Məhkəmə qərarları › İş №3(011)-3054/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3054/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3054/2024 06.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs MMC-nin barəsində Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş 16 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1084/2023 saylı, xx.xx.2023-cü il tarixli və Bakı İnzibati Məhkəməsinin 15(112)-259/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri borclu hüquqi şəxs Şəxs MMC tərəfindən icra edilmədiklərindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs MMC-yə yazılı və şifahi xəbərdarlıq edilərək qətnamələrin icraları tələb olunmuşdur. Borclu, Şəxs MMC Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu hüquqi şəxs Şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Beləliklə o, hüquqi şəxs Şəxs MMC-nin barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1084/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabden Şəxs MMC-dən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən binanın “A4” blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 34.92 kv.m olan qeyri yaşayış sahəsi üçün ödənilmiş 69854 manat məbləğində pul vəsaitinin və 299.56 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi qərara alınmışdır. Lakin icra sənədi üzrə yaranmış borc hüquqi şəxs tərəfindən bugünədək tam olaraq ödənilməmişdir. Artıq uzun müddətdir hüquqi şəxs tərəfindən icra sənədi üzrə olan borc məbləği ödənilmədiyindən onlar məcbur qalıb qərarın icrası ilə əlaqədar icra məmuruna müraciət etmişlər. Beləliklə o, Şəxs MMC-nin məhkəmə qərarının icrasından yayındığını bildirərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı İnzibati Məhkəməsinin 15(112)-259/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı Sərəncamı ile "xxxx" MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən 0.4984 ha torpaq sahəsinin qərb hissəsində olan Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsində yerləşən və "xxxx" MTK tərəfindən tikilmiş A2 adlanan blokun yerləşdiyi torpaq sahəsinə gedən yolun arasında çoxmənzilli binanın zirzəmiyə və yeraltı qaraja giriş-çıxışı təmin edən yolun yerləşdiyi torpaq sahə hissədə icrasının dayandırılması, torpaq sahəsinin həmin hissəsindən istifadə edilməsinə üçüncü şəxs Şəxs MMC tərəfindən yaradılan maneələrin aradan qaldırılması, həmin sahədə söküntü, yenidənqurma və hər hansı işlərin görülməsinin üçüncü şəxs Şəxs MMC-yə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15(102)-73/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15(103)-67/2023 nömrəli, 3 avqust 2023-cü il tarixli qərardadı söküntü, tikinti, yenidənqurma və hər hansı işlərin görülməsinin digər şəxslərə qadağan edilməsi hissəsində ləğv edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır; icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı İnzibati Məhkəməsinin 15(112)-259/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmiş və borclu tərəfindən imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs MMC-dən Bakı İnzibati Məhkəməsinin 15(112)- 259/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin 10 gün müddətində könüllü icrasının təmin edilməsi tələb edilmiş, əks təqdirdə barəsində məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir; Şəki Rayon Məhkəməsinin 2(075)-1084/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 34.92 kv.metr olan qeyri-yaşayış sahəsinə dair cavabdeh Şəxs MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi və həmin müqavilə əsasında cavabdehə edənilmiş 69854,00 (altmış doqquz min səkkiz yüz əlli dörd) manat pulun, eləcə də əvvəlcədən məhkəməyə ödənilmiş 299.56 (iki yüz doxsan doqquz əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun cavabdeh Şəxs MMCdən tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1084/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmiş və borclu tərəfindən imza edilməklə qəbul edilmişdir; tələbin borclunun manatla və xarici valyuta ilə olan pul vəsaitinə yönəldilməsi haqqında 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, borclu Şəxs MMC-nin banklarda və digər kredit təşkilatlarında olan manatla və xarici valyuta ilə olan pul vəsaitləri və başqa sərvətləri üzərinə 70153.56 manat və həmin məbləğin 7% icra ödənişi olan 4910.74 manat həcmində həbs qoyulması qərara alınmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2108/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs MMC məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş öhdəlikləri üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Şəki Rayon Məhkəməsinin 2(075)-1084/2023 saylı, xx.xx.2023-cü il tarixli və Bakı İnzibati Məhkəməsinin 15(112)-259/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icralarını təmin etməmişdir. Bununla da, borclu Şəxs MMC məhkəmə qərarlarında göstərildiyi qaydada icranı tam olaraq təmin etməmiş, icra sənədlərinin icralarına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Bakı İnzibati Məhkəməsinin 15(112)-259/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı Sərəncamı ile "xxxx" MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən 0.4984 ha torpaq sahəsinin qərb hissəsində olan Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsində yerləşən və "xxxx" MTK tərəfindən tikilmiş A2 adlanan blokun yerləşdiyi torpaq sahəsinə gedən yolun arasında çoxmənzilli binanın zirzəmiyə və yeraltı qaraja girişçıxışı təmin edən yolun yerləşdiyi torpaq sahə hissədə icrasının dayandırılmasının, torpaq sahəsinin həmin hissəsindən istifadə edilməsinə üçüncü şəxs Şəxs MMC tərəfindən yaradılan maneələrin aradan qaldırılmasının, həmçinin Şəki Rayon Məhkəməsinin 2(075)- 1084/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən binanın “A4” blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 34.92 kv.m olan qeyri yaşayış sahəsi üçün ödənilmiş 69854 manat məbləğində pul vəsaitinin və 299.56 manat məbləğində dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödəilməsinin qət edilməsinə baxmayaraq, sözügedən tələb hazırki vaxtadək icra edilməmişdir. Bu hal isə onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq aradan keçən uzun müddət ərzində şirkət tərəfindən icra sənədləri üzrə olan tələb təmin edilmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hüquqi şəxs Şəxs MMC-nin dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilmədiyini və ağırlaşdıran hal kimi il ərzində təkrar inzibati xəta hadisəsi törətməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə cəzası tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar