Məhkəmə qərarları › İş №3(011)-3083/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-3083/2023

25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-3083/2023 25.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Bakışəhəri Baş Polis İdarəsinin Metropolitendə Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan və digər materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə X6 “Memar Əcəmi” m/s-da “e-manat” ödəniş terminalı vasitəsi ilə Şəxs bildirdiyi hesaba 400 manat məbləğində pul vəsaiti göndərmişdir. Beləliklə, Şəxs xx.xx.2022-ci il tarixdə X2 aldadaraq qızıl satmaq adı ilə onun 400 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan və digər materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə X7 “20 yanvar” m/s-da “milliön” ödəniş terminalı vasitəsi ilə Şəxs bildirdiyi hesaba 250 manat məbləğində pul vəsaiti göndərmişdir. Beləliklə, Şəxs xx.xx.2023-cü il tarixdə X3 aldadaraq qızıl satmaq adı ilə onun 250 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan və digər materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə X5 “Gənclik” m/s-da “e-manat” ödəniş terminalı vasitəsi ilə Şəxs bildirdiyi hesaba 500 manat məbləğində pul vəsaiti göndərmişdir. Beləliklə, Şəxs xx.xx.2023-cü il tarixdə X1 aldadaraq qızıl satmaq adı ilə onun 250 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan və digər materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə X8 “İnşaatçılar” m/s-da “milliön” ödəniş terminalı vasitəsi ilə Şəxs bildirdiyi hesaba 120 manat məbləğində pul vəsaiti göndərmişdir. Beləliklə, Şəxs xx.xx.2023-cü il tarixdə X4 aldadaraq qızıl satmaq adı ilə onun 120 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, son əməlin törəldiyi yer “İnşaatçılar” m/s Bakı şəhəri Yasamal rayonunun inzibati ərazi dairəsinə aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Şərh edilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109cu maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar