Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-3086/2023 25.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlu X1 barəsində toplanmış Azərbaycan Respublikasının İXM-nin 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə material baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə vəsatətlər və etirazlar yoxdur. Eyni zamanda müəyyən edilmişdir ki, məhkəmənin icraatına X1 barəsində Azərbaycan Respublikasının İXM-in 227-ci maddələri ilə Bakı şəhər Xətai RPİ-nin 34-cü PŞ-dən inzibati xəta haqqında material daxil olmuş 3(011)-3083/2023, 3(011)-3084/2023, 3(011)-3085/2023 və 3(011)-3086/2023 nömrələri ilə qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Barəsində inzibati icraat aparılan X1 eyni vaxtda törətdiyi bir neçə inzibati xəta ilə bağlı iki ayrı-ayrı inzibati materiallar 25 avqust 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmənin icraatında olan 3(011)- 3083/2023, 3(011)-3084/2023, 3(011)-3085/2023 və 3(011)-3086/2023 nömrəli inzibati işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməli və iş 3(011)-3083/2023 nömrə ilə davam etdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən məhkəmə, QƏRARA ALDİM: Məhkəməsinin icraatında olan 3(011)-3083/2023, 3(011)-3084/2023, 3(011)-3085/2023 və 3(011)-3086/2023 nömrəli inzibati işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilsin və iş 3(011)-3083/2023 nömrə ilə davam etdirilsin. İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin. Hakim: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-3086/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-3086/2023
25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver