Məhkəmə qərarları › İş №3(011)-3050/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3050/2023

31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3050/2023 31.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X12, X3 iştirakları ilə, X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin 27 iyul 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X15 məhkəməyə müraciət edərək, onun 1000 manat məbləğində cərimə olunmağı haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi Rüfət Əliyevin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı Şəhər İdarəsinin rəisi Rüfət Əliyevin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. Belə ki, sözügedən qərarda cərimə edilməyinin səbəbi belə göstərilmişdir ki, X4 xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilsə də, lakin AR Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbləri pozularaq son haqqhesabı işdən çıxarıldığı gün tam məbləğdə ödənilməmiş, X10 ƏM-nin 172.1-ci maddəsinin tələbləri pozularaq 2023-cü ilin aprel və may ayları üzrə əmək haqqı ödənilməmişdir. Öncə onu bildirməlidir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi Rüfət Əliyevin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarını poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi Rüfət Əliyevin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə razı deyil. Həmin qərarı əsassız hesab edir. Belə ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. "xxxx" MMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus mağazalar şəbəkəsinə şam və ətir vasitələrinin satışını həyata keçirir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılan müqavilələrə əsasən ətirlər və şamlar mağazalara nisyə şəkildə paylanılır və satıldıqdan sonla onların pulu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilir. "xxxx" MMC ona satdıqları ətirlərin dəyərini ödəməkdən imtina etmiş, bunun nəticəsi olaraq "xxxx" MMC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 105538,58 manat borcu yaranmışdır. Borcun yaranmasını xx.xx.2023-cü il tarixli üzləşmə aktından da görmək olur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı satılmış malların dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti satılmış malların dəyərini ödəməkdən yayındığı üçün "xxxx" ASC-yə də icarə haqqı üzrə 3710,80 manat borcları yaranmışdır. Yuxarıda, qeyd olunan səbəblərə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabında pul vəsaiti olmadığı üçün son haqq-hesab tam şəkildə ödənilməmiş və digər işçinin əmək haqqı gecikdirilmişdir. Göründüyü kimi sözügedən inzibati xatanın törədilməsində onun təqsiri yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi Rüfət Əliyev də inzibati xətanın baş verməsində təqsirli olub-olmadığını araşdırmadan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabında pulun olub-olmadığını müəyyən etmədən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək, onu 1000 manat cərimə etmişdir. Bir daha bildirməlidir ki, o, heç bir inzibati xəta törətməmişdir. Son haqq-hesabın tam ödənilməməsi, əmək haqqının gecikdirilməsi onun təqsiri səbəbindən deyil, satılmış malların dəyərinin ödənilməməsi və bunun nəticəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabında pul vəsaitinin olmaması səbəbindən baş vermişdir. Bu səbəbdən də hesab edir ki, barəsində olan inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X15 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, inzibati iş üzrə icraata xitam verilməsini və şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, X8 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş və həmin tarixdə ona son haqq-hesab ödənilməmişdir. Bundan əlavə, işçi X11 da aprel və may ayları üzrə əmək haqqı vaxtında ödənilməmişdir. Lakin qeyd olunan hal onun təqsiri ucbatından baş verməmişdir, belə ki, "xxxx" MMC-yə satılmış malların dəyəri ödənilmədiyindən işçilərə son haqq-hesab və əmək haqqı verilməsi gecikdirilmişdir. Halhazırda tərəfindən inzibati xəta haqqında protokolda qeyd olunan X2 haqq-hesab və X11 da aprel və may ayları üzrə əmək haqqı ödənilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X16 27 iyul 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, X4 xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmiş, lakin Azərbaycan Respublikası ƏM-nin 172.4-cü maddəsinin tələbləri pozularaq son haqq hesab işdən çıxdığı gün tam məbləğdə ödənilməmişdir. X1 həmin Məcəllənin 172.1-ci maddəsinin tələbləri pozularaq 2023-cü ilin aprel və may ayları üzrə əmək haqqı ödənilməmişdir. X6 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Göstərilənlərə əsasən o, X15 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X20 tərəfindən 27 iyul 2023-cü il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X15 tərəfindən X4 xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilməsinə baxmayaraq, Azərbaycan Respublikası ƏM-nin 172.4-cü maddəsinin tələbləri pozularaq son haqq hesabın işdən çıxdığı gün tam məbləğdə ödənilməməsi, X1 həmin Məcəllənin 172.1-ci maddəsinin tələbləri pozularaq 2023-cü ilin aprel və may ayları üzrə əmək haqqının ödənilməməsi əsas gətirilərək X13 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X15 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada işçiyə işdən çıxarkən ona düşən bütün ödənclərin tam məbləğdə işdən çıxdığı gün ödənilməsi, həmçinin digər işçiyə aprel və may ayları üzrə əmək haqqının ödənilməməsi əsas gətirilərək onun Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X5 hazırkı şikayətində və məhkəmə iclasında verdiyi izahatında X8 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilsə də həmin tarixdə ona son haqqhesab ödənilmədiyini, bundan əlavə, işçi X11 da aprel və may ayları üzrə əmək haqqının vaxtında ödənilmədiyini etiraf etmiş, lakin qeyd olunan halın onun təqsiri ucbatından baş vermədiyini, "xxxx" MMC-yə satılmış malların dəyəri ödənilmədiyindən işçilərə son haqqhesab və əmək haqqı verilməsinin gecikdirildiyini, hal-hazırda tərəfindən inzibati xəta haqqında protokolda qeyd olunan X2 haqq-hesabın və X11 da aprel və may ayları üzrə əmək haqqının ödənildiyini, sözügedən qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin normalarından da məlum olduğu kimi, işəgötürən tərəfindən işçiyə işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün ödənilməli, həmçinin aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməli və yaxud əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. X9 tərəfindən qeyd olunan tələblərə riayət olunmamış, X7 ödənilməli olan son haqq-hesab 17 may 2023-cü il tarixindən xeyli müddət keçdikdən sonra ödənilmiş, həmçinin bir digər işçi X10 əmək haqqı iki ay ərzində ödənilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 27 iyul 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar