Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-304/2021 18.01.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlu, Xətai RPİ-nin 35-ci PB-nin sahə inspektoru Pərviz Cümşüdovun xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında MN ******* saylı protokolunun ləğv edilərək icraata xitam verilməsi barədə Vəkilov Əhməd Mustafa oğlu tərəfindən verilmiş şikayəti nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Vəkilov Əhməd Mustafa oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xətai RPİ-nin 35-ci PB-nin sahə inspektoru Pərviz Cümşüdovun xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında MN ******* saylı protokoluna əsasən barəsində İXM-nin 211.2-ci maddəsi ilə qəbul edilmiş inzibati qərarı ləğv edərək icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Şikayətə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Vəkilov Əhməd Mustafa oğlunun barəsində xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qərarın qəbul edilib-edilməməsi müəyyən olunmamış, qərar olduğu halda isə şikayətə əlavə edilməmişdir. Məhkəmə inzibati xəta materialını araşdırıb, inzibati xəta haqqında protokolun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə göstərilən sənədlər siyahısına aid olmadığını, inzibati xəta haqqında protokoldan şikayət verilməsi prosedurunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını və barəsindən inzibati icraat aparılan şəxsə belə bir hüququn tanınmadığını nəzərə alaraq hesab edir ki, şikayət inzibati xəta haqqında protokoldan verilmiş şikayət kimi qiymətləndirilməli, inzibati xəta haqqında protokoldan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokol əsasında qəbul edilmiş qərarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xətai RPİ-nin 35-ci PB-nin sahə inspektoru Pərviz Cümşüdovun xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında MN ******* saylı protokolunun ləğv edilərək icraata xitam verilməsi barədə Vəkilov Əhməd Mustafa oğlu tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər Vəkilov Əhməd Mustafa oğluna geri qaytarılsın. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-304/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-304/2021
18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver