Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3051/2024 30.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X4 iclas katibliyi, Bakı şəhəri Xətai RPİ-nin X17 Şöbəsinin inspektoru, polis leytenantı X7, X1 iştirakı ilə, X1 Bakı şəhəri Xətai rayon X17 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə “Kia Sorento” markalı, 90TC060 nömrə nişanlı avtomobilinə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsinə doğru hərəkət edərkən, Cavanşir küçəsinə daxil olaraq hərəkətinə davam etmək üçün yol ayrıcında dayanaraq yolu gözləmişdir. Bu vaxt R.Quliyev küçəsindən Cavanşir küçəsinə dönərək, küçə boyunca düzünə hərəkətdə olan “Mercedes ML” markalı, 99LL949 nömrə nişanlı avtomobil yolun sag hissəsinə yanaşaraq onun avtomoblinin qarşısından ötüb keçərkən, avtomobilinin qarşı tərəfinin yarı hissəsini keçdikdən sonra, sağ ön qanadı ilə avtomobilinin qabaq buferinin sağ tərəfini sürtərək avtomobilini zədələmişdir. Qeyd edilən yolda keçid üstünlüyü onda olsa da yenə də yola daxil olmazdan qabaq avtomobilini saxlayaraq yolu müşayət etdikdən sonra hərəkətə başlamaq niyyətində idi. Lakin “Mercedes ML” markalı, 99LL949 nömrə nişanlı avtomobil düzgün olmayan hərəkətini davam etdirərək həm qeyd edilən yolda keçid üstünlüyü sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsində, yəni onda olduğundan, həm də hərəkət istiqaməti həmin yerdən sağa dönmədən yol boyu düzünə davam etdiyindən, onun avtomobilinin ön buferini sürtərək zədələmişdir. Avtomobillərdə olan sürücü və sərnişinlər hər hansı xəsarət almamışdırlar. Yol nəqliyyat hadisəsi barədə aidiyyəti üzrə polisə və sığorta nümayəndəsinə məlumat vermişdir. Sığorta əməkdaşı və Bakı şəhəri Xətai X17 Şöbəsinin polis leytenantı X9 hadisə yerinə baxış keçirməklə onu və digər nəqliyyat vasitəsinin sürücüsünü Bakı şəhəri Xətai X17 Şöbəsinə dəvət etmişdir. X14 hadisəni olduğu kimi təsvir etməklə, avtomobilindəki video qeydiyyat cihazının görüntülərini və hadisə ilə bağlı fotoşəkilləri təqdim edərək hadisə barədə izahat vermişdir. Daha sonra dəfələrlə Bakı şəhəri Xətai X17 Şöbəsinə gedərək icraatın gedişatı ilə maraqlanmış, araşdırmanın yekunları barədə qərarın təqdim olunmasını xahiş etmişdir. Nəhayət xx.xx.2024-cü il tarixdə ona “Asan pay” internet portalında olan şəxsi kabinetinə bildiriş gələrək Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə (dayanma və durma qaydalarının pozulması) barəsində TP6620311 nömrəli cərimə qərarı qüvvəyə mindiyinə dair məlumat verilmişdir. Onun hərəkətlərində İXM 327.1-ci maddəsinin tərkib əlamətləri yoxdur, yəni o, qeyd edilən hadisə zamanı İXM 327.1-ci maddəsində nəzərdə tutulan hər hansı qayda pozuntusuna yol verməmişdir (bu faktı təsdiq edən foto şəkillər və video görüntü ərizəyə əlavə edilmişdir). Ona heç bir əsası və təsdiqi olmayan əsassız səbəblərdən İXM 327.1-ci maddəsi üzrə inzibati protokol tərtib edilmiş və barəsində cərimə qərarı qəbul edilmişdir. Ona qanunsuz və əsassız protokol tərtib edildiyindən, o, həmin qərarla razı deyil və hesab edir ki, qanunvericiliyin tələbi üzrə həmin qərar ləğv edilməlidir. Qeyd edilən səbəbdən həmin qərarı məhkəmə qaydasında mübahisələndirməklə işə məhkəmə qaydasında baxılması üçün hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi “Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yoıların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və "X12" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə” inzibati məsuliyyəti müəyyən edən normadır. Yəni qanunun bu normasının tələbi, yol işarələri ilə tənzimlənən yollarda hərəkətdə olan nəqliyyat vasitəsini idarə edən tərəfindən nişanın tələblərinin pozulması nəticəsində baş verən hadisələrlə bağlıdır. Onun iştirakçısı olduğu hadisə ilə bağlı yerdə isə keçid üstünlüyü onun hərəkətdə olduğu yolda idi. Bundan başqa o, hərəkətdə olmadan yerində dayanmaqla yolun boşalmasını gözlədiyi halda, ona yol verməli olan nəqliyyat vasitəsinin sürücüsü qeyri düzgün hərəkətini davam etdirməklə onun avtomobilini ön hissədən sürtüb zədələmiş, yol nəqliyyat hadisəsi törətmişdir. Bununla bağlı, yəni "nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyinin müəyyən edilməsi"nə dair tənzimləyici norma Azərbaycan Respublikasının Yol X6 42-ci maddəsində öz əksini tapmaqdadır. Belə ki, həmin Qanunun hərəkətə başlama, manevr etmə barədə 42-ci maddəsinin 10-cu bəndində qeyd edilir: Nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə - sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Qanunun istinad edilən .maddəsinin açıq mənasından və tələbindən də göründüyü kimi, qeyd edilən yolda hərəkət üstünlüyü sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsində, yəni onun hərəkətdə olduğu yolda olmuşdur. Belə ki, hadisənin baş verdiyi yerdə Cavanşir küçəsində və onun hərəkətdə olduğu yolda hər hansı nişan yoxdur və həmin yolda keçmənin növbəliliyi heç bir nişanla göstərilməməkdədir. Həmin situasiyada isə trayektoriyaların kəsişməsi zamanı o, sağ tərəfdən hərəkətdə olduğundan, həmin yerdə hərəkət üstünlüyü ona məxsus olmuşdur. Lakin Cavanşir küçəsi ilə hərəkətdə olan nəqliyyat vasitəsinin sürücüsü, həm onun qanunla tənzimlənən keçid üstünlüyü faktını nəzərə almamış, həm də dayanaraq yolu gözlədiyi halda yanlış manevr etmə nəticəsində yol nəqliyyat hadisəsi törədərək avtomobilinin qabaq buferini sürtməklə zədələmişdir. Ona təsvir edilən situasiya üzrə, inzibati xəta pozuntusu iddiası ilə İXM 327.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə qərarı qəbul edilməsi əsassızdır. Belə ki, həmin yerdə hərəkət tənzimlənməsi X12 Qanunun hərəkətə başlama, manevr etmə barədə 42-ci maddəsinin 10-cu bəndində qeyd edilən tələb üzrə tənzimlənir. Qeyd edilən tələb üzrə isə həmin yolda keçmənin növbəliliyində üstünlük ona məxsus olmuşdur. Qanunun açıq tələbinə görə isə bu halda ona, İXM 327.1-ci maddəsi ilə nəzərdə tutulan "yol nişanlarının və yə yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi" iddiası ilə hər hansı inzibati tənbeh verilməsi mümkün deyildir. Bu səbəbdən ona qanunsuz və əsassız protokol tərtib edilərək qanunsuz qərar qəbul edildiyindən, qanunvericiliyin tələbi üzrə həmin protokol və inzibati tənbeh vermə qərarı ləğv edilməlidir. Ona qanunvericiliyin tələbinə zidd olaraq, heç bir əsas olmadan inzibati tənbeh verilmişdir. Bununla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin "Təqsirsizlik prezumpsiyası prinsipləri"nə dair 8-ci maddəsində qeyd edilir: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə iclasında X2 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, barəsində əsassız olaraq cərimə cəzası tətbiq edilmiş, hadisənin baş verdiyi yerdə Cavanşir küçəsində və onun hərəkətdə olduğu yolda hər hansı nişan yoxdur və həmin yolda keçmənin növbəliliyi heç bir nişanla göstərilməməkdədir. Həmin situasiyada isə trayektoriyaların kəsişməsi zamanı o, sağ tərəfdən hərəkətdə olduğundan, həmin yerdə hərəkət üstünlüyü ona məxsus olmuşdur. Lakin Cavanşir küçəsi ilə hərəkətdə olan nəqliyyat vasitəsinin sürücüsü, həm onun qanunla tənzimlənən keçid üstünlüyü faktını nəzərə almamış, həm də dayanaraq yolu gözlədiyi halda yanlış manevr etmə nəticəsində yol nəqliyyat hadisəsi törədərək avtomobilinin qabaq buferini sürtməklə zədələmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai RPİ-nin X17 Şöbəsinin inspektoru, polis leytenantı X10 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, X5 tərəfindən xx.xx.2024-cü il tarixdə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydaları pozulduğundan barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərini pozmasına dair xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və daha sonra inzibati tənbeh vermə haqqında qərarla 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon X17 Şöbəsinin polis leytenantı X9 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 13:30-da Cavanşir küçəsində “Bkia Sorento minik” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X12” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X3 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayon X17 Şöbəsinin polis leytenantı X9 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərara əsasən X3 xx.xx.2024-cü il tarixdə, saat 13:30-da Cavanşir küçəsində “Bkia Sorento minik” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında X5 izahatında bildirmişdir ki, barəsində əsassız olaraq cərimə cəzası tətbiq edilmiş, hadisənin baş verdiyi yerdə Cavanşir küçəsində və onun hərəkətdə olduğu yolda hər hansı nişan yoxdur və həmin yolda keçmənin növbəliliyi heç bir nişanla göstərilməməkdədir. Həmin situasiyada isə trayektoriyaların kəsişməsi zamanı o, sağ tərəfdən hərəkətdə olduğundan, həmin yerdə hərəkət üstünlüyü ona məxsus olmuşdur. Lakin Cavanşir küçəsi ilə hərəkətdə olan nəqliyyat vasitəsinin sürücüsü, həm onun qanunla tənzimlənən keçid üstünlüyü faktını nəzərə almamış, həm də dayanaraq yolu gözlədiyi halda yanlış manevr etmə nəticəsində yol nəqliyyat hadisəsi törədərək avtomobilinin qabaq buferini sürtməklə zədələmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai rayon X17 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon X17 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3051/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3051/2024
30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver