Məhkəmə qərarları › İş №3(011)-306/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-306/2021

18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-306/2021 18.01.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlu, Xətai RPİ-nin 3623584/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə başlamış inzibati xəta haqqında icraata xitam verilməsi barədə X4 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib MÜƏYYƏN ETDİM: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xətai RPİ-nin 3623584/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə başlamış inzibati xəta haqqında icraata xitam verilməsi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; X1 Xətai RPİ tərəfindən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bildirmiş, şikayətdən və ona əlavə edilmiş sənədlərdən qərarın qəbul edilibedilməməsi müəyyən olunmamış, qərar olduğu halda isə şikayətə əlavə edilməmişdir. Həmçinin, X4 şikayətində icra sənədini mübahisələndirmiş, barəsində qəbul edilmiş qərarı mübahisələndirməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokol əsasında qəbul edilmiş qərarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Xətai RPİ-nin 3623584/2020 nömrəli xx.xx.2020-ci il tarixli icra sənədinə başlamış inzibati xəta haqqında icraata xitam verilməsi barədə X4 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X3 geri qaytarılsın. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar