Məhkəmə qərarları › İş №3(011)-3050/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3050/2022

25.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3050/2022 25.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, X1nun iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini müdafiə edərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə ASAN PAY internet portalında olan şəxsi kabinetinə məktub gələrək xx.xx.2022-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən 10 (on) manat məbləğində cərimə olunmağı ilə bağlı bildiriş gəlmişdir. Tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ 10534309 saylı elektron protokola və qəbul edilmiş müvafiq qərara əsasən, ona məxsus “Mersedec-Benz” markalı, **-SX-*** dövlət nömrə nişanlı avtomobili ilə xx.xx.2022-cu il tarixdə M 2, E 60, AH 5 Bakı-Ələt-Qazax-Gürcüstan yolu, 185 km-də hərəkətdə olarkən, yolda müəyyən edilmiş sürət həddini 10 km saat həddində aşmağı, bununla bağlı elektron protokol tərtib edilərək müvafiq qərar qəbul edilməsi qeyd edilmişdir. Müvafiq qərardan xx.xx.2022-ci il tarixdə Baş X7 İdarəsinə şikayət vermiş, Baş X7 İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə şikayəti təmin edilməmişdir. Bu səbəbdən, barəsində şikayət verdiyi qərarı məhkəmə qaydasında mübahisələndirmək hüququndan istifadə edərək hesab edir ki, ona tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ 10534309 saylı elektron protokol və həmin protokola əsasən qəbul edilmiş qərar qanunvericiliyin tələblərinə zidd olması səbəbi ilə əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, xx.xx.2019-ci il tarixli, EQ 10534309 saylı elektron protokolda və həmin protokola əsasən qəbul edilmiş qərarda iddia edilən qayda pozuntusunun xx.xx.2022-ci il tarixdə qeydə alındığı bildirilmişdir. Lakin qanunveriiliyin tələbinə zidd olaraq, iddia olunan qayda pozuntusuna protokol və müvafiq qərar xx.xx.2022-ci il tarixində tərtib edilmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin, "İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydasna dair" 122-ci maddəsinin tələbləri pozulmuşdur. xx.xx.2022-ci il tarixdə qeydə alınmış, tərəfindən yol verilməsi iddia olunan qayda pozuntusu ilə bağlı elektron protokol xx.xx.2022-ci il tarixdə tərtib edilməklə real vaxt rejimi qaydaları pozulmuş, digər tərəfdən xx.xx.2022-ci il tarixli, EQ 10534309 saylı elektron protokol tərtib eedilərkən qanunvericiliyin tələblərinə uygun olaraq tələb olunan formada tərtib edilməmişdir ki, bu da əsassız protokol olduğundan həmin protokolun əsasında qəbul edilmiş tənbeh vermə haqqında qərarın ləğvi üçün əsas yaratmışdır. X1 şikayətinin hüquqi əsası kimi İNX-nin 84.1, 128.1 43.2, 100, 122.1, 122.5, 129.1.3-cü, İnzibati İcraat Haqqında Azərbaycan Respublikasının Qanununun 67.1, 67.2ci maddələrinə istinad etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin X3 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:07-də “Mercedes" markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 185.5-ci km-də müəyyən olunmuş 60 km/saat hərəkət sürətinin 12 km/saat həddində aşılması halı İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin tələbinə uyğun olaraq foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş, real vaxt rejimində Baş X7 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatlar əsasında həmin Məcəllənin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə X4 barəsində elektron qaydada EQ10534309 nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Aparılmış araşdırma zamanı inzibati xətanın aşkarlanması və sənədləşdirilməsində inzibati qanunvericiliyin tələblərinin pozulması halı müəyyən olunmamışdır; Azərbaycan respublikası DİN Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, səlahiyətli orqanın vəzifəli şəxsi tərəfindən X2 İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) manat məbləğində cərimə edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar; 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 100.1.8-8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir; 122.5-ci maddəsinə əsasən Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır; 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - 10 (on) manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2022-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən 10 (on) manat məbləğində cərimə olunmuş, tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ 10534309 saylı elektron protokola və onun əsasında qəbul edilmiş tənbeh vermə haqqında qərarda, ona məxsus “Mersedec- Benz” markalı, **-SX-*** dövlət nömrə nişanlı avtomobili ilə xx.xx.2022-cu il tarixdə M 2, E 60, AH 5 Bakı-Ələt-Qazax-Gürcüstan yolu, 185 km-də hərəkətdə olarkən, yolda müəyyən edilmiş sürət həddini 10 km saat həddində aşmağı, bununla bağlı elektron protokol tərtib edilərək müvafiq qərar qəbul edilməsi qeyd edilmiş, Qəşəm rüstəmov həmin qərardan xx.xx.2022-ci il tarixdə Baş X7 İdarəsinə şikayət vermiş, Baş X7 İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə şikayəti təmin edilməmişdir. Bundan əlavə, xx.xx.2019-ci il tarixli, EQ 10534309 saylı elektron protokolda və həmin protokola əsasən qəbul edilmiş tənbeh vermə haqqında qərarda göstərilən qayda pozuntusunun xx.xx.2022-ci il tarixdə qeydə alındığı bildirilsə də, qanunveriiliyin tələbinə zidd olaraq qayda pozuntusuna protokol və tənbeh vermə haqqında qərar xx.xx.2022-ci il tarixində tərtib edilmişdir ki, bununla da İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinin tələbləri pozulmuşdur. Həmçinin, xx.xx.2022-ci il tarixdə qeydə alınmış, Q.Rüstəmovun yol verilməsi ehtimal olunan qayda pozuntusu ilə bağlı elektron protokol xx.xx.2022-ci il tarixdə tərtib edilməklə real vaxt rejimi qaydaları pozulmuş və həmin elektron protokol tərtib eedilərkən qanunvericiliyin tələblərinə uygun olaraq tələb olunan formada tərtib edilməmişdir Şərh olunan əsaslara məhkəmə hesab edir ki, X2 təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, şikayət təmin edilməli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və iş yenidən araşdırılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 130, 133-135 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası DİN Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli elektron qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar