Məhkəmə qərarları › İş №3(011)-3022/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-3022/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-3022/2023 04.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakı ilə, "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusifli tərəfindən "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 18 avqust 2023-cü il tarixli MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusifli tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7713/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC-dən 25842 manat tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru və Zərərçəkmiş şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, "xxxx" MMC Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmiş, şikayət Vətəndaşların qəbulu və şikayətlər şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. buna görə də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoluu baxılmadan geri qaytarılmasını xahiş etmişdir. İnzibati işin materiallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ifadəsini dinləyib hesab edirəm ki, inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan pozulmuş hüquq və azadlıqların bərpa edilməsi məqsədi ilə məhkəmə aktının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair "xxxx" MMC-nin şikayətinin surətindən görünür ki, şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Vətəndaşların qəbulu və şikayətlər şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.8-ci maddəsinə əsasən iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Beləliklə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən "xxxx" MMC-nin pozulmuş hüquq və azadlıqların bərpa edilməsi məqsədi ilə məhkəmə aktının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunması Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7713/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraatı məcburi olaraq dayandırmışdır. Məhz bu səbəbdən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusifli tərəfindən "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 18 avqust 2023-cü il tarixli MN ******* saylı protokol baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusifli tərəfindən "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 18 avqust 2023-cü il tarixli MN ******* saylı protokol baxılmadan geri qaytarılsın. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar