Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-3086/2020 16.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, X3 Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının tərtib etdiyi xx xxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul olunmuş xx xxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X3 məhkəmədən Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının tərtib etdiyi xx xxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul olunmuş xx xxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının tərtib etdiyi xx xxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul olunmuş xx xxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X2 ərizəsi baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 şəhəri, T.İsmayılov küçəsi, ev 25, mənzil 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, X2 yaşayış yeri Siyəzən rayonu ərazisi olduğundan X2 Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının tərtib etdiyi xx xxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul olunmuş xx xxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verdiyi şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3 və 129.1.3-cü maddəsini rəhbər tutaraq QƏRARAALDİM: X2 Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının tərtib etdiyi xx xxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul olunmuş xx xxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(011)-3086/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-3086/2020
16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver