Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3030/2025 25.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, 12 avqust 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8600/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3784/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-631/2022 nömrəli, xx.xx.202022-ci il tarixli icra sənədlərinin və Bakı şəhəri 36 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli icra qeydinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən MN ******* nömrəli, 25 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8600/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, 10 iyun 2018-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 468 (dörd yüz altmış səkkiz) manat, 46 (qırx altı) manat cərimə olmaqla, cəmi 514 (beş yüz on dörd) manat və dövlət rüsumuna görə ödənilmiş 30) manat cavabdeh Şəxs alınaraq iddiaçı "ABC-Telecom” MMC-yə ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3784/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, 1165 manat əsas borc, 192 manat faiz borcu olmaqla, cəmi 1357 manat pul və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu Şəxs tutularaq “Prokredit BOKT" ASC-yə ödənilməli, tələb girov predmeti olan Şəxs məxsus 1 ədəd 583 əyarlı, 19.9 qram çəkidə qızıl boyunbağı, 1 ədəd 583 əyarlı, 4.4 qram çəkidə qızıl üzük və 1 ədəd 583 əyarlı, 11 qram çəkidə qızıl komplekt olmaqla, ümumi çəkisi 35,5 qram olan qızıl-zinət əşyalarına yönəldilməli, əşyalar açıq hərracdan satılmalı və satışdan əldə olunmuş vəsait hesabına xx.xx.2019-cu il tarixli, PKLMB-0287 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcları ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-631/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, "xxxx" ASC ilə cavabdeh Şəxs arasında bağlanmış xx.xx.2019-cu il tarixli 819rstDNG/19 nömrəli Güzəştli Kredit və X8 əsasən, əsas borc üzrə 2372,58 (iki min üç yüz yetmiş iki manat, əlli səkkiz qəpik) manat, faiz borcu üzrə 12,37 (on iki manat otuz yeddi qəpik) manat olmaqla, cəmi 2384,95 (iki min üç yüz səksən dörd manat, doxsan beş qəpik) manat məbləğində borc və 43,99 (qırx üç manat doxsan doqquz qəpik) manat ödənilmiş, dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı cavabdeh Şəxs tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Bundan başqa, Bakı şəhəri 36 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən, Şəxs RGTK8278802B108 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 936.02 manat və tələbkar tərəfindən ödənilmiş 26 manat olmaqla, cəmi 961.02 manat məbləğində pul tutulmalıdır. Borcluya dəfələrlə zəng edilərək şöbəyə dəvət olunsada şöbəyə könüllü gəlməkdən imtina etmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə borclu Şəxs barəsində axtarış elan edilmiş və bu gün səhər saatlarında icra şöbəsinə gətirilmişdir. Borclu ilə proflaktik söhbətlər edilərək borcun ödənilməsi təklif olunub, lakin borc ödənilmədiyindən borclu barəsində MN ******* nömrəli, 24 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, ayın 23-dən 24-nə keçən gecə onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışdılar. Ona məxsus üç ədəd telefon Bakı şəhər Polis İdarəsində saxlanılır. Bundan başqa, “Prokredit BOKT" ASC-yə olan borcla bağlı indi məlumatı olur. Bu barədə ona heç bir qərər gəlməyibdir. Bundan başqa, "ABC-Telecom” MMC-yə olan 514 (beş yüz on dörd) manat borcunu hissə-hissə ödəmişdir. "xxxx" ASC-yə olan borcu ilə bağlı isə ödəniş edir. Bundan başqa, Bakı şəhəri 36 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli icra qeydi ilə bağlı borcundan 46.50 manat, bir dəfə də 10 manat ödəniş etmişdir. O, pulu karta yükləyirdi onlar borcdan çıxırdılar. Bundan başqa ona iki kart vermişdilər, lakin o, bilmirdi borcu hansı karta ödəsin. Yanvarda bir ödəniş edib, fevral ayında 10-12 manat ödəniş edib. Barəsində olan axtarış qərarından xəbəri olmamışdır. İcra məmuru ona iki dəfə zəng edib birinci dəfə zəng edərkən Şəki şəhərində olmuşdur. İkinci dəfə icra məmuru ona zəng edərkən o, Neftçilər Xəstəxanasında olmuşdur. "xxxx" ASC-yə olan borcun hissə-hissə ödənilməsi barədə icra şöbəsində ərizəsi vardır. Hazırda heç bir yerdə işləmir. Borcunu hissə-hissə olmaqla ödəyir. Qeyd olunanları nəzərə alaraq, barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməməsini, həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Buna səbəb cəriməni ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasında müdafiəçisi X1 Səyarə Rövşən qızı barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8600/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, 10 iyun 2018-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 468 (dörd yüz altmış səkkiz) manat, 46 (qırx altı) manat cərimə olmaqla, cəmi 514 (beş yüz on dörd) manat və dövlət rüsumuna görə ödənilmiş 30) manat cavabdeh Şəxs alınaraq iddiaçı "ABC-Telecom” MMC-yə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3784/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, 1165 manat əsas borc, 192 manat faiz borcu olmaqla, cəmi 1357 manat pul və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu Şəxs tutularaq “Prokredit BOKT" ASC-yə ödənilməli, tələb girov predmeti olan Şəxs məxsus 1 ədəd 583 əyarlı, 19.9 qram çəkidə qızıl boyunbağı, 1 ədəd 583 əyarlı, 4.4 qram çəkidə qızıl üzük və 1 ədəd 583 əyarlı, 11 qram çəkidə qızıl komplekt olmaqla, ümumi çəkisi 35,5 qram olan qızıl-zinət əşyalarına yönəldilməli, əşyalar açıq hərracdan satılmalı və satışdan əldə olunmuş vəsait hesabına xx.xx.2019-cu il tarixli, PKLMB-0287 saylı kredit müqaviləsi üzrə əsas və faiz borları ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-631/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, "xxxx" ASC ilə cavabdeh Şəxs arasında bağlanmış xx.xx.2019-cu il tarixli 819rstDNG/19 nömrəli Güzəştli Kredit və X8 əsasən, əsas borc üzrə 2372,58 (iki min üç yüz yetmiş iki manat, əlli səkkiz qəpik) manat, faiz borcu üzrə 12,37 (on iki manat otuz yeddi qəpik) manat olmaqla, cəmi 2384,95 (iki min üç yüz səksən dörd manat, doxsan beş qəpik) manat məbləğində borc və 43,99 (qırx üç manat doxsan doqquz qəpik) manat ödənilmiş, dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı cavabdeh Şəxs tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Bakı şəhəri 36 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən, Şəxs RGTK8278802B108 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 936.02 manat və tələbkar tərəfindən ödənilmiş 26 manat olmaqla, cəmi 961.02 manat məbləğində pul tutulmalıdır.Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 gün müddətində icra sənədinin könüllü icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli “borclunun axtarışı haqqında” qərarından görünür ki, borclu Şəxs barəsində axtarış elan edilməsi qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 25 (iyirmi beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 25 aprel 2025-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai RPİ-nin 36-ci Polis Bölməsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-3030/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3030/2025
25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver