Məhkəmə qərarları › İş №3(011)-3054/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3054/2022

11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3054/2022 11.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə inspektoru Camal Qubadovun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1976-cı il təvəllüdlü, subay, işləməyən, Gədəbəy rayonu, Qurudərə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarında narkotik vasitə istehlak etmiş və keçirilmiş tibbi müayinə zamanı aşkar edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə inspektoru Camal Qubadov tərəfindən 11 avqust 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 4 ay əvvəl Rusiya Federasiyasında cəzadan azad edilmiş və Azərbaycan Respublikasına qayıtmışdır. Həmin 4 ay müddətində narkotik vasitədən istifadə etməmişdir. Narkotik vasitədən yalnız Azərbaycan Respublikasına qayıtmamışa kimi istifadə etmişdir. Hazırda törətdiyi əməldən peşmandır və bir daha belə hala yol verməyəcəyinə söz verir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin polis sahə inspektoru Camal Qubadov izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 13:48 radələrində Bakı şəhəri, Xətai rayonu, P.Həşimov qəsəbəsi, ev 110-da yaşayan X2 DİN-in “102" xidməti zəng mərkəzinə məlumat verərək keçmiş əri narkotik aludəçisi Şəxs mütamadi olaraq onun qarşısını kəsərək onu və atasını ölümlə hədələməsini və uşaqlarını aparmasını bildirmişdir. X1 ərzəsi əsasında aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən olunmadığı üçün Azərbaycan Respublikası CMP-nin hər habsı bir maddəsinin tərkibi müəyyən olunmadığı üçün Azərbaycan Respublikası CMP-nin 39.1.2-ci maddəsinə uyğun olaraq cinayət işinin başlanması rədd edilmişdir. Materiala əsasən Şəxs xx.xx.2022-ci il tarixli 2129 nömrəli Respublika Norkolojı Dispanserdən müayinə olunarkən, ( Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə) “THC” (Marixuana) maddəsindən istifadə etməsi aşkar olunmuşdur. Şəxs əməli Azərbaycan Respublikası Cinayət Qanunvericiliyinə əsasən məsuliyətə cəlb edilməsi mümkün olmadığına görə qeyd olunan fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı Zakir Bəhrəmov tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi barədə” 31 may 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və hadisəni törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın icrası aidiyyəti üzrə polis sahə inspektoruna həvalə edilmişdir. Belə ki, iş materiallarında olan Narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi barədə 31 may 2022-ci il tarixli, 2129 nömrəli aktdan görünür ki, müayinə nəticəsində Şəxs sidiyindən “THC” maddəsi aşkar edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 11 avqust 2022-ci il tarixdə, saat 12:30-da inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs əməlindən peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 11 avqust 2022-ci il tarixdən, saat 12:30-dan hesablansın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar