklik edilmədən **********0258 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsində öz əksini tapdığını, sənədlərdə hansı kod göstərilmişdirsə bəyannamə tərtib edilərkən eyni kod qeyd etdiyini, malların rəsmiləşdirilməsi həyata keçirilən zaman X3 İdarəsinin rəyinə əsasən müəyyən edilmişdir ki, həmin mallar bəyan edilən kodlar altında deyil, fərqli kodlar altında sinifləşdirildiyini və gömrük ödənişlərinin məbləğində yaranmış fərqi ödəməyə hazır olduğunu bildirmişdir. Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, Çin Xalq Respublikasından “Buta Supply" MMC-nin ünvanına 31B93110/31B93210 nömrəli avtomaşınla daxil olmuş yüklər **********8081 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə 2021 -ci ilin noyabr ayının 11-də saat 10:26-da gömrük orqanına bəyan edilmiş malların XİF MN uyğun kodunu düzgün bəyan etməməklə cəmi 17646.68 manat gömrük ödənişlərindən yayınmışdır. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında 26 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs MMC tərəfindən ümumilikdə 17646.68 azn əlavə gömrük ödənişləri ödənildiyindən və belə bir əməli ilk dəfə törətdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-2416/21 saylı iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən xitam verilmiş, ödənilməli olan cəmi 17646,68 manat tamamilə ödənildiyindən vurulmuş ziyanın ödənilməsi nəzərə alınmışdır. İş materiallarından aydın olduğu kimi hüquqi şəxs "xxxx" MMC əvvəllər də ölkəyə idxal olunan malları yanlış kod altında sinifləşdirməklə və gömrük dəyərini yanlış qeyd etməklə ödənilməli olan gömrük ödənişlərinin ödənilməsindən yayınmış, bu səbəbdən də əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tərkibi yaranmış, lakin Gömrük Xidmətinin Vahid X1 İnformasiya Resursundan hüquqpozma faktının qeydiyyatına dair çıxarışa əsasən "xxxx" MMC tərəfindən İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xəta ilk dəfə törədildiyindən barəsində həmin maddənin Qeyd hissəsi tətbiq edilməklə Bakı Baş Gömrük İdarəsinin 26 noyabr 2021-ci il tarixdə iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC həmin maddənin sanksiyası həddində ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizi məbləğdə cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, ödənilməli olan 16535,77 manat gömrük ödənişləri məbləğinin yetmiş faizi məbləğində, yəni 11575.039 (on bir min beş yüz yetmiş beş manat otuz doqquz qəpik) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim:Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(011)-302/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-302/2022
14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver