Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3020/2023 28.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə iştirakları ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə 09 avqust 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokolda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus kilinikada planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (rentgenoloji) ilə məşğul olunması aşkar edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə barələrində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşaraq bildirmişdir ki, tibbi müəssisədə ultrasəs müayinəsinin göstərilməsi üçün zəruri olan lisenziya əldə olunsa da, tərəflərindən rentgenoloji fəaliyyətin göstərilməsi üçün əlavə lisenziya alınmamışdır, belə ki, qeyd olunan fəaliyyətin həyata keçirilməsi üçün əlavə lisenziyanın alınmasının vacibliyindən məlumatsız olmuşlar. Odur ki, göstərilənlərə əsasən o, barələrində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X3 Şəxs MMC-nin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, plan üzrə yoxlama aparılarkən Şəxs MMC-də “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli Qərarının 2.27-ci bəndində göstərilən şüa diaqnostikasının növlərindən hesab olunan rentgenoloji, radioloji, nüvə-maqnit rezonansı və kompüter tomoqrafiyası fəaliyyətlərinin göstərilməsi üçün əlavə lisenziyanın alınması zəruri olduğu halda hüquqi şəxs tərəfindən əldə olunmaması və lisenziyasız rentgenoloji fəaliyyətin həyata keçirilməsi faktı aşkar edilmişdir. Tibbi müəssisədə yalnız ultrasəs müayinəsinin göstərilməsi üçün müvafiq lisenziya alınmışdır. Beləliklə o, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini bildirərək barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X7 şöbəsinin mütəxəssisi X5 tərəfindən tərtib olunmuş 09 avqust 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus kilinikada planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (rentgenoloji) ilə məşğul olunması aşkar edilmiş, nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisəsində keçirilən 09 avqust 2023-cü il tarixli 549 nömrəli planlı (növbəti) yoxlama aktından görünür ki, Şəxs MMC-yə məxsus klinikada tibbi qeydiyyat sənədləri olsa da qeydiyyat tam aparılmır. Lisenziya əlavəsində göstərilən xidmətlərdən (terapevtik, endokrinoloji, nevropatoloji, psixiatrik, dermatoloji, kosmetoloji, fizioterapevtik ginekoloji, uroloji, oftalmoloji, pediatrik, otorinolarinqoloji) fəaliyyət növləri hazırda aktiv deyildir. Müəssisədə bəzi otaqlarda bakterisid lampa və ilkin tibbi yardım anafilaktik şok əlehinə dərman vasitələri və dolab təşkil olunmamışdır. Müayinə və prosedur otaqların üzərində təyinat göstərilməmişdir. Xəstəlik tarixçələrinin arxiv otağında işlək vəziyyətdə olmayan tibbi qurğular yerləşdirilmişdir. Bundan başqa, müəssisədə lisenziyadan kənar iş və fəaliyyət (rentgenoloji) aşkar edilmişdir. Rentgenoloji fəaliyyətlə bağlı radiogigiyenik pasport və FHNnin xüsusi icazəsi baxışa təqdim olunmamışdır. Fotoşəkillər çəkilərək akta əlavə olunmuşdur. Həmçinin aktın qeyd hissəsində Şəxs MMC-nin direktoru Nümayəndə bildirmişdir ki, qeyd olunan nöqsanlarla qismən razıdırlar. Kosmetoloji fəaliyyətlə bağlı qeyd etməlidir ki, lisenziyada şüa diaqnostikası olduğu üçün rentgen üçün əlavə icazənin vacibliyi haqqında məlumatsız olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli 866 saylı qərardan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən klinikada AEM-nin Tibbi Nəzarət şöbəsinin baş mütəxəssisi X4, AEM-nin Tibbi Nəzarət şöbəsinin baş mütəxəssisi X6, AEMnin Tibbi Nəzarət şöbəsinin mütəxəssisi X5 tərəfindən planli (növbəti) yoxlamanın keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 2-19589 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən klinikada keçiriləcək yoxlama barədə Şəxs MMC-yə məlumat verilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 24 iyul 2023-cü il tarixli KY231941123 seriyalı çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli 866 saylı Qərar əsasında Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən klinikada aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişinin surətindən və fotoşəkillərdən görünür ki, X2 Şəxs MMC-yə məxsus klinikada texnik-rentgenoloq kimi fəaliyyət göstərmiş və həmin klinikada rentgenoloji fəaliyyətin göstərilməsi üçün müvafiq avadanlıq yerləşdirilmişdir. İş materiallarında olan tibbi müayinə haqqında çıxarışdan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən “X12” klinikasında rentgenoloji fəaliyyət həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Belə ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.1ci maddəsinə əsasən lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Həmin Qanuna 1 nömrəli əlavədə lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısında özəl tibb fəaliyyəti qeyd edilmişdir. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”na 1 nömrəli əlavənin 2.27-ci bəndində şüa diaqnostikası: 2.27.1. rentgenoloji, 2.27.2. radioloji, 2.27.3. nüvə-maqnit rezonansı, 2.27.4. kompüter tomoqrafiyası, 2.27.5. ultrasəs müayinəsi daxil edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 09 avqust 2023-cü il tarixli 549 nömrəli planlı (növbəti) yoxlama aktı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus kilinikada planlı yoxlama zamanı lisenziyadan kənar – rentgenoloji – iş və fəaliyyət ilə məşğul olunması aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş tibbi müayinə çıxarışından, əmək müqaviləsi barədə bildirişdən və fotoşəkillərdən də məlum olur ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən klinikada rentgenoloji fəaliyyəti həyata keçirilmişdir. Bununlada, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə cəzası tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3020/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3020/2023
28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver