Məhkəmə qərarları › İş №3(011)-3049/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-3049/2024

30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-3049/2024 30.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, Bakı şəhər X9 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü tarixli, TP seriyalı ******* saylı qərarının ləğv edilməsinə dair X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 25 iyun 2024-cü tarixli Bakı şəhər DYP-nin İXP ******* saylı inzibati xəta haqqında protokola dair 27 iyun 2024-cü il tarixli, TP seriyalı ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə, saat 16:55-də Xətai rayonu, Belarus səfirliyinin qarşısında “X8 minik” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində Bakı şəhər X9 İdarəsi tərəfindən 80 (səksən) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. X1 məhkəməyə yazılı vəsatət ünvanlayaraq qeyd etmişdir ki, o, İsmayıllı rayonu, Şəhriyar küçəsi 55 ünvanında qeydiyyatdadır və burada yaşayır, bu səbəbdən də hesab edir ki, həmin şikayətə yaşadığı yer üzrə yerləşən İsmayıllı Rayon Məhkəməsində baxılmalıdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitsuiya Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli Plenum Qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə müvafiq olaraq, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin maddənin ikinci cümləsinə görə isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Bu səbəbdən də o, 3(011)-3049/2024 saylı iş üzrə tərəfindən verilən şikayətin baxılması üçün vəsatəti üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Həmçinin, elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, X2 qeydiyyatda olduğu ünvan İsmayıllı rayonu, İsmayıllı şəhəri, M.Şəhriyar küçəsi, ev 55-dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə, məhkəmə, barəsində qərar çıxarılmış şəxs tərəfindən şikayətə qeydiyyatda olduğu yerin məhkəməsində baxılmasına dair vəsatət göndərilməsini nəzərə alaraq hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 109 və 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Bakı şəhər X9 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü tarixli, TP seriyalı ******* saylı qərarından verdiyi şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar