Məhkəmə qərarları › İş №3(011)-304/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-304/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-304/2024 29.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, “X6 OLMAYAN KREDİT TƏŞKİLATİ” MMC-nin nümayəndəsi X1, Mərkəzi Bankın etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, “X6 OLMAYAN KREDİT TƏŞKİLATİ” MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Mərkəzi Bankı “X6 OLMAYAN KREDİT TƏŞKİLATİ” MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələri ilə 15 yanvar 2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "X6 Olmayan Kredit Təşkilatı" MMC-də xx.xx.2023-xx.xx.2023cü il tarixlərində aparılmış kompleks yoxlama (xx.xx.2018 - xx.xx.2023-cü il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Belə ki, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunun 4.6.3-cü və 4.7-ci maddələrinə görə (anoloji tələb aşağıda göstərilən xətalar törədilən zaman qüvvədə olmuş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunun 9.2-ci maddəsində göstərilmişdir) öhdəlik daşıyan şəxslər müştərilərin eyniləşdirilməsi və verifikasiyasını həyata keçirməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs olan 12 müştəriyə münasibətdə bu tələbə əməl edilməmişdir. Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinin tərkib əlamətlərini yaradır. Bundan başqa yoxlama zamanı müəyyən edilmişdir ki, BOKT-də məlumatların sənədləşdirilməsi və məxfiliyin təmin edilməsinə dair qaydalar mövcud deyil. BOKT tərəfindən yoxlanılan dövr ərzində əməkdaşlara müvafiq təlimlər keçirilməmişdir. BOKT-də ƏL/TMM siyasəti yalnız xx.xx.2023-cü il tarixdə təsdiq edilmişdir. BOKT-də şübhəli əməliyyatların aşkarlanması, təhlili və məlumatların MMX-ya təqdim olunmasına dair daxili qaydalar mövcud olmamışdır. BOKT-də monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarları müəyyən edilməmiş, bununla bağlı daxili qaydalar mövcud olmamışdır. BOKTnin daxili audit mexanizmini tənzimləyən qayda və prosedurlar mövcud deyil, habelə yoxlama dövründə daxili audit həyata keçirilməmişdir. BOKT-də yoxlama dövrü ərzində məsul şəxsi əvəz edəcək şəxs müəyyən olunmamışdır. Yoxlama dövründən sonra, xx.xx.2023-cü il tarixdə BOKT-nin mühasibi məsul şəxsi əvəz edəcək şəxs təyin edilmişdir. Qeyd edilən pozuntular İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. Məhkəmə iclasında Məhkəmə iclasında Mərkəzi Bankın etibarnamə üzrə nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun qanuni və əsaslı olmasını nəzərə alaraq “X6 OLMAYAN KREDİT TƏŞKİLATİ” MMC-nin direktoru Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında “X6 OLMAYAN KREDİT TƏŞKİLATİ” MMC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, inzibati xəta haqqında protokolda göstərilmiş nöqsanlar keçmiş rəhbərlik tərəfindən törədilmişdir. İnzibait Xətalar Məcəlləsinin 25-ci maddəsinə əsasən tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Yoxlama haqqında hesabatdan görünür ki, “Laguna İç ve Dış ticaret Limited” şirkəti, "xxxx" MMC, “X3”MMC, "xxxx" MMC, "xxxx"MMC, “Coolmore Alliance”L.P, “X4” QSC, "xxxx"MMC, "xxxx"MMC, "xxxx"MMC, "xxxx"MMC, və "xxxx" MMC nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqında şəhadətnaməsinin notarial təsdiq edilmiş surəti əldə edilməmişdir. Yoxlama haqqında hesabatdan görünür ki, 2018-2023-cü illərdə müştərilər tərəfindən irihəcmli, qeyri-adi, mürəkkəb və kifayət qədər şübhəli əməliyyatlar həyata keçirsə də, bu əməliyyatların təyinatı və mahiyyətini aydınlaşdırmamış, yazılı təhlil hesabatı tərtib etməmiş və bu barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat verməmişdir. Yoxlama haqqında hesabatdan görünür ki, BOKT-də məlumatların sənədləşdirilməsi və məxfiliyin təmin edilməsinə dair qaydalar mövcud deyil. BOKT tərəfindən yoxlanılan dövr ərzində əməkdaşlara müvafiq təlimlər keçirilməmişdir. BOKT-də ƏL/TMM siyasəti yalnız xx.xx.2023-cü il tarixdə təsdiq edilmişdir. BOKT-də şübhəli əməliyyatların aşkarlanması, təhlili və məlumatların MMX-ya təqdim olunmasına dair daxili qaydalar mövcud olmamışdır. BOKT-də monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarları müəyyən edilməmiş, bununla bağlı daxili qaydalar mövcud olmamışdır. BOKTnin daxili audit mexanizmini tənzimləyən qayda və prosedurlar mövcud deyil, habelə yoxlama dövründə daxili audit həyata keçirilməmişdir. BOKT-də yoxlama dövrü ərzində məsul şəxsi əvəz edəcək şəxs müəyyən olunmamışdır. Yoxlama dövründən sonra, xx.xx.2023-cü il tarixdə BOKT-nin mühasibi məsul şəxsi əvəz edəcək şəxs təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 25.4-cü maddəsinə əsasən, manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 598.1.1-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə; 598.1.2-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə - vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı “X6 OLMAYAN KREDİT TƏŞKİLATİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, «X6 OLMAYAN KREDİT TƏŞKİLATİ” MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində cərimə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: “X6 OLMAYAN KREDİT TƏŞKİLATİ” MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - 598.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 12 müştərinin hər birinə görə 2000 (iki min) manat olmaqla ümumlikdə 24000 (iyirmi dörd min) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinin tələbinə uyğun olaraq “X6 OLMAYAN KREDİT TƏŞKİLATİ” MMC-nin direktoru Şəxs üzərində 10000 (on min) manat cərimə cəzası saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar