Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3059/2022 23.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, Bakı Şəhərn Statistika İdarəsinin nümayəndəsi X1 hüquqi şəxs Şəxs nümayəndəsi X2 iştiraklar ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389 maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Hüquqi şəxs “şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN0354867 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən 2022-ci ilin (rüblük) 12xidmət ( xidmətlərin göstərilməsi Malların təqdim edilməsi, işlərin yerinə yetirilməsi ) hesabatı may ayı üzrə iyun ayının 5-ci iş günü saat 13:00-dək təqdim etməmişdir. Bununla da, Şəxs MMC İzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzinati xəta haqqinda protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək "xxxx" Mənzil Tikinti Kooperativi barəsində İXM-nin 389-cu maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi nümayəndəsi X4 bildirmişdir ki, inzibati xəta haqqında protokoldan da göründüyü kimi hesabat iyun ayının 5-ci iş günü saat 13:00-dək məhdudlaşdırıldığı üçün Şəxs MMC tərəfindən hesabat təqdim edilə bilməmişdir. Bildiririk ki, hesabat təqdim edilmiş, lakin məhz bu məhdudlaşdırma səbəbindən qəbul edilməmişdir.Daha sonra kağız daşıyıcıda hesabatın təqdi olunmasına baxmayaraq, idarənin əməkdaşı tərəfindən bunun mümkünsüz olması bildirilərək qəbul edilməmişdir. Odur ki, protokolun tərtib olunmasının qanuni və hüquqi əsası yoxdur və məhkəmədən iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs 2022-ci ilin (rüblük) 12xidmət ( xidmətlərin göstərilməsi malların təqdim edilməsi, işlərin yerinə yetirilməsi ) hesabatı may ayı üzrə iyun ayının 5-ci iş günü saat 13:00-dək təqdim etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2022-ci il tarixli MN0354867 saylı protokoldan görünür ki, Şəxs tərəfindən 2022-ci ilin (rüblük) 12- xidmət ( xidmətlərin göstərilməsi Malların təqdim edilməsi, işlərin yerinə yetirilməsi ) hesabatı may ayı üzrə iyun ayının 5-ci iş günü saat 13:00-dək təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Bakı Şəhər Statistika İdarəsindən daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 03 dekabr 2013-cü il tarixli, 132/09 nömrəli qərarı ilə təsdiq edilmiş xx.xx.2013-cü il tarixində Azərbaycan Respublikasının hüquqi aktlarının Dövlət Reyestrinə Daxil edilmiş xx.xx.2013-cü ildən qüvvəyə minmiş xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında 12-ci xidmət №li aylıq rüblük rəsmi statistika formasının doldurulmasına dair göstərişin 4-cü bəndinə əsasən hesabatlar real vaxt rejimində təqdim edilməlidir. Göründüyü kimi göstərişə əsasən saatla bağlı məhdudiyyət qoyulmasına dair hər hansı bir bənd yoxdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin statistik hesabatı təyin olunmuş tarixdə təqdim etməsinə baxmayaraq qəbul edilməməməsini,, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-3059/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3059/2022
23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver