Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-3023/2023 04.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X3, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Xidmət və digər sahələrin auditi şöbəsinin dövlət vergi müfəttişi X1 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7ci maddəsi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 03 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Xidmət və digər sahələrin auditi şöbəsinin dövlət vergi müfəttişi X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr 15 ünvanında xx.xx.2023-cü il tarixdə saat 17:00-da daxili nəzarət proqramının tam tətbiq edilmədiyi aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X4 bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə protokol tərtib etmək səlahiyyətinin olmamasını nəzərə alaraq protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Xidmət və digər sahələrin auditi şöbəsinin dövlət vergi müfəttişi X2 qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə tərəflərin izahatını, iş materialını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan AT/223 saylı xx.xx.2020-ci il tarixli Auditorlar Palatası tərəfindən verilmiş icazədən görünür ki, Şəxs MMC-ə auditor fəaliyyəti həyata keçirməyə icazə verilmişdir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” 30 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 16.1.6-cü maddəsinə əsasən bu Qanunun tələblərinə əməl edilməsinə nəzarəti auditor xidməti göstərən şəxslərə münasibətdə – Azərbaycan Respublikasının Auditorlar Palatası həyata keçirir. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş müddəa istisna olmaqla, bu Qanunun digər maddələri 2023-cü il fevralın 1-dən qüvvəyə minir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Xidmət və digər sahələrin auditi şöbəsinin dövlət vergi müfəttişi X2 tərəfindən tərtib olunmuş 03 avqust 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol qanunun tələblərinə riayət edilmədən tərtib edilmişdir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti yoxdur. Məhkəmə belə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3023/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-3023/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver