Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3055/2024 06.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X4 iştirakı ilə, Şəxs MMC-nin barəsində Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş 16 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi borclu hüquqi şəxs Şəxs MMC tərəfindən icra edilmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X12 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs MMC-yə yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs MMC Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu hüquqi şəxs Şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Beləliklə o, hüquqi şəxs Şəxs MMC-nin barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə və zərərçəkmiş şəxsə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndə və zərərçəkmiş şəxs iştirak etməmişlər. Məhkəmə işə səlahiyyətli nümayəndənin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X36 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən təqdimatla müraciət olunaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-7697/2019 saylı icra sənədinə əsasən onların inzibati məsuliyyətə cəlb olunmaqları xahiş olunmuşdur. Qeyd edilməlidir ki, göstərilən icra sənədini icra etməməkdə onların heç bir qərəzi olmayıb. Əvvəla, qeyd olunan icra sənədi üzrə Şəxs MMC borclu qismində çıxış edir. Belə ki, Şəxs MMC üzərinə öhdəlik kimi götürüb ki, tələbkara, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən ayrılmış və kordinantları müəyyən olunmuş ərazidə 7 mərtəbəli qeyri-yaşayış binası tikməli idi. İlk olaraq qeyd edilməlidir ki, qeyd olunan tikintini tikmək üçün qanunamüvafiq olaraq, səlahiyyətli qurumlar icazə verməlidir ki, buna dair müraciətlər Şəxs MMC tərəfindən olunub. İkincisi, Bakı İnzibati Məhkəməsinin 15(112)-259/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı Sərəncamı ilə "xxxx" MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən 0.4984 ha torpaq sahəsinin qərb hissəsində olan, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsində yerləşən və "xxxx" MTK tərəfindən tikilmiş A2 adlanan blokun yerləşdiyi torpaq sahəsinə gedən yolun arasında çoxmənzilli binanın zirzəmiyə və yeraltı qaraja giriş-çıxışı təmin edən yolun yerləşdiyi torpaq sahəsinə aid hissəsinə icrasının dayandırılması, torpaq sahəsinin həmin hissədə istifadə edilməsinə üçüncü şəxs "xxxx" MMC tərəfindən yaradılan maneələrin aradan qaldırılması, həmin sahədə söküntü, tikinti, yenidənqurma və hər hansı işlərin görülməsi üçüncü şəxs "xxxx" MMC-yə və digər şəxslərə qadağan edilmişdir. Həmin icra vərəqəsi də, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Orxan İsrafilovun icraatındadır. Hal-hazırda o da onlardan eyni ərazidə heç bir tikinti işləri görməməyi tələb edir. Belə ki, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin bir icra vərəqəsində onlara bildirilir ki, eyni ərazidə 7 mərtəbəli qeyri-yaşayış binası tik, digər icra vərəqəsində isə onlara bildirilir ki, həmin ərazidə heç bir tikinti işi apara bilmərik. Maraqlısı odur ki, sözügedən ikinci icra vərəqəsi artıq icra olunmuş və həmin icra vərəqəsi üzrə icra icraatına xitam verilməsinə dair qərar qəbul olunmuşdur. Qeyd olunanlara əsasən, hesab edirlər ki, onların əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, iddiaçılar X20, X21, X17, X6, X13, X18, X25, X26, X9, X31, X27 ilə cavabdehlər Zərərçəkmiş şəxs Ağaəli oğlu və Şəxs MMC arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilmişdir: 1. xx.xx.2019-cu il tarixdən cavabdeh Zərərçəkmiş şəxs Ağaəli oğlu onunla "xxxx" MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli 24 saylı müqaviləyə və həmin müqavilə əsasında çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-5834/2015 saylı qətnaməsinə əsasən Zərərçəkmiş şəxs təhvil verilmiş, Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa edilmiş yaşayış binasının A1 blokunun 10-11-12-ci mərtəbələrində yerləşən ümumi sahəsi 1770 m2 olan yaşayış sahəsindən Şəxs MMC ilə Zərərçəkmiş şəxs arasında 08 avqust 2019-cu il tarixi birgə fəaliyyət haqqında müqavilənin şərtlərinə uyğun, hazırkı iş üzrə iddiaçılar X10 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda yaşayışın 8-ci mərtəbəsində ümumi sahəsi 123,4 m2 olan mənzilinə, X14 Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunun 10-cu mərtəbəsində ümumi sahəsi 82,7 m2 olan mənzilinə, X11 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda yaşayışın 12–ci mərtəbəsində ümumi sahəsi 82,7 m2 təşkil edən mənzilinə, X17 (X28 vərəsəsi) Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda yaşayışın 11-ci mərtəbəsində ümumi sahəsi 122 m2 olan mənzilinə, X1 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 12-ci mərtəbəsində ümumi sahəsi 124,7 m2 olan mənzilinə, X5 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda yaşayışın 6-cı mərtəbəsində (hazırki 10-cu mərtəbə) ümumi sahəsi 123,4 m2 olan mənzilinə, X19 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 10-cu mərtəbəsində ümumi sahəsi 124,7 m2 olan mənzilinə, X15 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 10-cu mərtəbəsində ümumi sahəsi 136,1 m2 olan mənzilinə, X16 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 11-ci mərtəbəsində ümumi sahəsi 82,7 m2 olan mənzilinə, X3 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 11-ci mərtəbəsində ümumi sahəsi 124,4 m2 olan mənzilinə və X7 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən binanın A1 blokunda 12-ci mərtəbəsində ümumi sahəsi 136,1 m2 olan mənzilinə dair onların xeyrinə notarial qaydada mənzillərdən imtina verir, həmin mənzilləri iddiaçıların istifadəsinə verir və gələcəkdə həmin mənzillərə dair tərəflərə və ya üçünçü şəxslərə hər hansı tələb irəli sürmür. 2. Bu saziş imzalandığı andan cavabdeh Zərərçəkmiş şəxs Ağaəli oğlu, onunla "xxxx" MTK arasında A1 blokunun 10-11-12-ci mərtəbələrində yerləşən ümumi sahəsi 1770 m2 olan yaşayış sahəsinə dair bağlanmış xx.xx.2007-ci il tarixli 24 saylı müqavilənin ləğv edilməsinə dair iddiaçılara notаrial ərizə verir. 3. "xxxx" MMC və X29 hazırkı barışıq sazişi imzalandığı andan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında "xxxx" MTK-nın inşa etdiyi yaşayış binasının A1 blokunun 10-11-12-ci mərtəbələrində yerləşən, hazırkı sazişin 1-ci bəndində qeyd olunan mənzilləri iddiaçılara təhvil verməyi öhdəsinə götürür. 4. Şəxs MMC və Zərərçəkmiş şəxs arasında bağlanmış 08 avqust 2019-cu il tarixli “birgə fəaliyyət haqqında” müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh Şəxs MMC, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 443 saylı sərəncamı və Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2016-cı il tarixli 28 saylı ayrıca aktı ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllə ünvanında, tikinti məqsədi ilə Şəxs MMC-nin istifadəsinə ayrılmış 0.4984 ha torpaq sahəsində inşa ediləcək yaşayış binalarının layihəsində A-D və A-7 oxlarının kəsişməsində, Ayaz İsmayılov küçəsi istiqamətində yerləşən 22.70 m. x 20.22 m. 458.994 m2 (yuvarlaq olaraq 459 m2) hissəsində layihəyə əsasən inşa ediləcək, hər mərtəbəsi 458.994 m2 (yuvarlaq olaraq 459 m2) 3 mərtəbəsi qaraj, 4 mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla, ümumi sahəsi 3212.958 m2 olan 7 mərtəbədən ibarət qeyri-yaşayış sahəsini, tərəflərin qarşılıqlı razılaşmasına əsasən müəyyən edilmiş smeta dəyəri (yalnız tikinti xərcləri) hər mərtəbənin tikintisi üzrə hissə-hissə Zərərçəkmiş şəxs tərəfindən mal material və ya pul şəklində ödənilməsi şərti ilə həmin qeyri yaşayış sahəsini 36 ay müddətində inşa edərək, 3cü şəxslərin hüquqlarından və öhdəliklərindən azad şəkildə cavabdeh Zərərçəkmiş şəxs təhvil verməyi öhdəsinə götürür. 5. Şəxs MMC hazırkı sazişin 4-cü bəndində qeyd olunan 3 mərtəbəsi qaraj, 4 mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla, ümumi sahəsi 3212.958 m2 olan 7 mərtəbədən ibarət qeyri-yaşayış sahəsinin tikintisini mərhələli şəkildə (hər mərtəbənin tikintisi başa çatdıqdan dərhal sonra), cavabdeh Zərərçəkmiş şəxs adına müqavilə və maliyyə arayışı əsasında sənədləşdirilməsini və buna dair Şəxs MMC-nin ümumi yığıncağının protokolunun və qərarının bir nüsxəsini 3-cü şəxslərin hüquqlarından və öhdəliklərindən azad şəkildə cavabdeh Zərərçəkmiş şəxs təhvil verilməsini təmin etməyi öhdəsinə götürür. 6. Şəxs MMC və Zərərçəkmiş şəxs Agəli oğlu arasında bağlanmış 08 avqust 2019-cu il tarixli “birgə fəaliyyət haqqında” müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh Zərərçəkmiş şəxs, bu sazişin 4-cü bəndində qeyd olunan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllə ünvanında, tikinti məqsədi ilə Şəxs MMC-nin istifadəsinə ayrılmış 0.4984 ha torpaq sahəsinin, həmin torpaq sahəsində inşa ediləcək yaşayış binalarının layihəsində A-D və A-7 oxlarının kəsişməsində, Ayaz İsmayılov küçəsi istiqamətində yerləşən 22.70 m. x 20.22 m. 458.994 m2 (yuvarlaq olaraq 459 m2) hissəsində layihəyə əsasən inşa ediləcək, hər mərtəbəsi 458.994 kv.m (yuvarlaq olaraq 459 m2) 3 mərtəbəsi qaraj, 4 mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla, ümumi sahəsi 3212.958 m2olan 7 mərtəbədən ibarət qeyri yaşayış sahəsinin inşasına Şəxs MMC tərəfindən başlanıldığı vaxtdan, həmin qeyri yaşayış sahəsinin tərəflərin (Şəxs MMC ilə Zərərçəkmiş şəxs) qarşılıqlı razılaşmasına əsasən müəyyən edilmiş smeta dəyərini (yalnız tikinti xərclərini) hər mərtəbənin tikintisi üzrə, mal material və ya pul şəklində hissə-hissə cavabdeh Şəxs MMC-yə ödəməyi öhdəsinə götürür. 7. Tərəflər razılığa gəlirlər ki, gələcəkdə yuxarıda qeyd edilən hallarla, əmlaklarla bağlı bir-birlərinə qarşı heç bir tələb irəli sürməyəcəklər. İddiaçılar X10, X11, X8, X2, X5, X7, X14, X16, X3, X19, X15 cavabdehlər Zərərçəkmiş şəxs Ağaəli oğluna və Şəxs MMC-yə qarşı mənzilin təhvil verilməsinə, mənzillərlə bağlı iddiaçıların istifadəsinə dair cavabdehlər Zərərçəkmiş şəxs və Şəxs MMC tərəfindən maneələrə son qoyulmasına, cavabdeh Zərərçəkmiş şəxs tərəfindən mənzillərə dair imtinaların verilməsinə dair 2(011)-7697/2019 saylı mülki iş üzrə icraata xitam verilmişdir; icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli, e67616/2023-1-30- 003 saylı xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs MMC-nin rəhbəri X22 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin 10 gün müddətində könüllü icrasının təmin edilməsi tələb edilmiş, əks təqdirdə barəsində məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli, e67616/2023-1-30- 004 saylı xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs MMC-nin rəhbəri X22 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin 10 gün müddətində könüllü icrasının təmin edilməsi tələb edilmiş, əks təqdirdə barəsində məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir; Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-35/2- 1784/2024 saylı məktubdan və Tikintiyə və İstismara icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumatlar barədə çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllə ünvanında tikinti məqsədilə Şəxs MMC-nin istifadəsinə ayrılmış 0,4984 ha torpaq sahəsində inşa ediləcək yaşayış binalarının layihəsində A-D və A-7 oxlarının kəsişməsində, Ayaz İsmayılov küçəsi istiqamətində yerləşən 22,70 m. X 20,22 m. 458,994 m2 hissəsində tikintiyə başlanılması üçün müvafiq sənədləşmə işlərinin aparılmasına dair Şəxs MMC tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilib-edilməməsi və həmin müraciətin nəticəsinə dair məlumatın verilməsi barədə xx.xx.2024-cü il tarixli, xx/xx-67616/2023-23 nömrəli müraciətə baxılmış və xx.xx.2022-ci il tarixdə müvafiq icazə sənədi verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2108/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs MMC məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəlikləri üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs MMC məhkəmə qərarında göstərildiyi qaydada icranı tam olaraq təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7697/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs MMC Ayaz İsmayılov küçəsi istiqamətində yerləşən 22.70 m. x 20.22 m. 458.994 m2 (yuvarlaq olaraq 459 m2) hissəsində layihəyə əsasən inşa ediləcək, hər mərtəbəsi 458.994 m2 (yuvarlaq olaraq 459 m2) 3 mərtəbəsi qaraj, 4 mərtəbəsi qeyriyaşayış sahəsi olmaqla, ümumi sahəsi 3212.958 m2 olan 7 mərtəbədən ibarət qeyri-yaşayış sahəsini, tərəflərin qarşılıqlı razılaşmasına əsasən müəyyən edilmiş smeta dəyəri (yalnız tikinti xərcləri) hər mərtəbənin tikintisi üzrə hissə-hissə Zərərçəkmiş şəxs tərəfindən mal material və ya pul şəklində ödənilməsi şərti ilə həmin qeyri yaşayış sahəsini 36 ay müddətində inşa edərək, 3-cü şəxslərin hüquqlarından və öhdəliklərindən azad şəkildə cavabdeh Zərərçəkmiş şəxs təhvil verməyi öhdəsinə götürsə də, sözügedən tələb hazırki vaxtadək icra edilməmişdir. Bu hal isə onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq aradan keçən uzun müddət ərzində şirkət tərəfindən icra sənədi üzrə olan tələb təmin edilmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hüquqi şəxs Şəxs MMC-nin dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilmədiyini və ağırlaşdıran hal kimi il ərzində təkrar eyni inzibati xəta hadisəsi törətməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə cəzası tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3055/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3055/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver