Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3067/2025 12.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi ilə, Hüquqi şəxs «X2 X4 Sanayi ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi hüquqi şəxs «X2 X4 Sanayi ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 01 aprel 2025-ci il tarixli, 00700-00048 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Sumqayıt Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzindən Əməliyyat və təhqiqat şöbəsinə daxil olmus xx.xx.2025-ci il tarixli, 3-33-1800/012/00597 saylı raportun icrası zamanı müəyyən edilmişdir ki, “X2 X4 Sanayi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən alqısatqı yolu ilə xx.xx.2024-cü il tarixli, **********6404 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Sumqayıt Baş Gömrük İdarəsində alqı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində 4800 (dörd min səkkiz yüz dollar) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin ixracatçının müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X2 X4 Sanayi ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının və səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X2 X4 Sanayi ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının və səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, “X3 X5 Sanavi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən **********6404 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 4800 ABŞ dolları məbləğində vəsait hesabatda göstərilməmişdir. Sumqayıt Baş Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki X1 tərəfindən tərtib edilmiş İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 01 aprel 2025-ci il tarixli, 00700-00048 nömrəli protokoldan görünür ki, daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-33-1800/012/000597 nömrəli raportun icrası zamanı müəyyən edilmişdir ki, “X3 X5 Sanavi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən alqısatqı yolu ilə xx.xx.2024-cü il tarixli, **********6404 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Sumqayıt Baş Gömrük İdarəsində alqı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində 4800 (dörd min səkkiz yüz dollar) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin ixracatçının müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda (bu məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür) xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2021-ci il tarixli Qərarına əsasən "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş ve Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin edilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi" Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac edilmiş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (bir yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, “X3 X5 Sanavi ve Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən alqı-satqı yolu ilə xx.xx.2024-cü il tarixli, **********6404 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Sumqayıt Bas Gömrük İdarəsində alqı-satqı yolu ilə rəsmiləsdirilərək ixrac edilmiş malların müqabilində 4800 (dörd min səkkiz yüz dollar) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin ixracatçının müvəkkil bankda olan hesabına köçürülməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs «X2 X4 Sanayi ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialının barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «X2 X4 Sanayi ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «X2 X4 Sanayi ve Dış Ticaret Limited» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 4800 ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 faizi - 1440 (min dörd yüz qırx) ABŞ dolları məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-3067/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3067/2025
12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver