Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3048/2023 11.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6, X1 nümayəndəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin 02 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X12 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin "xxxx" MMMnin direktoru, yəni onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair 02 avqust 2023-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin 02 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə hüquqi şəxs "xxxx" MMM-nin direktoru, yəni o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 1300 (bir min üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. O, X15 Xidmətinin Bakı Şəhər İdarəsinin barəsində tərtib etdiyi 02 avqust 2023cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını qanunsuz və əsassız hesab edir. Belə ki, X13 həqiqətən xx.xx.2021-ci il tarixində "xxxx" MMM-nə mühasib vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68 "a" maddəsinə əsasən öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmişdir. İşlədiyi dövr ərzində ona ümumilikdə 18497.95 manat əmək haqqı və məzuniyyət haqqı ödənilməsi hesablanmış, xx.xx.2023-cü il tarixinədək 15223.94 manat məbləğində pul müəssisə tərəfindən ona ödənilmişdir. Həmin şəxsə müəssisənin 1496.40 manat ödənilməmiş borcu isə xx.xx.2023 tarixində tam ödənilmişdir. Əmək haqqı üzrə vəsaitin gecikdirilərək ödənilməsi müəssisənin maliyyə vəziyyətinin qənaətbəxş olmamasından irəli gəlmişdir. Belə ki, 2021-ci ilin sonlarından başlayaraq onlardan asılı olmayan amillərə görə müəssisənin maliyyə durumu çox zəifləmişdir. Bunun qarşısını almaq məqsədilə tərəflərindən cox tədbirlər və işlər aparılmasına baxmayaraq, bugünədək heç bir nailiyyət əldə edə bilməmişlər. 2021-ci ilin noyabr ayından müəssisənin satış əməliyyatları apardığı ünvan 1 ünvanda fəaliyyətlərinə öncədən maneələr yaradılmış və sonradan tamamilə həmin ünvandan köçürülmüşlər, bununla da alıcı kontingentlərinin 95%-i itirmişlər. Digər tərəfdən isə müəssisədə aparılan son səyyar vergi yoxlaması obyektiv və düzgün aparılmadığından, virtual olaraq müəssisə üçün əlavə mənfəət, ödəmə mənbəyində vergi və digər külli miqdarda vergilər hesablanması müəssisənin süni şəkildə dövlət büdcəsinə borcunun olmasına gətirib çıxarmışdır. Bununla da Azərbaycan Respublikasının Vergi Məcəlləsinin Vİİ fəsilinin 65-ci maddəsini əsas tutaraq, "Vergilərin ödənilməsi üzrə ümumi qaydalarda riayət edərək, İqtisadiyyat Nazirliyinin Vergi Xidməti tərəfindən müəssisənin bank hesablarında pul hərəkətlərinə məhdudiyyət qoyulmuşdur. Həmin haqsız hesablamaları aradan qaldırmaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşlar və hal-hazırda prosess davam edir. Bank hesablarında pul hərəkətinə məhdudiyyətlərin qoyulması müəssisənin istehsalı üçün mal alışına mane olur. Xammalın olmaması istehsalın dayanmasına, yaxşı halda isə cox zəifləməsinə gətirir. Öncədən qeyd edilən kimi, hal-hazırda alıcı kontingentlərini itirmişlər, satışdan heç-bir vəsait əldə edə bilmirlər. Bunun nəticəsində müəssisədə çalışan işçilərin əmək haqqlarını vaxtı-vaxtında qarşılaya bilmirlər. İşçi qüvvəsini tam itirməməkdən ötəri, qarşıladıqları əmək haqları məbləğlərini digər müəssisələrdən borc alaraq ödəniş edirlər. X5 iki ay üzrə əmək haqqının ödənişinin icra olunmamasının səbəbi də müəssisənin bu vəziyyəti ilə bağlı olmuşdur. X8 əmək haqqının ödənişinin yubadılması təhlükəsi yaranarkən əvvəlcədən onunla danışıqlar aparılmış və əmək haqqı ödənişinin üzrlü səbəblərdən gecikdiriləcəyi ona bildirilmişdir. X13 "xxxx" MMM-nin maliyyə vəziyyətini başa düşdüyünü və buna heç bir etirazı olmadığını bildirmişdir. X13 işdən çıxan zaman müəssisənin maliyyə çətinliyini bilirdi. Borcun bir müddət sonra ödəniləcəyinə onun öz təşəbbüsü və tərəflərin razılığı olmuşdur. Göstərilənlərdən əlavə X13 17 iyul 2023-cü il və 24 iyul 2023cü il tarixlərdə X11 ünvanladığı müraciətləri ilə inzibati araşdırmanın dayandırılmasını xahiş etsə də Əmək Müfəttişiliyi ona qarşı qərəzli mövqe tutaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Qəbul edilmiş qərar ümumiyyətlə əsaslandırılmamış, onun nədə günahlandırıldığı göstərilməmiş, yalnız inzibati xətalar Məcəlləsinin müvafiq maddələri yazılmaqla qərar qəbul edilmişdir. Məhkəmə iclasında X7 nümayəndəsi Vəkil şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat vermiş və şikayət ərizəsində texniki səhvə yol verilərək inzibati tənbeh vermə haqqında qərarın nömrəsinin ******* kimi göstərildiyini qeyd etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, "xxxx" MMM-də mühasib vəzifəsində çalışmış X5 haqq-hesabın gecikdirilmə ilə ödənilməsinin səbəbi şirkətin maddi vəziyyətinin aşağı olması olmuşdur. Lakin buna baxmayaraq səlahiyyətli orqan tərəfindən şirkətin rəhbəri barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək maddi vəziyyətləri və O.M.Abbaslıya son haqq-hesabın gecikmə ilə də olsa ödənilməsi nəzərə alınmadan yuxarıda həddə cərimə cəzası tətbiq edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, hüquqlarını təmsil etdiyi X7 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında 02 avqust 2023-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini və ya tətbiq edilmiş cərimə məbləğinin aşağı həddə endirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X14 02 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, X8 əmək müqaviləsinin Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixində qüvvədən salındığı məlum olmuş, lakin həmin Məcəllənin 172.4cü maddəsinin tələbləri pozularaq xx.xx.2023-cü il tarixdə 235 manat və xx.xx.2023-cü il tarixdə 1496.40 manat məbləğində son haqq-hesab ödənildiyi məlum olmuşdur. X3 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1300 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Göstərilənlərə əsasən o, X12 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin və səlahiyyətli orqanın nümayəndələrinin izahatlarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X18 tərəfindən 02 avqust 2023-cü il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 əmək müqaviləsinin Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixində qüvvədən salındığı məlum olmuş, lakin X12 tərəfindən həmin Məcəllənin 172.4-cü maddəsinin tələblərinin pozularaq xx.xx.2023-cü il tarixdə 235 manat və xx.xx.2023-cü il tarixdə 1496.40 manat məbləğində son haqq-hesab ödənilməsi əsas gətirilərək X7 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1300 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X4 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin elektron poçt ünvanına göndərilmiş xx.xx.2023-cü il tarixli müraciətindən görünür ki, onun xx.xx.2020-ci il tarixindən mühasib vəzifəsində çalışdığı "xxxx" şirkətində öz razılığı əsasında xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Buna baxmayaraq ona ödənilməli olan son haqq hesab məbləği hələ də ödənilməmişdir. Bu məsələ ilə bağlı şirkət rəhbərliyinə müraciət etməyinə baxmayaraq məsələyə laqeyd yanaşılmışdır. Çalışdığı müddətdə əmək haqqının ödənilməsində gecikmə halları çox baş verirdi və ən son fevral ayının əmək haqqısı qismən ödənilmişdir. X4 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin elektron poçt ünvanına göndərilmiş xx.xx.2023-cü il tarixli müraciətindən görünür ki, o, həqiqətən də xx.xx.2020-ci il tarixdən 02 iyun 2023-cü il tarixədək "xxxx" MMM-də mühasib vəzifəsində işləmişdir. İşlədiyi müddətdə əmək haqqlarının verilməsində bir sıra gecikmələr olmuşdur. Gecikmə baş verməsi təhlükəsi yarananda ona müəssisənin kadr işi üzrə şöbəsinə çağrılaraq izah olunmuşdur ki, müəssisənin maliyyə vəziyyəti ilə əlaqədar olaraq əmək haqqının ödənilməsində bir qədər gecikmə olacaq və o, bunu işlədiyi müddətdə anlayışla qarşılamışdır. Lakin işdən ayrılarkən son haqq hesabı və əmək haqqı qalıqları vaxtında ödənilmədiyi üçün şikayəti yaranmışdır. Hal-hazırda əmək haqqı qalıqları və son haqq hesabı tam olaraq ödənilmişdir. Odur ki, inzibati araşdırmada göstərdiyi xüsusatları nəzərə alaraq araşdırma üzrə icraata xitam verilməsini xahiş etmişdir. "xxxx" ASC tərəfindən verilmiş 282432-13107 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" MMM tərəfindən xx.xx.2023-cü il tarixdə X8 hesabına son haqq-hesab kimi 1496.36 manat məbləğində ödəniş edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, İR-X 030/06-23 nömrəli əmrdən görünür ki, "xxxx" MMM-də mühasib vəzifəsində işləyən X13 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X12 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada işçiyə işdən çıxarkən ona düşən bütün ödənclərin tam məbləğdə işdən çıxdığı gün ödənilməməsi əsas gətirilərək onun Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1300 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında X7 nümayəndəsi Vəkil şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, "xxxx" MMM-də mühasib vəzifəsində çalışmış X5 haqq-hesabın gecikdirilmə ilə ödənilməsinin səbəbi kimi şirkətin maddi vəziyyətinin aşağı olmasını, lakin buna baxmayaraq səlahiyyətli orqan tərəfindən şirkətin rəhbəri barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək maddi vəziyyətlərinin və O.M.Abbaslıya son haqq-hesabın gecikmə ilə də olsa ödənilməsinin nəzərə alınmadan cərimə cəzası tətbiq edilməsini və qəbul edilmiş qərarın ləğv edilməli olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın ləğv edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin normalarından da məlum olduğu kimi, işəgötürən tərəfindən işçiyə işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün ödənilməli olduğu halda, X12 tərəfindən qeyd olunan tələblərə riayət olunmamış, X8 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsinə baxmayaraq, ona ödənilməli olan son haqqhesab 14 iyul 2023-cü il tarixdə, yəni ödəniş edilməli olan tarixdən xeyli müddət keçdikdən sonra ödənilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X12 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, X7 maddi vəziyyəti nəzərə alınmaqla ona Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsi ilə tətbiq edilmiş inzibati tənbeh yüngülləşdirilməklə X15 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X18 tərəfindən qəbul edilmiş 02 avqust 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərar dəyişdirilməli və ona təyin edilmiş cərimənin məbləği azaldılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X7 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X18 tərəfindən qəbul edilmiş 02 avqust 2023cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilsin. X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təyin edilmiş 1300 (min üç yüz) manat məbləğində cərimə cəzası 700 (yeddi yüz) manata endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3048/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3048/2023
11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver