Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3068/2022 26.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1 və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1 və 452.3-cü maddələri ilə 02 avqust 2022-ci il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin səlahiyyətli nümayələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 02 avqust 2022-ci il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs məxsus aptekdə dövlət qeydiyyatından keçməyən dərman vasitələri və qablaşmasında qeyd olunan tempratura uyğun saxlanmayan dərman vasitələri aşkar edilmişdir. 28 iyul 2022-ci il tarixli, KY221755468 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yoxlayıcı orqan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 02 avqust 2022-ci il tarixdə “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Şəxs ünvan 2 ünvanında yerləşən əczaçılıq mallarının pərakəndə satışı mağazasında plan üzrə nəzarət yoxlaması aparılması qeyd edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin 20 iyul 2022-ci il tarixli qərarından görünür ki, Şəxs ünvan 2 ünvanında yerləşən əczaçılıq mallarının pərakəndə satışı mağazasında plandan kənar növbəti yoxlama aparılması qərara alınmışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza X1 şəxsi tərəfindən tərtib edilmiş 02 avqust 2022-ci il tarixli, 360 nömrəli yoxlama aktdan görünür ki, Şəxsnə məxsus olan ünvan 2 ünvanında yerləşən aptekdə yoxlama keçirilmiş, yoxlama zamanı aptek təşkilatlarına dair tələblərə və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması və aptek təşkilatında qanunvericiliklə nəzərdə tutulmuş mallardan (optik ləvazimatlar, ətriyyat-kosmetika, uşaq yemekləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları) başqa digər malların satışı aparılmışdır. Bundan başqa yoxlama zamanı aptekin anbar otağında kondisioner, ventilyasiya sistemi yox, müdür otağı təşkil olunmamış, material otağı ayrılmayıb, tanıtma lövhəsi yoxdur və həmçinin dövlət qeydiyyatından keçməyən və lazımı şəraitdə saxlanılmayan dərman vasitələri aşkar edilmişdir. İş materiallarında olan 360 nömrəli Pərakəndə satış əczaçılıq müəssisələrinin plan üzrə (növbəti) yoxlama katının əlavəsindən görünür ki, Şəxsnə məxsus olan ünvan 2 ünvanında yerləşən aptekdə əczaçılıq mallarının pərakəndə satışı mağazasında yoxlama zamanı qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatından keçməli olan, lakin dövlət qeydiyyatından keçməyən 1 qutu Veroşpiron 100 mq N30, 0,5 Neotropil 1q/5ml N12, 1,66 Norvask 5 mq N30 dərman vasitələri, həmçinin lazımı şəraitdə saxlanılmayan dərman vasitələri 8 Tetrasiklin 3 qr 1% N1, 2 Sinaflan 15 qr N1, 6 Kükürd məlhəmi 25 qr N1 aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 221.1-ci maddəsinə əsasən bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə - inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun 6.1-ci maddəsinə Bu Qanunun 6.5-ci və 9.3-cü maddələri ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarının ümumi müddəalarının 1.5-ci bəndinə əsasən “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci maddəsinə əsasən normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı qadağandır. Həmin qaydaların 4.1.2.4-cü bəndinə əsasən aptek öz funksiyalarını yerinə yetirmək üçün dərman vasitələrinin dövlət standartlarının tələblərinə uyğunluğunu təsdiq edən sertifikatının, Azərbaycan dilində içlik vərəqəsinin olmasına, keyfiyyətinə, effektivliyinə və təhlükəsizliyinə nəzarət qaydalarına riayət etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, ünvan 2 ünvanında yerləşən Şəxs məxsus aptek təşkilatında 02 avqust 2022-ci il tarixdə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələri və həmçinin lazımı şəraitdə saxlanılmayan termolobil dərman vasitələri aşkar edilmişdir. Qeyd olunan hal, 02 avqust 2022-ci il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokol, 02 avqust 2022-ci il tarixli əczaçılıq müəssisələrinin plan üzrə (növbəti) yoxlama aktı, habelə işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1 və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1 və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri 1 qutu Veroşpiron 100 mq N30, 0,5 Neotropil 1q/5ml N12, 1,66 Norvask 5 mq N30 müsadirə edilməklə 5000 (beş min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(011)-3068/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3068/2022
26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver